Məhkəmə qərarları › İş №2(020)-17/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-17/2025

07.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-17/2025 07.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, 3-cü şəxs- Cavabdeh3, Maraqlı şəxs- Azərbaycan Respublikası ƏMDK-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*nə və X4 PHŞ-nə və 3-cü şəxs Cavabdeh3 qarşı Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X5 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X5 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən İddiaçı etibarnamə ilə vəkili Vəkil iddia tələbini əsaslandıraraq göstərdi ki, Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X5 publik hüquqi şəxsinə sifariş vermiş, qanunvericiliyin tələbinə görə həmin torpaq sahəsinin icarəyə verilməsi barədə elanı hərrac və müsabiqə gününə 30 gün qalmış ƏMDX-nin emlak.gov.az saytında yerləşdirmiş, qanunvericiliyin tələbinə uyğun olaraq həmin torpaq sahəsi barədə təklifini vermişdir. Müsabiqənin 02 mart 2023-cü il tarixə ünvan 1 ünvanında yerləşən ƏMDX-ni Beyləqan Ərazi şöbəsində keçirilməsi təyin edilmişdir. Həmin tarixdə müabiqədə iştirak etmək üçün şöbənin inzibati binasına yaxınlaşmışdır. Müsabiqənin başlanması barədə bildiriş elan olunadan sonra, həmin torpaq sahəsinə iddia edən digər bir şəxsin Cavabdeh3 ətrafına topalaşmış şəxslər ona fiziki qüvvə tətbiq edərək, binaya daxil olmasına maneə yaratmışlar. Həmin vaxt müsabiqənin keçirilməsini təşkil edən şöbənin rəisi bu vəziyyəti görsədə, onun müsabiqədə iştirakının təmin edilməsi barədə heç bir tədbir görməmişdir. Sonra isə ona hərracın təxirə alındığını, hərracın yenidən keçiriləcəyini bildirilmişdir. Həmin vaxt o, baş vermiş hadisə barədə müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonradan ona məlum oldu ki onun iştirakı olmdan müsabiqə keçirilmiş, həmin torpaq sahəsinin qalibi Beyləqan şəhər sakini Cavabdeh3 olmuşdur.Azərbaycan Respublikası Prezidentini 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi" Qaydalarının *3-cü bəndində göstərilir ki ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsimüsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqı- satqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir.İşin hallarından göründüyü kimi müsabiqədə digər təklif vermiş şəxs Cavabdeh3 iştirak etməsinə şərait yaradılsada mənim iştirakına mane yaradılmasını müsabiqəni keçirənlər görsədə onun iştirakını təmin etməmişlər. Ona görə də, cavabdehlər Cavabdeh*, X4 PHŞ-ə və Cavabdeh3 qarşı Cavabdeh* mülkiyyə tində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X5 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, X5 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən Beyləqan ərazisində yerləşən Beyləqan bələdiyyəsinin mülkiyyətinə aid 45 kv.m torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədilə hərrac keçirilmiş, həmin hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *723009709 olan, reyestr nömrəsi 6070*200*527 olan, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan bələdiyyəsi tərəfindən onun icarəsinə Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsi verilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsini qanuni şəkildə almışdır. Hərracın keçirilməsinə dair müsabiqədə iştirak etmək üçün 7 nəfər müraciət etmiş, lakin hərracın keçirilməsi vaxtı 5 nəfər iştirak etməmişdir. Onlardan bir neçəsi onun Qarabağ müharibəsi əlili olmasını nəzərə alıb müsabiqəyə gəlməmişdir. Yekunda o, və Səxavət adlı şəxs iştirak etmiş, torpağın icarəsi ilə bağlı o, daha yüksək məbləğ təklif etdiyi üçün müsabiqənin qalibi hesab edilmişdir. İddiaçı da müsabiqə yerinə vaxtında gəlməmişdir. Hərrac keçirilərkən Rövşən *2 dəqiqə geçikmişdir. Zərf Rövşənin iştirakı olmadan açılmışdır. Müsabiqə tam qanuni şəkildə keçirilmişdir. Onun icarəyə götürdüyü torpaq sahəsi iddiaçının evinə avtomobil gediş gəlişinə heç bir maneçilik törətmir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası ƏMDK-nin nümayəndəsi X9 göstərdi ki, X5 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən Beyləqan ərazisində yerləşən Beyləqan bələdiyyə mülkiyyətinə aid 45 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə hərrac keçirilmişdir. Hərrac keçirilməmişdən əvvəl müraciət edən bütün şəxslərə məlumat verilmişdir. Son anda elan olunmuş vaxtda, yəni 02 mart 2023-cü il tarixdə hərracın keçirilməsi yerinə torpaq sahəsini icarəyə götürməklə bağlı hərracda iştirak etmək üçün müraciət edən iki nəfər gəlmişdir. Onlardan biri Cavabdeh3, digəri isə X6 olmuşdur. Digər müraciət edənlər həmin vaxt iştirak etməmişlər. Hərrac qanuni keçirilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Hərrac zamanı Cavabdeh3 həmin torpaq sahəsinə görə daha yüksək məbləğ təklif etdiyinə görə torpaq sahəsi onun icarəsinə verilmiş və qanunun tələblərinə uyğun olaraq onunla müqavilə bağlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh* və X5 publik hüquqi şəxsinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh* nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Beyləqan bələdiyyəsinin və X5 publik hüquqi şəxsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən məhkəmə hazırkı vəziyyətdə işə baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil vəsatət verərək hərracın keçirilməsi barədə videogörüntü və sənədləri tələb etsə də, görüntü və sənədlər ona təqdim edilməmişdir. Hərrac Beyləqan rayonunda keçirilmişdir. O, hərracın keçirilməsini mübahsiələndirir. Hərracın keçirilməsinə dair video görüntünü təqdim edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 02 mart 2023-cü il tarixdə Beyləqan bələdiyyə mülkiyyətinə aid 45 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac komissiyası tərəfindən müsabiqə keçirilmiş və müsabiqənin keçirilməsi kamera vasitəsi ilə qeydə alınmışdır. Müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsindən ötürü 7 nəfər müraciət etmiş, komissiyanın sədri tərəfindən verilən məlumata görə onlardan 5 nəfəri iştirak etməmiş, iki nəfər Cavabdeh3 və X6 iştirak etmiş və onların arasında müsabiqə keçirilmişdir. Onların təqdim etdikləri zərflər açılmış və komissiya üzvləri tərəfindən baxılmışdır. Həmin zaman müəyyən edilmişdir ki, iki nəfər arasında yüksək məbləğ Cavabdeh3 tərəfindən təklif edilmiş, belə ki, X6 tərəfindən təklif edilmiş məbləğ 4*2 manat, Cavabdeh3 tərəfindən təklif edilmiş məbləğ 5*0 manat təşkil etmişdir. Ona görə də komissiya tərəfindən Cavabdeh3 torpaq müsabiqəsinin qalibi hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7*40030*7 olan, reyestr nömrəsi 6070*3024265 olan,qeydiyyat tarixi 05.06.20*4-cü il olan çıxarışa və AA 000772 seriya nömrəli, Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş X5 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 02 mart 2023-cü il tarixli 38 nömrəli iclas protokolundan görünür ki, X5 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən Beyləqan ərazisində yerləşən Beyləqan bələdiyyə, dövlət mülkiyyətinə aid 45 kv.m və ya ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədilə hərrac keçirilmiş, hərracda İddiaçı və Cavabdeh3 da ərizəçi kimi müraciət etmişlər. İş materiallarına əlavə edilmiş X5 publik hüquqi şəxsin 002693 nömrəli HTM seriyalı şəhadətnaməsindən görünür ki, X* ərazisində yerləşən Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı X5 publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hərracının qalibidir. Torpaq sahəsi torpaq müsabiqəsində, hərracda icarəyə hər bir ili üçün 5*0 manata icarəyə 25 il müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *723009709 olan,reyestr nömrəsi 6070*200*527 olan,qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəsinə Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 20 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Beyləqan rayonu, R.Axundov küçəsi, ev 30-da yaşayan İddiaçı xx.xx.2023cü il tarixdə Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin onu Beyləqan rayonu ərazisində döyməsini bildirmiş, həmin naməlum şəxsin müəyyən edilib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beylaqan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən araşdırma aparılmış, tərəflərin izahatları alınmış və İddiaçı Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş müraciətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM- nin 39.*.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X5 publik hüquqi şəxsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Beyləqan rayon vəkil bürosuna ünvanladığı məktubdan görünür ki, X5 publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Müsabiqə və hərraclar barədə məlumatlar hərrac gününə ən azı 30 gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.gov.az saytında yerləşdirilir. Bu məlumatlarda müsabiqə və hərracların keçirilmə tarixi, vaxtı və ünvanı öz əksini tapır. Müraciətinizdə qeyd olunan Beyləqan rayonu Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 02 mart 2023-cü il tarixində qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə keçirilmişdir. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.gov.az saytında yerləşdirilmişdir. Həmçinin İddiaçı nümayəndəsi Vəkil vəsatətlə müraciət edərək göstərdi ki, Cavabdeh3 verilən torpaq sahəsi iddiaçının evinə avtomobil gediş-gəlişinə maneçilik törədir. Ona görə də iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Beyləqan rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-*6-*6/2-*0/6978 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən evin yerləşdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti.Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *7*40030*7 olan,reyestr nömrəsi 6070*3024265 olan,qeydiyyat tarixi 05.06.20*4-cü il olan çıxarışa və AA 000772 seriya nömrəli, Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Eyni zamanda İddiaçı faktiki istifadəsidə olan 0.04 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Cavabdeh3 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *723009709 olan,reyestr nömrəsi 6070*200*527 olan,qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Beyləqan bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəsinə verilmiş Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən maşın yolu cavabdeh tərəfindən bağlanmamışdır.Həmin evə gedən yola Cavabdeh3 tərəfindən maneəçilik törədilmir. Beyləqan bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəsinə verilmiş , Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh3 tərəfindən sahibkarlıq məqsədilə inşa edilmiş qeyri-yaşayış binası ilə İddiaçı mülkiyyətinə verilmiş Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi arasında olan məsafə 6.* metrdir. Eyni zamanda Beyləqan bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəsinə verilmiş , Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.0045 ha torpaq sahəsi və həmin torpaq sahəsində Cavabdeh3 tərəfindən sahibkarlıq məqsədilə inşa edilmiş qeyri-yaşayış binası ilə İddiaçı faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yeni inşa edilmiş dəmir darvaza arasında olan məsafə 4.4 metr təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətinə verilmiş Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən maşın yolu cavabdeh tərəfindən bağlanmamışdır. Həmin evə gedən yola Cavabdeh3 tərəfindən maneəçilik törədilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin *-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin *64.*-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39.*-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarının 4-cü bəndində göstərilir ki, müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Həmin Qaydanın 5-ci bəndinə görə təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü ; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar. Həmin Qaydanın 6-cı bəndinə görə təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun mediada yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. Həmin Qaydanın 7-ci bəndində göstərilir ki, bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl mediada dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; hərrac addımını (ilkin qiyməti); - torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini. Həmin Qaydanın **-ci bəndinə görə müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir. Həmin Qaydanın *2-ci bəndinə görə müsabiqə və ya hərrac təşkilatçısı ona təqdim olunan ərizələrin və həmin ərizələrə əlavə edilmiş sənədlərin qorunub saxlanılması, həmçinin ərizəçilərin, eləcə də onların təqdim etdiyi sənədlərin məzmununun məxfi qalması üçün tədbirlər görür Həmin Qaydaların *3-cü bəndinə görə ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və media subyektlərinin nümayəndələrivə jurnalistlər iştirak edə bilərlər. Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqı-satqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Təkliflər bərabər olduqda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslərə üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara oradaca əlavə təklif hazırlamaq tapşırır. Əlavə təklif verməkdən imtina edən iddiaçı müsabiqəni uduzmuş sayılır. İki və ya daha çox iddiaçı əlavə təklif verərlərsə, müsabiqə komissiyası onları təhlil edir və müsabiqəni bitirir. Əlavə təklif yazılı şəkildə və gizli surətdə hazırlanır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, müsabiqənin keçirilməsi qanunun tələblərinə tam uyğun olmuşdur. Müsabiqənin keçirilməsi barədə əvvəlcədən Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.gov.az saytında yerləşdirilmişdir. Son nəticədə müsabiqədə iki nəfər iştirak etmiş, bu da müsabiqənin keçirilməsi üçün yetərli olmuşdur. Yekunda iş üzrə Cavabdeh3 digər iştirakçıya nisbətən yüksək məbləğ təklif etdiyinə görə müsabiqənin qalibi elan olunmuş və torpaq sahəsi qanunun tələblərinə uyğun olaraq onun icarəsinə verilmişdir. Həmçinin məhkəmədə müəyyən edildi ki, cavabdehə verilən torpaq sahəsinin iddiaçıya heç bir maneçiliyi yoxdur. Onun evinə gediş gəlişinə maneçilik törətmir. Beləliklə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədən sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh*nə, X4 PHŞ-nə və 3-cü şəxs Cavabdeh3 qarşı Cavabdeh* mülkiyyətində olan 45 kv.m torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi barədə X5 publik hüquqi şəxsinin 02 mart 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar