Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1823/2023 25.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı1 və İddiaçı2, İddiaçı- İddiaçı1 vəkalətli nümayəndəsi Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Beyləqan rayonu, Yuxarı Aran kəndində anası İddiaçı2 məxsus 2 mərtəbəli, 6 otaqlı mənzildən ibarət olan fərdi yaşayış evləri vardır. Evin hər mərtəbəsində 3 otaq yerləşir. Anası İddiaçı2 da həmin mənzil öz anasından qalmışdır. Cavabdeh ilə ailəli olmuşdur. Yəni Rəna həmin evə gəlin gəlmişdir. Rəna ilə ailəli olduğu müddətdə də anasına məxsus evdə yaşamışlar. Sonradan Rəna ilə münasibətləri pozulduğundan ayrılmışlar. Ayrıldıqdan sonra cavabdeh onları məcburi şəkldə həmin evdən çıxartmış və onlara öz evlərində yaşamağa imkan verməmişdir. Onların başqa yerdə yaşamağa evləri yoxdur. Odur ki, onların Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 2 mərtəbəli, 6 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 iddianı müdafiə etdi, məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı Mahir Mərdanovla ailə qurduqdan sonra sözügedən evə gəlin gəlmiş, uzun müddət həmin evdə bir yerdə yaşamışlar. Mahirlə birgə nikahlarından dörd uşaqları anadan olmuşdur. Uşaqlarından biri 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Son illər Mahirlə aralarında narazılıqlar olmuş və xasiyyətləri uyğun gəlmədiyində ayrılmışlar. Qaynanası İddiaçı2 evə köçürülməsinə etirazı yoxdur. Lakin İddiaçı1 evə köçməsinə razı deyildir. Mahir başqa qadınla ailə qurmuş, bu səbəbdən Mahirin onlarla bir yerdə yaşaması düzgün ola bilməz. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Abonentin saldosundan görünür ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı və işq sayğacı İddiaçı1 adınadır və ödənişlər də onun adından ödənilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Yuxarı Aran qəsəbə İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı1 anası İddiaçı2 ilə birlikdə Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində yerləşən evdə 2022-ci ilə qədər yaşamışlar. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Yuxarı Aran qəsəbə İƏD üzrə nümayəndəsinin 14 dekabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1, Cavabdeh əvvəl yaşadığı evin sənədi yoxdur, həyətyanı torpaq sahəsinin sənədi olub olmaması onlara məlum deyildir. Ev köhnə dövlət binasıdır. 2 mərtəbəli, 6 otaqdan ibarətdir. 3 otağı təmirli 3 otağı isə təmirsizdir. Evin sanitar qovşağı tam təmir olunmamışdır. Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “O.ROUK Birləşmiş Krallığa qarşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “X1rşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “X1rşı” işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar mübahisəli evdə yaşamaqla özlərinə məxsus bütün əmlakları da, həmin evdə yerləşir. Həmin ev əslində iddiaçılara məxsus olmuş, cavabdeh həmin evə gəlin köçmüşdür. Azərbaycan Respublkikası Konstitutsiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləmnin 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə və Azərbyacan Respublikası MPM-nin 216-227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən əvvəllər yaşadıqları 2 mərtəbəli, 6 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1823/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1823/2023
25.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver