Məhkəmə qərarları › İş №2(020)-1742/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1742/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1742/2023 17.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, İclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X3nun 05 dekabr *958-ci il tarixdə doğulması barədə doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, mərhum X3 05 dekabr *958-ci ildə anadan olmuşdur. X3 04 oktyabr 20*9-cu ildə vəfat etmişdir. Ərinin doğum haqqında şəhadətnaməsi olmadığı üçün adlarında olan torpağı və digər əmlakları adına keçirə bilmir. Doğum şəhadətnaməsi olmadığı üçün ərinin adına olan torpağı sənədləşdirə bilmir. Cavabdehnə müraciət etmiş, orada ona bildirmişlər ki, doğum haqqında akt qeydi Beylaqan rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Bu səbəbdən də onun doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, mərhum X3nun 05 dekabr *958-ci ildə doğulması barədə doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinin tələblərini nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 0*.07.*96*-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh 07 sentyabr 2023-cü il tarixli, 449 saylı rəyindən görünür ki, Cavabdehndə, qeydiyyat şöbəsinin arxivində X4 doğum haqqında akt qeydi aşkar olunmamışdır. X4 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin mərhum X3 04.*0.20*9-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X* atası X2 02 aprel 2007-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X* anası X5 XX.XX.*940-cı ildə anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum X3 05 dekabr *958-ci ildə anadan olmuş, 04 oktyabr 20*9-cu ildə isə vəfat etmişdir. X* doğum haqqında şəhadətnaməsi olmadığı üçün ərizəçi adlarında olan torpağı və digər əmlakları adına keçirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X* 05 dekabr *958-ci doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Tərtib olunmuş doğum haqqında şəhadətnamənin ata qrafasında X2, ana qrafasında X5, milliyəti isə azərbaycanlı yazılsın. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar