Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-213/2023 01.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı: İddiaçı vəkalətli nümayəndəsi və vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh və onun vəkalətli nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi olaraq çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun istifadə və sahibliyində olan, Beyləqan şəhərində yerləşən 9.9997 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən məcburi olaraq çıxarılması, həmin torpaq sahəsinə girişdəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin onun istifadəsinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi və vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, 06 avqust 2018-ci il tarixli şıxarışa əsasən “X12 Təsərüfat” na məxsus 9.9997 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə istifadə hüququna dair həmin təsərüfatla İddiaçı arasında Bakı şəhəri 19 saylı Notariyat Kontorunda alqı-sadqı müqaviləsi bağlanmış və təsdiq edilmişdir. Bundan sonra İddiaçı Beyləqan şəhərində yerləşən həmin 9.9997 ha torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinfdən verilmiş 21 sentyabar 2022-ci il tarixli qeydiyyat nömrəsi **********, əmlakın reyestr nömrəsi **********04 olan çıxarışla qeydiyyata alınmış, torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək təsdiq edilmişdir. Buna baxmayaraq Cavabdeh iddiaçının torpağından istifadə edir və həmin torpaqdan istifadə etməyə ona imkan vermir. Həmin torpağdan cavabdeh qeyri-qanuni istifadə edir.Həmin torpaq sahəsində qeyri qanuni tikinti işləri aparmış və yaşı çox olan ağacları kəsmişdir. Ona görə də, Cavabdeh iddiaçının istifadə və sahibliyində olan, Beyləqan şəhərində yerləşən 9.9997 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən məcburi olaraq çıxarılması, həmin torpaq sahəsinə girişdəki maneənin aradan qaldırılması, qanunsuz zəbt edilmiş torpaq sahəsinin onun istifadəsinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi “X12 Təsərüfat” na məxsus olmuşdur. O, həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində Beyləqan şəhərində yerləşən 9,9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi “Günay” kəndli fermer təsərrüfatına icarəyə verilmişdir. Buna baxmayaraq Beyləqan şəhərində yerləşən, dövlət mülkiyyətində olan və icarəyə verilmiş 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “X12 Təsərüfat” na istifadəsinə verilməsinə dair xx.xx.2018-ci il tarixli N-1346702 saylı Reyestrdən Çıxarış verilmişdir. Bundan da istifadə edərək “X12 Təsərüfat” na rəhbərlik edən X5 həmin torpaq sahəsini İddiaçı satmışdır. Halbu ki, sözügedən fermer təsərrüfatına rəhbərlik edən X8 şəhərində yerləşən, dövlət mülkiyyətində olan və icrəsinə verilmiş 9.9997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi deyildir. Topaq 2018-ci ilə kimi icarəyə verilmişdir. “X12 Təsərüfat” Həmin torpaqdan 22 ildir istifadə edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi . Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, “X12 Təsərüfat” nın rəhbəridir. Şəhid ailəsi kimi müraciətindən sonra ona 15 ha torpaq sahəsi verilmişdir. Həmin torpğın 5 hektarı sənədli olmuş, qalan 10 hektarını da sonradan sənədləşdirmişdir. Torpaqdan uzun müddət onun razılığına əsasən Cavabdeh istifadə etmişdir. Lakin Cavabdeh onunla olan razılaşmaya əmaəl etməmişdir. İddiaçı isə onun yaxın qohumudur. Ona görə də ona məxsus təsərüfatın istifadəsində olan 9.9997 ha torpaq sahəsini Bakı şəhərinin 19 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında istifadə üçün İddiaçı satmışdır. Lakin Cavabdeh həmin torpaq sahəsində iddiaçıya istifadə etməyə maneçilik törədir. Halbu ki, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. İşdə olan çıxarışlardan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********04 olan, xx.xx.2022-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində yerləşən 9.9997 ha torpaq saəhəsi İddiaçı istifadəsinə verilmişdir. İşdə olan çıxarışlardan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan, xx.xx.2018-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində “Günay” KFT-nın (X3) istifadəsinə 9.9997 ha torpaq saəhəsi verilmişdir. İşdə olan birgə fəaliyyət haqqında müqavilədən görünür ki, X9 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X4 və Emal Birliyi“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında təsərrüfata məxsus Beyləqan rayonu, xəstəxana yolunun yaxınlığında yerləşən 8 (səkkiz.) hektar torpaq sahəsi)ndən birgə istifadə edərək əkinçilik təsərrüfatını inkişaf etdirmək barədə müqavilə bağlanmışdır. İş üzrə İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında məhkəmənin 07 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 10/4240 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş 9.9997 hektar torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh X6 tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsi istifadə olunur. Cavabdeh X6 tərəfindən istifadəsində olan torpaq sahəsi barədə hüquqmüəyyən edici sənədlər (yerquruluşu planı və ayrıca aktı və s) təqdim edilmədiyi üçün istifadə etdiyi torpaq sahəsinin X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümküm olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan, xx.xx.2022-ci il tarixli Çıxarışla Beyləqan şəhər ərazisində yerləşən 9.9997 ha torpaq saəhəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsü tərtib və təsdiq edilmişdir. Cavabdeh X6 tərəfindən Beyləqan şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsi istifadə olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh X6 Daşınmaz Əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan 9.997 hektar torpaq sahəsinin 3.53 ha 0.1799 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə İddiaçı qanuini istifadəsində olan 9.9997 hektar torpaq sahəsinin 3.53 hissəsinin cavabdeh X6 tərəfindən zəpt edildiyi, cavabdehin iddiaçıya həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədildiyi müəyyən edildiyindən məhkəmə iddianın qismən təmin edilməsini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********04 olan xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı istifadəsinə verilmiş 9.9997 hektar torpaq sahəsinin 3.53 ha hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmaqla iddiaçının həmin torpaq sahəsinə girişinə cavabdeh tərəfində törədilən maneələr aradan qaldırılsın. iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı cavabdeh X1, 25(iyirmi beş) manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 185 manat məbləğində pulun 85 (səksən beş) manatı cavabdeh X1 alınıb İddiaçı verilsin, pulun qalan hissəsi iddiaçının özünə aid edilsin. Dövlər rüsumu kimi ödənilmiş 100 manat pulun 50 (əlli) manatı cavabdeh X1 alınıb İddiaçı ödənilsin, qalan 50 (əlli) manat iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-213/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-213/2023
01.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver