Məhkəmə qərarları › İş №2(020)-2059/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2059/2023

15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2059/2023 15.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi mərhum X2 vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X4 onunla bir ailədə analığı kimi yaşamış və bir ailənin üzvü olmuşlar. Atası rəhmətə getdikdən sonra da analığını saxlamış, xəstə olanda baxmış, dəfn etmiş və yas mərasimini özü keçirmişdir. X* 04.08.202*-ci il tarixdə vəfat etmişdir. Hazırda mərhum analığının mülkiyyətində olan torpağı və digər əmlakları adına keçirmək istəsə də analığının heç kimsəsinin olmaması ona problem yaradır. Mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. O, uzun illərdir mirası qəbul etmiş, mərhumun növbəli vərəsəsidir. Mərhumun ondan başqa vərəsəsi yoxdur. Odur ki, mərhum X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat kontoruna мящкямя иъласынын вахты вя йери барядя ганунла нязярдя тутулмуш гайдада хябярдарлыг едилмясиня бахмайараг nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyinə görə mящкямя ъавабдещin иштиракы олмадан ишя бахмаьы мцмкцн щесаб едир. Мəhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 04.08.202*-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, X2 mülkiyyətində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən ümumi sahəsi 5*.4 kv metr, yaşayış sahəsi *8,5 kv, köməkçi sahəsi 32.9 kv metr oln yaşayış evi vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu İcra hakimiyyəti başçısının İ Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *3.*0.2023-cü il tarixli 992 nömrəli arayışından görünür ki, Ərizəçi 04.08.202*-ci il tarixdə vəfat etmiş X* öldüyü günədək Beyləqan rayonu İ Şahsevən kəndində qeydiyyatda olmuş və onunla bir təsərrüfatda yaşamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu İcra hakimiyyəti başçısının İ Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 866 nömrəli arayışından görünür ki, 04.08.202*-ci il tarixdə vəfat etmiş X2 ölümündən sonra ailə üzvü kimi Ərizəçi hal hazıra dək mərhumun evində yaşayır və mirası faktiki qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Qeydiyyat şöbəsinin *8.09.2023-cü il tarixli 408 nömrəli məktubundan görünür ki, X2 ailə tərkibində heç kəs aşkar ediməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Ərizəçi mərhum X3 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, о, mirası tamamilə qəbul etmişdir. Аzərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X4 öldüyü günədək Ərizəçi öz evində himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında mərhum analığının növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi analığı vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi həmin evdən və torpaq sahəsindən istifadə edir. Bu hal onu göstərir ki, Ərizəçi yeganə vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Оna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 04.08.202*-ci ildə ölmüş mərhum X*na məxsus miras qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar