Məhkəmə qərarları › İş №2(020)-2113/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2113/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2113/2023 27.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun *8 mart 20*5-ci il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində ölmüş mərhum X*2 ilə “əmi-qardaş oğlu” dərəcəsində qohum olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, əmisi X*2 07.09.*966-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. X20 Cəliləbad kənd sakini X4 ilə faktiki olaraq ailə həyatı qursalarda onların rəsmi nikahları olmamışdır. Həmçinin faktiki nikahlarından uşaqları belə olmamışdır. X20 *8.03.20*5-ci ildə, əmisi arvadı Gülbahar Ağayeva isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Əmisi arvadı Gülbahar öləndən sonra X20 ölən günədək onun himayəsində yaşamışdır. Əmisinin yas mərasimlərini, məzar daşını o, xərc çəkib düzəltdirmişdir. Əmisi E.Ağayev öldükdən sonra əmisinə məxsus Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0.*4 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən köhnə fərdi yaşayış evi onun istifadəsində olmuşdur. Hazırdada onun faktiki istifadəsindədir. Əmisinin ondan başqa vərəsəsi olmadığı üçün həmin fərdi yaşayış evini sənədləşdirmək istəyir. Lakin sənədlərində çatışmamazlıq olduğundan qanun üzrə vərəsəlik əldə edə bilmir. Vərəsəlik haqqında şəhadətnaməni əldə etmək üçün mərhum X20in onunla qohumluq münasibətinin olması barədə hər hansı bir rəsmi sənəd olmadığından bəzi sənədləşmə işlərində çətinliklərlə üzləşir. Belə ki, atasının və əmisinin soyadlarında müxtəliflik olduğundan çətinliklər yaranır. X* 06.08.*977-ci ildə Beyləqan rayonu İ Şahsevən kəndində ölmüşdür. X3 isə *0.08.*966-cı ildə Beyləqan rayonu Şahsevən kəndində ölmüşdür. O, bununla əlaqədar olaraq Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etsədə, orada mərhum X20lə onun əmi-qardaşoğlu dərəcəsində qohum olmaları faktının müəyyən edilməsinin yeganə yolunun məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də məcbur olaraq qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, *8.03.20*5-ci ildə ölmüş mərhum X8 onunla əmi-qardaş oğlu dərəcəsində qohum оlması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X*2 07.09.*966-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuşdur. İşə əlavə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 *8.03.20*5-ci ildə Beyləqan rayonu, İ Şahsevən kəndində ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşə əlavə ölüm haqqında arayışdan görünür ki, X** *0.08.*966-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində ölmüşdür. İşə əlavə ölüm haqqında arayışdan görünür ki, X6 06.08.*977-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində ölmüşdür. İşə əlavə edilmiş Beyləqan rayon Qeydiyyat Şöbəsinin 23.*0.2023-cü il tarixli, 05/69-476 saylı arayışından görünür ki, X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 07.09.*984-cü ildən *8.03.20*5-ci ilədək olan müddət ərzində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Beyləqan rayon Qeydiyyat Şöbəsinin 23.*0.2023-cü il tarixli, 05/69-477 saylı arayışından görünür ki, X2 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə xx.xx.2008-ci ilədək olan müddət ərzində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Beyləqan rayon İ Şahsevən kənd ərazi nümayəndəliyinin 2*.**.2023-cü il tarixli, *0*02 saylı arayışından görünür ki, mərhum X8 ölümündən sonra onun yeganə varisi qardaşı oğlu Ərizəçidur və mərhum E.Ağayevin Ərizəçi başqa varisi yoxdur. İşə əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat Komissiyasının *6.**.*998-ci il tarixli, 58 saylı qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, mərhum X9 və mərhum X5 fərdi yaşayış evi tikilməsi üçün 0.*4 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən və əmisindən miras qalmış torpaq sahəsini sənədləşdirə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, *8 mart 20*5-ci il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində ölmüş X8 Ərizəçi ilə qohum olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə *8 mart 20*5-ci il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində ölmüş mərhum X8 “əmi-qardaş oğlu” dərəcəsində qohum olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar