Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-171/2023 06.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İddiaçı Ərizəçi, Cavabdeh Maraqlı şəxs iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı atalığın mübahisə edilməsi və atalığa dair qeydiyyatların etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Maraqlı şəxs övladının bioloji atası olmadığından onun övladı xx.xx.2014-cü ildə doğulmuş X2 adına verilmiş doğum haqqında şəhadətnamədə onun həmin uşağın atası kimi aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə, müvafiq düzəlişin edilməsinin Beyləqan rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi tələbi barədə iddia qaldırmışdır. İddiaçı Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək göstərdi ki, cavabdehlə qeyrirəsmi ailə kimi yaşamışlar. Cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə Əli adlı oğlan uşağı olmuşdur. O, cavabdehlə qeyri rəsmi ailə münasibətlərində olduğu üçün uşağın atası olduğunu zənn edib uşağa atalıq vermişdir. Lakin sonradan cavabdehlə arasında yaranan mübahisə zamanı cavabdehin ondan başqa bir şəxslə mütamadi kişi-qadın münasibətlərində olmasını öyrənmişdir. Bunu sonradan cavabdehlə aralarında yaranmış mübahisə zamanı cavabdeh özü ona uşağın atasının onun olmadığını bildirmişdir. Bu barədə sonradan başqa şəxslərdən də eşitmişdir. Beyləqan Rayon Məhkəməsinin qətanməsi ilə həmin uşağa hər ay 280 manat məbləğində aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdehə DNT analizinin verilməsini dəfələrlə desə də getməmiş, müxtəlif bəhanələrlə yayınmışıdr. Hazırda isə DNT analizi ilə onun Əli adlı həmin uşağın atası olmaması müəyyən edilmişdir. Ona görə də, cavabdeh Maraqlı şəxs övladının bioloji atası olmadığından onun övladı xx.xx.2014-cü ildə doğulmuş X2 adına verilmiş doğum haqqında şəhadətnamədə onun həmin uşağın atası kimi aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə, müvafiq düzəlişin edilməsinin Beyləqan rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Maraqlı şəxs iddianı qəbul etdi və izahatında göstərdi ki, xx.xx.2014-cü il tarixdə anadan olan oğlu Əlinin atasının iddiaçı Ərizəçi olduğunu fikirləşir. Çünki həmin dövrdə Səfa ilə faktiki olaraq ər-arvad kimi yaşamışlar. Hazırda isə iddiaçı atalığı mübahisələndirir və bu barədə məhkəmədə iddia qaldırmışdır. Onun vəsatəti əsasında məhəkəmə tibbi-genetik ekspertizası təyin edilmiş və hazırda ekspertizanın rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə qarşı etirazı yoxdur. İddiaçının uşağın atalığına dair qeydin etibarsız hesab edilməsinə etiraz etmir ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Beyləqan rayon Qeydiyyat Şöbəsinin müdiri X3 qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü tərəfin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X4 xx.xx.2014-cü ildə anadan olmuş, ata qrafasında X1, ana qrafasında Maraqlı şəxs yazılmışdır. İşdə olan Beyləqan rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, Ərizəçi 18 avqust 2014-cü il trixdə anadan olan Əli adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bütün növ gəlirlərinin ¼ hissəsi məbləğində alimentin alınıb Maraqlı şəxs verilməsi əmr edilmişdir. İddiaçı Ərizəçi vəsatəti əsasında iş üzrə məhkəmə-tibbi genetik ekspertizası təyin edilmiş və mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli 319/2023 nömrəli ekspert rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Ərizəçi ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması inkar olundu. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə tədqiqində müəyyən oldu ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs birgə yaşadıqları müddətdə Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə oğlu olmuş, iddiaçı cavabdehin dediyinə görə uşağın atası olduğunu zənn edib uşağa atalıq vermişdir. Sonradan iddiaçı uşağın bioloji atası olmasından şübhə edərək cavabdehdən DNT analizi verməsini tələb etmiş, lakin cavabdeh onunla razılaşmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə alınmış ekspertiza rəyindən Ərizəçi X4 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Beləliklə Ərizəçi 18 avqust 2014-cü ildə anadan olmuş X4 bioloji atası olmaması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Cavabdehin özü də iddianı etiraf etmiş və təmin edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı uşağın bioloji atası olmaması barədə məlumatı sonradan əldə etmiş, hazırda da ekspertizanın rəyi ilə həmin hal sübuta yetmişdir. Ona görə məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi nin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Ərizəçi 18 avqust 2014-cü ildə anadan olmuş anası Maraqlı şəxs olan X2 doğum haqqında şəhadətnaməsində atası kimi aparılmış qeydiyyat etibarsız hesab edilsin. X2 doğum haqqında şəhadətnaməsinə düzəliş edilməsi Beyləqan rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-171/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-171/2023
06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver