Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1662/2024 24.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Ərizəçi (maraqlı şəxs qismində Beyləqan Rayon * saylı Dövət Notariat Kontoru cəlb edilməklə) qohumluq münasibətində olma faktının tanınmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X* ilə ana-oğul dərəcəsidə qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 3*0.*-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. *62.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Ərizəçi tələbindən görünür ki, o, anası ilə qohumluq faktının müəyyən edilməsini xahiş edir. Lakin şəxsin valideynləri barədə məlumatlar onun doğum haqqında şəhadətnaməsində qeyd edilir. Bu barədə qeyd olmadıqda isə şəxsin doğum faktı və ya həmin sənəd itdikdə, onun bərpası isə mümkün olmadıqda isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *53.2 və *53.2.*-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. **4.* və **4.*.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırki tələbə məhkəmə qaydasında baxılmalı olduğundan ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə izah edilməlidir ki, o, müvafiq qeydiyyat orqanından imtina aldıqdan sonra, ümumi qaydada məhkəməyə müvafiq olaraq doğum faktının və ya doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən Ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (*6.09.2024-cü il tarixli *5702*78*2 nömrəli qəbz) onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Beyləqan Rayon * saylı Dövət Notariat Kontoru cəlb edilməklə) qohumluq münasibətində olma faktının tanınmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına(*6.09.2024-cü il tarixli *5702*78*2 nömrəli qəbz) ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan *0 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1662/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1662/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver