Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1694/2023 25.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- X3 iştirakı ilə, Ərizəçi X3 mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X* vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X* növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X6 ölənə kimi onunla bir yerdə yaşamış və bir ailənin üzvü olmuşdur. X6 *4.0*. 2023-cü il tarixdə vəfat etmişdir. X6 onun əmisi arvadıdır. O, əmisi və onun arvadı Xanımı saxlamışdır. Əmisi arvadı X4 ölənə qədər onu saxlamış və yas mərasimini də etmişdir. Hazırda mərhumun mülkiyyətində torpağı və evi və digər əmlakları adına keçirəmək istəyir. Onun heç bir kimsəsi olmamış və övladı da olmamışdır. Ancaq mərhum X* verilən torpaq sahəsin və evi adına sənədləşdirə bilmir. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi 6070*3002389-*030* saylı Çıxarışla olan 0.08 ha həyətyani torpaq sahəsi əvvəl əmisinin mülkiyyətində olmuş, sonra isə X* mülkiyyətindədir. Yuxarıda qeyd etdiyi problemin məhkəmədən kənar həlli mümkün deyildir. Vərəsə kimi tanınmasını məhkəmə qaydasından başqa cür əldə edə bilmir. Təqdim olunmuş sənədlərdən də görünür ki, o, uzun illərdir mirası qəbul etmişdir. O, növbəli vərəsədir. O, bu barədə Beyləqan rayon İ saylı X8 müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırda sənədləşmədə çətinlik çəkdiyindən ərizəçi hazirki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, mərhum *4 yanvar 2023-cü il tarixdə ölmüş X* növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat kontorunun natariusu məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərinə görə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın *-ci Şahsevən kənd icra nümayəndəliyinin arayışından görünür ki, X6 ərizəçinin əmisi arvadıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın *-ci Şahsevən kənd icra nümayəndəliyinin arayışından görünür ki, ərizəçinin əmisi və arvadı X4 ölənə kimi bir yerdə onlara məxsus evdə yaşamaqla o, saxlamış və dəfn xərclərini çəkmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 *4.0*. 2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi 6070*3002389-*030* saylı Çıxarışla olan 0.08 ha həyətyani torpaq sahəsi X* mülkiyyətindədir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın vəkalətli nümayəndəsinin izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, ərizəçi X3 mərhum əmisi arvadı X5 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X7 əmisi arvadı mərhum X6 vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi həmin torpaq sahəsindən istifadə edir. Bu hal onu göstərir ki, ərizəçi oğlu yeganə vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3 *4 yanvar 2023-cü il tarixdə ölmüş X5 məxsus miras qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1694/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1694/2023
25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver