Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-21/2025 18.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzinin Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və istifadə etdiyi torpaqdan çıxarılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzinin Cavabdeh qanunsuz olaraq X9 sahəsində mişar daşlarından inşa etdiyi 5x6 m. ölçüdə 1ədəd yaşayış evi, 5x20 m. ölçüdə 1 ədəd dəmir konstruksiyalı və 1 ədəd primitiv şəkildə mal-qara saxlamaq üçün arxacların öz vəsaiti hesabına sökülməsi və 2,96 ha X9na aid torpaq sahəsindən çıxaraq, ərazini əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, 9 saylı RMTM-nin ərazisində X6 istifadə vəziyyəti araşdırılarkən, Mərkəzin 5 saylı meşəbəyliyinin 8 saylı dolayısının 16-cı kvartalında Beyləqan rayon Əlinəzərli kənd sakini Cavabdeh tərəfindən 2,96 ha dövlət X8nın zəbt edilərək, qanunsuz istifadə edildiyi, bundan başqa, mişar daşlarından inşa edilmiş 5x6 m. ölçüdə 1ədəd yaşayış evi, 5x20 m. ölçüdə 1 ədəd dəmir konstruksiyalı və 1 ədəd primitiv şəkildə mal-qara saxlamaq üçün əsaslı arxaclar tikildiyi faktı müəyyən edilmişdir.Cavabdeh xx.xx.2023-cü il tarixli 3-14-27-01/2-X-032-3/2023 nömrəli məktubla X9na aid zəbt etdiyi torpaq sahəsini boşaldaraq, əvvəlki vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin o bundan imtina etmişdir.Bu səbəbdən də Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən edilməsi və əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə barəsində toplanmış material xx.xx.2023-cü il tarixdə 3-14-27-1/- 136/2023 nömrəli məktubla Beyləqan rayon polis şöbəsinə göndərilmişdir. Beyləqan rayon polis şöbəsində araşdırma aparılaraq, materialda cinayət tərkibinin olmaması səbəbi ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və mülki qaydada məhkəmə qarşısında iddia qaldırılmaq hüquqları olması izah edilmişdir. Bundan sonra hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Ona görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X4 Mərkəzinin Cavabdeh qanunsuz olaraq X9 sahəsində mişar daşlarından inşa etdiyi 5x6 m. ölçüdə 1ədəd yaşayış evi, 5x20 m. ölçüdə 1 ədəd dəmir konstruksiyalı və 1 ədəd primitiv şəkildə mal-qara saxlamaq üçün arxacların öz vəsaiti hesabına sökülməsi və 2,96 ha X9na aid torpaq sahəsindən çıxarılaraq, ərazini əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, iş üzrə alınmış ekspertizanın rəyi ilə razı deyildir. Ölçülər düzgün aparılmamışdır. Sözügedən sahədə 2017-ci ildə qaz saxlamışdır. Orada heyvan saxlamamışdır. 2021-ci ildə orda əvvəl pambıq, sonra taxıl əkmişdir. Tikili hazırda yararsız vəziyyətdədir. İddiaçının tələb etdiyi torpaq sahəsi isə Meşə təsərüfatına məxsus deyildir. Həmin torpaq sahəsi Azər Əliyevə məxsusdur. Həmin torpağı icarəyə götürüb istifadə etmişdir. İcarə müddət birdiyindən torpaqda olan tikililəri sökmüşdür. Hazırda orada beton dirəklər qalmışdır. Həmin torpaq sahəsinə onun adına sənəd də yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını və iş üzrə toplanmış digər sübutları tədqiq edib dəlillərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzinin 04 avqust 2023-cü il tarixli 006476 saylı aktından görünür ki, 9 saylı RMTM-nin ərazisində X6 istifadə vəziyyəti araşdırılarkən, Mərkəzin 5 saylı meşəbəyliyinin 8 saylı dolayısının 16-cı kvartalında Beyləqan rayon Əlinəzərli kənd sakini Cavabdeh tərəfindən 2,96 ha dövlət X8nın zəbt edilərək, qanunsuz istifadə edildiyi, bundan başqa, mişar daşlarından inşa edilmiş 5x6 m. ölçüdə 1ədəd yaşayış evi, 5x20 m. ölçüdə 1 ədəd dəmir konstruksiyalı və 1 ədəd primitiv şəkildə kaşarların tikilməsi müəyyən edilmişdir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzinin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına hasariama, həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, həmçinin torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması cinayət məsuliyyətinə səbəb olması, məktubu rəsmi qaydada aldıqdan 15 gün ərzində meşə fonduna aid zəbt etdiyiniz torpaq sahəsini (əvvəlki vəziyyəti bərpa edilməklə) boşaldaraq əvvəlki vəziyyətinə qaytarılması, əks təqdirdə göstərilən meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət ediləcəkləri qeyd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X4 Mərkəzinin direktoru Cahid Məmmədov xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinə müraciət edərək Mərkəzin 5 saylı meşəbəyliyinin 8 saylı dolayısının 16-cı kvartalında Beyləqan rayonu, Əlinəzərli kənd sakini Cavabdeh tərəfindən 2,96 ha X8nın zəbt edilərək, qanunusuz istifadə edildiyini, əsaslı tikinti və quraşdırma işləri aparıldığını bildirərək, həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmiş, toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan məhkəməyə təqdim edilmiş 9 saylı X4 Mərkəzinin 2003-cü il üçün olan meşə quruluşu xəritəsinin çıxarışında cavabdehin zəbt etdiyi ərazinin X9 torpaqlarına aid olması göstərilmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X4 Mərkəzinin nümayəndəsi Nümayəndə vəsatəti ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/8866 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti Ağcabədi X5nın Beyləqan meşəbəyliyinin 5 saylı meşəbəyliyinin, 8 saylı dolayısının 16-cı kvartalının sərhəddi daxilində mübahisəli ərazidə yerləşən torpaq sahəsinin hüdudları mülki işin içərisində meşə təsərrüfatına aid olan yerquruluşu planından və eyni zamanda elektron məlumat bazasında Beyləqan rayonu X1 ərazisində aparılmış dövlət torpaq uçotuna dair tərtib olunmuş 1:10000 miqyasında olan yerquruluşu planından istifadə etməklə müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, mübahisəli ərazidə qərardadda qeyd olunan 2.96 ha torpaq sahəsi deyil, 2.74 ha torpaq sahəsi mövcuddur. Cavabdeh tərəfindən istifadə olunan 2,74 ha torpaq sahəsinin ərazisində mişar daşı vasitəsi ilə inşa edilmiş 1 ədəd 8.50 m x 6.50 m ölçüdə yaşayış evi, 1 ədəd 10.0 m x 3.40 m ölçüdə metal konstruksiya vasitəsi ilə quraşdırılmış çardaq, 1 ədəd 20.0 m x 6.50 m ölçüdə dəmir dirək basdırılmış və yan tərəfləri qarğı vasitəsi ilə çəpərlənmiş mal-qara saxlamaq üçün arxac yuxarıda qeyd olunan sənədlərə əsasən, indiki 9 saylı X5 Mərkəzinin Beyləqan rayonu ərazisində yerləşən 5 saylı meşəbəyliyinin, 8 saylı dolayının 16-cı kvartalının hüdudları daxilində yerləşir. Qərardadda qeyd olunan mübahisəli torpaq sahəsi X3 Uçotu və X2 Meşə Fondunun ərazisi kimi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən 9 saylı X5 Mərkəzinin Beyləqan rayonu ərazisində yerləşən 5 saylı meşəbəyliyinin, 8 saylı dolayının 16-cı kvartalının hüdudları daxilində 2,74 ha torpaq sahəsi istifadə olunur. Həmin torpaq sahəsi ərazisində mişar daşı vasitəsi ilə inşa edilmiş 1 ədəd 8.50 m x 6.50 m ölçüdə yaşayış evi, 1 ədəd 10.0 m x 3.40 m ölçüdə metal konstruksiya vasitəsi ilə quraşdırılmış çardaq, 1 ədəd 20.0 m x 6.50 m ölçüdə dəmir dirək basdırılmış və yan tərəfləri qarğı vasitəsi ilə çəpərlənmiş mal-qara saxlamaq üçün arxac vardır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 9 saylı X5 Mərkəzinin Beyləqan rayonu ərazisində yerləşən 5 saylı meşəbəyliyinin, 8 saylı dolayının 16-cı kvartalının hüdudları daxilində yerləşən 2,74 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi ərazisində mişar daşı vasitəsi ilə inşa edilmiş 1 ədəd 8.50 m x 6.50 m ölçüdə yaşayış evi, 1 ədəd 10.0 m x 3.40 m ölçüdə metal konstruksiya vasitəsi ilə quraşdırılmış çardaq, 1 ədəd 20.0 m x 6.50 m ölçüdə dəmir dirək basdırılmış və yan tərəfləri qarğı vasitəsi ilə çəpərlənmiş mal-qara saxlamaq üçün arxac sökülməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə görə meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-cu maddəsində göstərilmişdir ki, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. Həmin Qanunla nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanmalıdır. Adıçəkilən Qanunun 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. X6 təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətindədir. Azərbaycan Respublikası Torpaq İslahatı haqqında qanunun 2-ci fəslinin 6-cı maddəsinin 4-cü bəndində və Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən, X8 müstəsna dövlət mülkiyyəti olmaqla, özəlləşdirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarf’nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. Adıçəkilən Qaydaların 2.2-1 -ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü maddəsinə əsasən, meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüquqlarına malikdirlər. Sözügedən Qaydaların İİ hissəsinə əsasən meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırlması, təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi meşələrin mühafizəsi tədbirləri kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, X6 istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə Məcəlləsinin 9-cu maddəsinə əsasən meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir Həmin Məcəllənin 11-ci maddəsinə əsasən meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondu torpaqları özəlləşdirilmir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən Xidmətin - meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə 9 saylı X5 Mərkəzinin hazırkı iddiası kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9 saylı X5 Mərkəzinin Beyləqan rayonu ərazisində yerləşən 5 saylı meşəbəyliyinin, 8 saylı dolayının 16-cı kvartalının hüdudları daxilində yerləşən 2,74 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi ərazisində mişar daşı vasitəsi ilə inşa edilmiş 1 ədəd 8.50 m x 6.50 m ölçüdə yaşayış evi, 1 ədəd 10.0 m x 3.40 m ölçüdə metal konstruksiya vasitəsi ilə quraşdırılmış çardaq, 1 ədəd 20.0 m x 6.50 m ölçüdə dəmir dirək basdırılmış və yan tərəfləri qarğı vasitəsi ilə çəpərlənmiş mal-qara saxlamaq üçün arxac sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-21/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-21/2025
18.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver