Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2161/2023 27.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının işdən azad olunma və əmək müqaviləsinə xitam verilməsi barədə 08 avqust 2023-cü il tarixli *07 nömrəli əmrinin etibarsız edilərək ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair mülki işə Beyləqan şəhərində məhkəmə iclasında baxaraq Müəyyən eldi: İddiaçı iddia ərizəsi il məhkəməyə müraciət edərək Cavabdeh başçısının işdən azad olunma və əmək müqaviləsinə xitam verilməsi barədə 08 avqust 2023-cü il tarixli *07 nömrəli əmrinin etibarsız edilərək ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icasında İddiaçı iddia tələbinin əsaslı olduğunu göstərərək iddianın təmin edilməsin xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə gəlməmişdir. Məhkəmə hazırda Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia ərizəsi il məhkəməyə müraciət edərək Cavabdehnə qarşı Cavabdeh başçısının işdən azad olunma və əmək müqaviləsinə xitam verilməsi barədə 08 avqust 2023-cü il tarixli *07 nömrəli əmrinin etibarsız edilərək ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair iddiasına baxılması Beyləqan Rayon Məhkəməsinin səlahiyyətlərinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.*-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), həmin Məcəllənin 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılması inzibati məhkəmələr və inzibati kollegiya tərəfindən həyata keçirilir baxılır. Hazırki iddia tələbi inzibati orqanın qərarınin ləğvi ilə bağlıdır və iddiaçı dövlət quluqçusu statusuna malikdir. Belə olan halda həmin işə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*.*-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 26*.0.*-cı maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda məhkəmə iddiaçıya həmin iddiaya baxılması ümumi məhkəmənin səlahiyyətinə deyil, inzibati məhkəmənin səlahiyyətinə aid olmasını və hazırkı tələblə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnu izah edir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş rayon məhkəməsində baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 26*.0, 26*.0.* və 263-264, 268ci maddələrini təhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının işdən azad olunma və əmək müqaviləsinə xitam verilməsi barədə 08 avqust 2023-cü il tarixli *07 nömrəli əmrinin etibarsız edilərək ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi barədə iddiası üzrə mülki işin icraatına Beyləqan Rayon Məhkəməsində baxılmalı olmadığından xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2161/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2161/2023
27.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver