Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1762/2023 16.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış hüququ verilməklə yaşayış evinə köçürülmə və yardımçı tikilərdən istifadə qaydalarının müəyyən edilməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun Beyləqan şəhəri General M.Əsədov küç. ev 152 də yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan evə yaşamaq hüququ tanınmaqla evə köçürülməsi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadəmdə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Beyləqan şəhəri General M.Əsədov küç. ev 152 -də xx xxxxxx 1998-ci ildə doğulmuş və həmin evdə valideynləri ilə yaşamışdır. Orada məktəbə getmiş və orada böyümüşdür. Hazırda da həmin evdə qeydiyyatdadır. O, orada uzun müddət uşağı ilə yaşamışdır. Mütləq həmin evə köçürülməlidir. Yaşamağa başqa yeri yoxdur. O, cavabdehlərlə birlikdə uzun müddət həmin evdə yaşamışdır. Cavabdehlər hazırda həmin evdə yaşasa da, ona mübahisəli evdə yaşamağa və yardımçı tikililərdən istifadə etməyə imkan vermirlər. Ona görə də, onun və uşağının Beyləqan şəhəri General M.Əsədov küç. ev 152-də yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan evə yaşamaq hüququ tanınmaqla evə köçürülməsi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadəmdə saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstrəmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları Beyləqan şəhəri General M.Əsədov küç. ev 152 -də yerləşən mənzilə İddiaçı və övladına yaşayış hüququ verilməklə mənzilə köçürülməlidirlər və kommunal xidmət sahələri ümumi istifadələrində saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublkikası Konstitutsiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləmnin 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə və Azərbyacan Respublikası MPM-nin 216-220-ci maddələrini əldə rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı və övladının Beyləqan şəhəri General M.Əsədov küç. ev 152 -də yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan evə yaşamaq hüququ tanılsın və həmin evə köçürülsün. Beyləqan şəhəri General M.Əsədov küç. ev 152-də yerləşən evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələri ümumi istifadədə saxlanılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədirlik edən: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1762/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1762/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver