Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1780/2023 03.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, İclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun doğum akt qeydi bərpa edilsin və 0* aprel *956-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulması faktıı müəyyən edilsin ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında isə X3 yazılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, o, 0* aprel *956-ci il tarixdə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuşdur. X* və anası X3 ilə *5.02.*955-ci ildə faktiki nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından o, 0* aprel *956-ci ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuşdur və hal-hazırda da Beyləqan rayonu Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşayır. Hazırda isə problemlərlə üzləşir. Beyləqan rayon X2 müvafiq qərarı ilə ailə üzvlərimizə çöl torpaq sahəsi verilməsini təsdiq edən dövlət aktında ailə üzvlərinin adları qeyd olunmuşdur. Həmin torpaq sahəsini sənədləşdirmək istəyirlər, lakin doğum haqqında şəhadətnaməsi barədə sistemdə heç bir məlumat olmadığından valideynlərindən qalan torpağa sahib çıxa bilmirlər. Doğum haqqında akt qeydini isə başqa qaydada əldə etmək və ya bərpa etmək mümkün deyildir. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, doğum akt qeydi bərpa edilsin və 0* aprel *957-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulması faktı müəyyən edilsin və ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında isə X3 barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin təmin edilməsinə etirazı olmadığını və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Əlinəzərli kənd İƏD üzrə nümayəndəliyinin 06.*2.2022-ci il tarixli 447 saylı arayışından görünür ki, Cəfərov X5 rayonunun Əlinəzərli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 24 fevral 2023-cü il tarixli, *2/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və Ərizəçi doğum barədə akt qeydi aşkar ollunmamışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçinin atası Paşəliyev Umarla anası X4 *5.02.*955-ci ildə ailə qurmuşlar Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi 0* aprel *956-ci il tarixdə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuşdur. Ərizəçinin doğum şəhadətnaməsi olmadığından o, Maraqlı şəxsnə müraciət etmişdir. Beyləqan Qeydiyyat şöbəsində ərizəçinin doğum haqqında şəhadətnamənin verilməsinə səbəb olan doğum haqqında akt qeydi aşkar olunmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmədə müəyyən edildi ki, iddiaçının doğum haqqında çəhadətnaməsi olmadığına görə hər hansı sənədləşmə işləri aparılmasında çətinliklərlə üzləşir.ona görə də həmin sənət çətinliklərin aradan qaldırılması ilə bağlı ona lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilsin və 0* aprel *956-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında isə X3 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1780/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1780/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver