Məhkəmə qərarları › İş №2(020)-18/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-18/2024

03.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-18/2024 03.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı JN: 465 saylı, kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 0.98 ha pay torpaq sahəsinin 0.40 ha hissəsindən çıxarılma tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN: 465 saylı, kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 0.98 ha pay torpaq sahəsinin 0.40 ha hisəsindən Cavabdeh çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayon İHB-nın 24 noyabr 1998-ci il tarixli, 59 saylı Qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə JN: 465 saylı, kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə 0.98 ha pay torpaq sahəsi verilmişdir. Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsinin 040 ha hissəsini zəbt edərək istifadə edir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh torpağını boşaltmaq istəmir. Mülkiyyətlərində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdeh zəbt etdiyi torpaq sahəsindən istifadə etməklə ona maddi ziyan vurmuşdur. Gələcəkdə ziyanla bağlı məhkəmədə iddia qaldıracaqdır. Təyin edilmiş ekspert rəyində cavabdehin onun mülkiyyətində olan 0,98 hektar torpaq sahəsinin zəbt etməsi göstərilsə də, cavabdeh onun torpağının 0,40 hektarını zəbt etmişdir. Qalan 0,58 hektardan özü istifadə edir. Odur ki, JN: 465 saylı, kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 0.98 ha pay torpaq sahəsinin 0.40 ha hisəsindən Cavabdeh çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddia qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsinin X1 almışdır. Həmin torpağın sənədi də vardır. O, həmin torpaq sahəsindən hazırda istifadə edir. Mütəxəssis və ekspert rəy verərkən onun sağ və sol tərəfində olan sahələr ölçülməli idi. Lakin torpaq sahəsi hərtərfli ölçülmüşdür. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan JN: 465 saylı, kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktından görünür ki, Beyləqan rayon İHB-nın 24 noyabr 1998-ci il tarixli, 59 saylı Qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN: 465 saylı, kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə 0.98 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 08 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4778 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə JN:465 saylı kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.98 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Ölçmə işləri zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən naturada iddia olunan torpaq sahəsinin ölçüləri və yerləşdiyi ərazi ilə ona məxsus sənədlərdə qeyd olunan 0.98 ha torpaq sahəsinin ölçüləri və yerləşdiyi ərazi arasında uyğunsuzluq mövcuddur. Ona görə də İddiaçı faktiki istifadəsində olan 0.80 ha torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilərək tərtib edilmiş ölçü planında göstərilmişdir. Eyni zamanda cavabdehin təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 11,08.2023-cü il, qeydiyyat nömrəsi **********0, daşınmaz əmlakın reyestr nömrəsi **********39 olan Çıxarışa əsasən Nuriyeva Hicran Cəlil qızının (Cavabdeh arvadı) xüsusi mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 1.0609 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavavdeh Cavabdeh faktiki istifadəsində olan 1.58 ha torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilərək tərtib edilmiş ölçü planında göstərilmişdir. Beyləqan rayon Aqrar İslahat komisiyyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə JN:465 saylı kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.98 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********0, daşınmaz əmlakın reyestr nömrəsi **********39 olan Çıxarışa əsasən Nuriyevə Hicran Cəlil qızının (Cavabdeh arvadı) xüsusi mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 1.0609 ha torpaq sahəsi ilə İddiaçı məxsus Beyləqan rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə JN:465 saylı kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.98 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə JN:465 saylı kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.98 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin 0,40 hektarını cavabdeh zəbt edərək istifadə edir. İş üzrə təyin edilmiş ekspert rəyində cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,98 hektarını zəbt etməsi göstərilmişdir. Lakin məhkəmə iclasında izahat verən iddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,58 hektardan özünün istifadə etdiyini, qalan 0,40 hektar hissəsindən cavabdehin istifadə etdiyini göstərmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, cavabdeh Əliyev X2 rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə JN:465 saylı kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.98 ha torpaq sahəsinin 0,40 hektarından çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 95 (doxsan beş) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əliyev X2 rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarı ilə JN:465 saylı kod 60713018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.98 ha torpaq sahəsinin zəbt etdiyi 0,40 ha hissəsindən çıxarılsın. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar