Məhkəmə qərarları › İş №2(020)-1729/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1729/2025

13.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1729/2025 13.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İddiaçı, Cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinin direktoru X2 iştirakları ilə, İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Əmək hüquqlarının və işə bərpasının təmin edilməsini; 1. İşsiz qaldığı müddət üçün orta aylıq əmək haqqının hesablanıb ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcubiri köçkündür, Xocalı Soyqrımında ailəsi ilə birlikdə gəlib Beyləqan rayonu, Örənqala qəsəbəsində məskunlaşaraq yaşayır. Orta ixtisas təhsillidir və 1992-cı ildə Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbində tar müəllimi işinə qəbul olunmuşdur. Uzun illərdir həmin işdə işləyir və heç bir töhməti və ya digər cəzası olmamışdır. Bu günə kimi işinin öhdəsindən lazımınca gəlmişdir. O, 29 may 2*25-ci il tarixdən *1 iyul 2*25-ci il tarixədək ayağından cərrahi əməliyyat olunduğuna görə xəstəlik vərəqəsi götürmüş və *2 iyul 2*25-ci il tarixdə işə gedib xəstəlik sənədini təqdim etmişdir. *3 iyul 2*25-ci il tarixdə işdə olarkən ona sms gəlmiş və *4 iyul 2*25-ci il tarixə attestasiya imtahanında iştirak etməsi bildirilmişdir. O, hazırlaşmadan *4 iyul 2*25-ci il tarixdə attestasiyada iştirak etmə üçün Bakı şəhərinə getmişdir. Ona beş baldan verilən suallardan ikisini cavablandırmışdır. Lakin, attestasiyanı qəbul edən müəllimlərin fikrinə görə o, lazımi nəticəni toplaya bilmədiyinə görə imtahanı uğurla keçə bilməmişdir. İmtahan nəticəsi qeyri-qənaətbəxş olduğuna görə məktəbin direktoru ona əmrlə çıxmasındandırsa, öz ərizəsi ilə çıxmasının daha məqsədəmüvafiq olmasını demiş, o da *4 iyul 2*25-ci il tarixdə ərizə ilə müraciət edərək, *5 iyul 2*25-ci il tarixdə işdən azad olunmaını xahiş etmişdir. Nəticədə o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin drektoru Elmurad Quliyevin *4 iyul 2*25-ci il tarixli, 7*-k saylı əmri ilə işdən azad olunmuşdur. Lakin, həmin ərizəni məcburiyyət altında yazdığına görə qeyd olunan əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinin direktoru X3 iddianı qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbində fortopianino müəlliməsi işləyir. Sözü gedən attestasiya zamanı Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinin nümayəndəsi kimi iştirak etmiş və həmin vaxt İddiaçı həm nəzəri, həm də praktiki baxımdan verilmiş suallara qənaətbəxş cavablar verə bilməmişdir. Məhz bu səbəbdən də imtahandan uğurlu nəticə əldə etməmişdir. Attestasiya zamanı yalnız ixtisasa uyğun suallar verilmiş və tam obyektiv və şəffav keçirilmişdir. O, iddiaçının yenidən attestasiya olunması şansının saxlanılması məqsədilə özü bal vermişdir. İş materiallarında olan sənədlər: İş materiallarında olan İddiaçı tərəfindən yazılmış *4 iyul 2*25-ci il tarixli ərizədən görünür ki, o, *5 iyul 2*25-ci il tarixdən öz istəyilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilərək işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan *4 iyul 2*25-ci il tarixli, 7*-k saylı əmrdən görünür ki, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi tar müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə *5 iyul 2*25-ci il tarixindən xitam verilmiş və ona istifadə edilməyən 47 təqvim günü müddətində əmək məzuniyyətinin son haqq hesabı qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2* avqust 2*25-ci il tarixli, MŞC/1/**532 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı i.ə bərpa və təzminat tələbi ilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasının keçirilməsinə razılıq verməmişdir. İş materiallarında olan *1 sentyabr 2*25-ci il tarixli, 28* saylı arayışdan görünür ki, Əliyev X4 rayonundan məcburi köçkündür və Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.https://e-qanun.az/framework/46943 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış *4 iyul 2*25-ci il tarixli ərizədən görünür ki, o, əmək müqaviləsinə *5 iyul 2*25-ci il tarixdən xitam verilməsin xahiş etmişdir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1*6.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəni könüllü şəkildə yazdığı, iddiaçının həqiqi və azad iradəsini ifadə etdiyi müəyyən olunmuş, həmçinin cavabdeh tərəfindən iddiaçıya zor işlədilməsi və ya hədəqorxu gəlinməsi yaxud işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halları aşkar olunmamışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Beyləqan şəhər Niyazi adına uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən isdifadə etməklə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar