Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1661/2023 25.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi “avtomobilin istifadəsində olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, *992-ci il buraxılışı, “Qaz-53” markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobilin istifadəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, uzun illərdir beyləqan rayonu Mil qəsəbəsində yaşayır, “Qaz-53” markalı avtomobil var. Sahibkarlıqla məşğul olur, lakin həmin avtomobilə sənəd əldə edə bilmir. Təxminən *993-*994-cü illərdə Füzuli rayonundan məcburi köçkünlər özləri ilə *992-ci il buraxılışlı “Qaz-53” markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobili gətirərək onun həyətində saxlamışlar. Həmin vaxtdan uzun illər keçsə də avtomobilin arxasıyca gələn olmamışdır. Avtomobil onun həyətində sahibsiz əmlak kimi bir neçə il yararsız halda qalmışdır. Avtomobil yağışın,qarın altında qaldığına görə çərçivə nömrəsi olan hissəsindəki rəqəmlər yararsız vəziyyətə düşərək oxunmaz hala düşmüşdür. Avtomobili onun həyətində saxlayan məcburi köçkünləri bir neçə dəfə axtarsada həmin şəxsləri tapa bilməmişdir. Bugünə kimi harda yaşamaları barədə heç bir məlumatı yoxdur. Sonradan öz şəxsi vəsaiti hesabına avtomobili yararlı hala salaraq istifadə etməyə başlamışdır. Lakin avtomobil üçün texniki pasport və dövlət nömrə nişanı almamışdır. Hazırda mülkiyyət hüququnu təsdiq edən sənədi əldə etmək mümkün olmamışdır. Mülkiyyət hüququ verən sənəd olmadığından avtomobil vaxtaşırı DYP-nin əməkdaşları tərəfindən saxlanılı onu da bildirdi ki, şəxsi vəsaiti hesabına təmir etdirərək yararlı hala saldığı avtomobilə sahiblik barədə Qeydiyyat Şəhadətnaməsini öz adına almaq üçün QİŞ-nə müraciət etmiş, lakin avtomobilin Qeydiyyat Şəhadətnaməsini öz adına sənədləşdirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən *992-ci il buraxılışı, “Qaz-53” markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobilin istifadəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi onu da bildirdi ki, təxminən *993-*994-cü illərdə Füzuli rayonundan məcburi köçkünlər özləri ilə *992-ci il buraxılışlı “Qaz-53” markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobili gətirərək onun həyətində saxlamışlar. Həmin vaxtdan uzun illər keçsə də avtomobilin arxasıyca gələn olmamışdır. Avtomobil onun həyətində sahibsiz əmlak kimi bir neçə il yararsız halda qalmışdır. Avtomobil yağışın,qarın altında qaldığına görə çərçivə nömrəsi olan hissəsindəki rəqəmlər yararsız vəziyyətə düşərək oxunmaz hala düşmüşdür. Həmçinin sonradan öz vəsaiti hesabına avtomobili təmir etdirərək yararlı vəziyyətə salmış, həmçinin indiyə qədər avtomobildən istifadə edərək avtomobilə sahiblik edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ona görə də, o, ərizədə göstərilən tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası DİN-nin BDYP-nin X*-İmtahan və Texniki Baxış şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə prosesinə nümayəndəsini göndərməmiş, məhkəməyə *4.*0.2023-cü il tarixli, 3-*3-*6-*/2-647/2023 saylı məktub göndərərək mülki işə onların iştirakı olmadan baxılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası DİN-nin BDYP-nin X*-İmtahan və Texniki Baxış şöbəsinn nümayəndəsinin məhkəmədə iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını tam hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, ərizəçinin məhkəmə iclasında verdiyi ifadəsindən, iş materiallarında olan sənədlərdən və fotoşəkillərdən görünür ki, *992-ci il buraxılışı, “Qaz-53” markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobil məcburi köçkünlər tərəfindən Ərizəçi məxsus həyətdə saxlandıqdan sonra avtomobilin həqiqi sahibləri tərəfindən arxasıyca gəlinməmiş, avtomobil uzun illər Ərizəçi məxsus həyətdə qalaraq yararsız hala düşmüş, lakin sonradan Ərizəçi avtomobili şəxsi vəsaiti hesabına təmir etdirərək yararlı vəziyyətə gətirmiş və avtomobildən sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edərək ailəsini dolandırır. Həmçinin sözügedən avtomobilin hazırki sahibi Ərizəçidur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-ci maddəsinə görə məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.03.*999-cu il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “mexaniki nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.*-ci bəndinə əsasən, nəqliyyat vasitəsi-nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyata alınır. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən muvafiq sənədlər verildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini həyata keçirməlidirlər. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin sahibliyini təsdiq edən sənədlər kimi eyni zamanda məhkəmənin qərarı göstərilmişdir. Həmin Əsasnamənin *4-cü bəndinə əsasən, qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Həmin Əsasnamənin *5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün bu əsasnamə ilə müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən qeydiyyat məntəqələrinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin *3.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, *992-ci il buraxılışı, “Qaz-53” markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobilin Ərizəçi istifadəsində olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *992-ci il buraxılışı, “Qaz-53” markalı, xaki rəngli, çənli, nömrəsiz-birkasız avtomobilin Ərizəçi istifadəsində olması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına Apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1661/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1661/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver