Məhkəmə qərarları › İş №2(020)-1779/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1779/2023

09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1779/2023 09.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi “Nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəylə məhkəməyə müraciət edərək, onun 2006-cı il buraxılışı, qara rəngli “X*9” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) avtomobil üzərində 09.*2.202*-ci ildən mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilən tələbdə dəqiqləşdirmə aparılmasına dair ərizə ilə məhkəmə iclas zalında məhkəməyə müraciət edərək, 2006-cı il buraxılışı, qara rəngli “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) avtomobil üzərində onun mülkiyyət, sahiblik və sərəncam vermə hüququnun yaranması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, 09.*2.202*-ci ildə 2006-cı il buraxılışı, “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) qara rəngli minik avtomobilini X3 adlı şəxsdən qanuni sənədlər əsasında baş etibarnamə əsasında almış və avtomobilə dair Nizami Cahangirovun verdiyi sənədlər əsasında avtomobilin AE **056* nömrəli Qeydiyyat Şəhadətnaməsini öz adına dəyişmək üçün BDYPİ-nin QİŞ-nə müraciət edərkən ona bildirdilər ki, İnterpol Milli Mərkəzi Bürosunun məktubuna əsasən baş ehtibarnamə ilə onun mülkiyyətində olan və idarə etdiyi avtomobil İtaliya Respublikasında oğurlanmışdır. Halbu ki, o həmin avtomobili alarkən yoxlatdırmış və avtomobilin axtarışda olmadığı müəyyən edilmişdir. Avtomobilin oğurluq olması barədə sənədlər araşdırılması üçün BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinə göndərilmiş, həmin şöbənin təhqiqatçısı polis-polkovniki Rauf Cəfərov tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq 29 aprel 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və İtaliya dövləti tərəfindən oğurlanmış avtomobilin axtarışa verilməsi və onun hərəkətləri arasında heç bir əlaqənin olmaması müəyyən edilmişdir. Ərizəçi onu da bildirdi ki, uzun müddət qazanıb əldə etdiyi vəsait hesabına aldığı avtomaşının AE **056* nömrəli Qeydiyyat Şəhadətnaməsini öz adına dəyişmək üçün BDYPİ-nin QİŞ-nə müraciət edərkən ona bildirilmişdir ki, həmin avtomaşın axtarışdadır və bu səbəbdən də avtomobilin Qeydiyyat Şəhadətnaməsini öz adına sənədləşdirilməsi mümkün deyildir. Ərizəçi onu da bildirdi ki, 09.*2.202*-ci ildən 2006-cı il buraxılışı, “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) qara rəngli minik avtomobilini tam haqqını ödəməklə onu vicdanlı əldə etmiş və əldə etdiyi vaxtdanda indiyə qədər avtomobildən istifadə edərək avtomobilə sahiblik edir. Ona görə də, o, ərizədə göstərilən tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası DİN-nin BDYP-nin X6-İmtahan və Texniki Baxış şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə prosesinə nümayəndəsini göndərməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası DİN-nin BDYP-nin X6-İmtahan və Texniki Baxış şöbəsinn nümayəndəsinin məhkəmədə iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını tam hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ RQİŞ-i tərəfindən həmin avtomobilə verilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışı, “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) qara rəngli minik avtomobili 30.03.202*-ci il tarixdən X* adına rəsmiləşdirilmiş və sonradan həmin avtomobil baş etibarnamə əsasında müxtəlif şəxslərə satılmış və sonuncu sahibi isə Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan İdarəsinin 0*6-*63397-*222 saylı, 23.*2.2022-ci il tarixli arayışının surətindən görünür ki, idarənin komputer uçot bazasının məlumatlarına əsasən “ KİA RİO” markalı, KNEDE24*266*6348* ban nömrəli nəqliyyat vasitəsi 30.03.202*-ci il tarixdə, 728365 nömrəli gömrük vəsiqəsi (ABGİ) əsasında **-UU-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X* adına qeydiyyata alınmış və “KİA RİO” markalı, KNEDE24*266*6348* ban nömrəli nəqliyyat vasitəsi İtaliyada oğurlandığı üçün “İNTERPO” tərəfindən axtarışda olması barədə məlumat *0.0*.2022-ci il tarixdə daxil olduğundan sözügedən nəqliyyat vasitəsinin X* adına rəsmiləşdirilməsi zamanı müvafiq sistemdə hər hansı məhdudiyyət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan İdarəsinin 0*6-*63397-*22 saylı, 23.*2.2022-ci il tarixli arayışına əlavə edilmiş siyahının surətindən görünür ki, “KİA RİO” markalı, KNEDE24*266*6348* ban nömrəli avtomaşın *5.04.202*-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə ilə X9, X4, X*0, X7, X2, X5, Həsrətli Firidun oğlunun, X8 və ən sonda hal-hazırdaək Ərizəçi istifadəsində olmuşdur. Qeyd olunan müddətlər ərzində avtomaşın axtarışda olmamış, həmin avtomaşın məhdudiyyətlər siyahısına *4.04.2022-ci il tarixdə salınmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2006-cı il buraxılışı, “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) qara rəngli minik avtomobil rəsmiləşdirilən zaman həmin avtomobilin axtarışda olması barədə heç bir məlumat olmamış, avtomobilin ban nömrəsi zavod üsulu ilə vurulmuş, standart rəqəmlərə xarakterikdir, avtomobilin qeydiyyat sənədləri uyğundur, avtomobilin oğurlanmış avtomobil kimi İtaliya dövləti tərəfindən axtarışa verilməsi ilə Ərizəçi hərəkətləri arasında hər hansı əlaqə yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.03.*999-cu il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “mexaniki nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.*-ci bəndinə əsasən, nəqliyyat vasitəsi-nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyata alınır. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən muvafiq sənədlər verildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini həyata keçirməlidirlər. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin sahibliyini təsdiq edən sənədlər kimi eyni zamanda məhkəmənin qərarı göstərilmişdir. Həmin Əsasnamənin *4-cü bəndinə əsasən, qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Həmin Əsasnamənin *5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün bu əsasnamə ilə müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən qeydiyyat məntəqələrinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin *3.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 09.*2.202*-ci ildən 2006-cı il buraxılışı, “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) qara rəngli minik avtomobilinin üzərində Ərizəçi mülkiyyət, sahiblik və sərəncam vermə hüququnun yaranması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizədə göstərilən tələb təmin edilsin. 2006-cı il buraxılışı, “Kia Rio” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı (ban KNEDE24*266*6348*) qara rəngli minik avtomobili üzərində Ərizəçi mülkiyyət, sahiblik və sərəncam vermə hüququnun yaranması faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar