Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1767/2025 04.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ uşağın himayəyə verilməsi və alimentin təyin edilməsi” tələbinə dair mülki açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə anadan olmuş Raufun onun yanında qalmasının (himayəmdə olmasının) müəyyən edilməsi və Cavabdeh onun xeyrinə xx.xx.2015-ci ildə anadan olmuş Rauf adlı uşağının saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 250 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ uşağın himayəyə verilməsi və alimentin təyin edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(020)-144/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə cavabdeh X7 arasında 15 fevral 2012-ci il tarixdə 03 nömrəli qeydlə Beyləqan rayon İHB-nın Əlinəzərli kənd icra nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olan X8 və xx.xx.2015ci ildə anadan olan X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilmələri, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olan X4 cavabdeh İddiaçı alınıb X5 verilməsi, İddiaçı hər ay hər bir uşağa görə 170 (yuz yetmiş) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2015-ci ildə anadan olan X10, xx.xx.2012-ci ildə anadan olan X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqların anası Cavabdeh verilməsi qət edilmişdir. Göründüyü kimi, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)- 144/2024 saylı qətnaməsi ilə xx.xx.2013-cü ildə anadan olmuş X6 və xx.xx.2015-ci ildə anadan olan X4 nikah pozulduqdan sonra hansı valideynin yanında qalması məsləsinə hüquqi qiymət verilmişdir. Həmin qətnamə qəbul edilən zaman da xx.xx.2015-ci ildə anadan olan X1 Nlyaməddin Xanlar oğlunun himayəsində olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olan X4 cavabdeh İddiaçı alınıb X5 verilməsi qət edilmişdir. Hal-hazırda İddiaçı xx.xx.2015-ci ildə anadan olan X4 onun himayəsində qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir ki, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıki mülki işin icraatına xitam verilməsini zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “ uşağın himayəyə verilməsi və alimentin təyin edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1767/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1767/2025
04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver