Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1668/2023 23.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi növbəli vərəsə kimi tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22.*2.20*5-ci ildə ölmüş mərhum analığı X2 növbəli vərəsəsi kimi tanınmağım barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə izahat verərək göstərdi ki, Beyləqan rayon Bünyadlıl kəndində yaşayır. X* onun analığıdır. X3 22.*2.20*5-cı ildə rəhmətə getmişdir. O, mərhum analığının tək vərəsəsidir. Analığının torpaq sahələri vərəsə kimi ona qalmış və onu istifadə edir. Başqa şəxslərlə mübahisə yoxdur. Analığının ondan başqa yaxın qohumu yoxdur və o, rəhmətə getmişdir. Vərəsə kimi tanınmasını məhkəmə qaydasından başqa cür əldə edə bilməmişdir. Təqdim olunmuş sənədlərdən də görünür ki, o uzun illərdir mirası qəbul etmişdir. O, növbəli vərəsədir, başqa vərəsəsi yoxdur. Ona görə də 22.*2.20*5-ci ildə ölmüş X*nın növbəli vərəsəsi kimi tanınmağım barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon * saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə prosesinə nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəf Beyləqan rayon * saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslıdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X* 22.*2.20*5-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *248.*-ci Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası MPM-nin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müyyən edilmişdir ki, ərizəçi əvvəllər mərhum analığı ilə bir yerdə yaşamış, onun ölümündən sonra mirası faktiki olaraq qəbul etməklə idarə etməyə başlamışdır. Lakin o, mirasın qəbulu ilə bağlı notariat orqanına vaxtında müraciət etməmişdir. Bu da o deməkdir ki, Ərizəçi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə ərizə təmin edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D I: Ərizə təmin edilsin. Ərizəçi 22.*2.20*5-ci ildə ölmüş X*nın növbəli vərəsəsi kimi tanınsın. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1668/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1668/2023
23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver