Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-215/2024 29.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı X2 15.*3.1992-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində doğulmasının və *1,*8.1999-cu il tarixdə Beyləqan rayonunun Təzəkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, mərhum qızı X5 15.*3.1992-ci ildə onunla X3 birgə nikahlarından Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Mərhum qızı anadan xəstə doğulduğuna görə mütəmadi olaraq onu həkimlərə aparmışıq və ona görə də başları uşağın xəstəliyinə qarışdığından uşağa doğum haqqında şəhadətnamə almamışlar. Uzun sürən xəstəlikdən sonra qızı Günay Məmmədova *1,*8.1999-cu il tarixdə yaşadığı Beyləqan rayonunun Təzəkənd kəndində xəstəlikdən ölmüşdür. Qızı Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Cərciz Peyğəmbər ziyarətgahı qəbistanlığında dəfn edilmişdir. Qızının vəfatından sonra da başları dəfn mərasimlərinə qarışdığından və sonra da səhlənkarlıqdan ona ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət edə bilməmişlər. Mərhum qızının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bir sıra sənədləşmələrdə çətinlik çəkir. Belə ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ümumilkdə 4.7* ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-358 saylı, KOD 6*711*18 nömrəli dövlət aktı ilə sənədləşdirilmişdir. Lakin dövlət aktı verilərkən mərhum qızının adı da həmin dövlət aktına salınmışdır. Hazırda həmin torpaq sahəsinə yeni çıxarış almaq istəyir. Lakin qızının ölüm haqqında şəhadətnaməsi olmadığından bir sıra çətinliklərlə üzləşir. Qızının ölümünün qeyd edilməsi faktını təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, mərhum qızı X2 15.*3.1992-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində doğulmasının və *1.*8.1999cu il tarixdə Beyləqan rayonunun Təzəkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayon İcra Hakimiyyətinin Qəyyumluq və X15 Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X6 ifadəsində göstərdi ki, qızı Günay 15.*3.1992-ci ildə anadan olmuşdur. Qızı anadan xəstə doğulmuşdur. Uzun sürən xəstəlikdən sonra qızı Günay *1.*8.1999-cu il tarixdə xəstəlikdən ölmüşdür. Qızına nə doğum şəhadətnaməsi nə də ki, ölüm haqqında şəhədətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X12 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Həqiqətən də İnşallahın qızı Günay xəstə doğulmuş və 1999-cu ilin avqust ayında ölmüşdür. O, Günayın dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən çxarışdan görünür ki, Ərizəçi ilə X7 nikahlarını 24 aprel 1986-cı ildə rəsmiləşdirmişlər. İş materiallarına əlavə Beyləqan rayon İHB-in Təzəkənd kənd İcra nümayəndəliyinin *7.12.2*23-cü il tarixli 778 saylı arayışından görünür ki, ərizəçi Məmmədov X4 rayonun Təzəkənd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs *4 dekabr 2*23-cü il tarixli rəyindən görünür ki, Ərizəçi mərhum qızı X2 doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Lakin onun doğumunu təsdiq edən edən heç bir sənəd təqdim edilmədiyindən Ərizəçi mərhum qızı X2 doğum haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi mərhum qızı Günay 15.*3.1992-ci ildə anadan olmuş, uzun sürən xəstəlikdən sonra *1.*8.1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində ölmüşdür. Ərizəçi qızına doğum və ölüm şəhadətnaməsi götürməmişdir. Azərbaycan Respubfikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə uyğun olaraq uşağın anadan mənşəyi (analıq) ananın uşaq tibb müəssisəsində doğulmasmı təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda, doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 3*7-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 15.*3.1992-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində doğulması və *1.*8.1999-cu il tarixdə Beyləqan rayonunun Təzəkənd kəndində ölməsi faktı müəyyən edilsin. Tərtib olunmuş doğum haqqında şəhadətnamədə soyadı Məmmədova, adı Günay, ata adı İnşallah, ata qrafasında Ərizəçi, ana qrafasında X6 yazılsın. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-215/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-215/2024
29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver