Məhkəmə qərarları › İş №2(020)-19/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-19/2024

07.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-19/2024 07.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayon Dünyamalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun xüsusi mülkiyyətimə verilmiş 0.62 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən 0.62 hektar torpaq sahəsi tam olaraq İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh xeyli müddətdir ki, oğlunun torpağını qanunsuz zəbt etməklə torpağından çıxmır. Onlar cavabdehə mülkiyyətini təsdiq edən sənədlərini təqdim etməklə torpağından çıxmağını tələb etsələrdə cavabdeh onların dediklərinə və sənədlərinə əhəmiyyət verməyərək qanunsuz torpağını zəbt etməkdə davam edir. Hazırda cavabdeh oğlunun torpağını boşaltmaqdan imtina edir. Ona görə də Cavabdeh Beyləqan rayon Dünyamalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla iddiaçının xüsusi mülkiyyətimə verilmiş 0.62 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, Beyləqan rayon Aqrar Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 2,48 ha pay torpaq sahəsi verilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur.O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişidr. Həmin yer boş qalmışdır. Hazırda istifadı etdiyi yorpaq sahəsi onun özünə məxsusdur. Ona görə də,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən 0.62 hektar torpaq sahəsi tam olaraq İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan JN416 KOD60700068 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 nömrəli qərarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 2,48 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 17 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2203 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 nömrəli qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-416, kod 60700068 saylı Dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiç 2.48 ha torpaq sahəsindən ayrılmışdır. Ona görə də JN-416, kod 60700068 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 2.48 ha torpaq sahəsinin və həmin torpaq sahəsindən reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.62 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. JN-416, kod 60700068 saylı Dövlət aktı ilə Cavabdeh və digər ailə üzvlərinin paylı mülkiyyyətində qalan 1.86 ha torpaq sahəsinin də sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda ölçmə işləri zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətinə verilmiş 0.62 ha torpaq sahəsi sənəd üzrə JN-416, kod 60700068 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 2.48 ha torpaq sahəsinin sağ tərəfindən ayrılsa da, fatiki olaraq sol tərəfdən ayrılmışdır. Cavabdeh tərəfindən X2 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışla 0.62 ha torpaq sahəsinin 0.59 ha hissisi istifadə edilir. İddiaçı mülkiyyətinə verilmiş 0.62 ha torpaq sahəsi Cavabdeh təqdim etdiyi JN-416, kod 60700068 saylı Dövlət aktı ilə, ona və ailə üzvlərinə (4 nəfərdən ibarət) məxsus 2.48 ha torpaq sahəsindən ayrılmışdır. İddiaçı naturada faktiki olaraq ayrılmış 0.62 ha torpaq sahəsi ilə sənəd üzrə ayrılmış torpaq sahəsi üst-üstə düşmədiyi, eyni zamanda Cavabdeh və digər ailə üzvlərinin ( 3 nəfərdən ibarət) paylı mülkiyyətində qalan 1.86 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən 0.62 hektar torpaq sahəsi tam olaraq İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən X2 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışla 0.62 ha torpaq sahəsinin 0.59 ha hissəsi istifadə olunur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,62 ha torpaq sahəsinin 0,59 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə İddiaçı iddia tələbi qismən, yəni Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 0.59 ha hissəsini zəbt etdiyi sübuta yetdiyindən iddia həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********80 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışla Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,62 ha torpaq sahəsinin zəbt etdiyi 0,59 ha hissəsindən çıxarılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 95 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar