Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-223/2025 11.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə, Maraqlı tərəf- Maraqlı şəxs rəisi Malik Mahmudovun iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun XX.XX.1947-ci ildə Ermənistan Respublikası Oktemberyan rayonunda anadan olmağı faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X5, ana qrafasında isə X4 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, atası Ərizəçi 1947-ci ildə Ermənistan Respublikası Oktemberyan rayonunda doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Ərizəçinin ögey anası X6, atası X5 və ögey bacısı X1 onunla bir yerdə yaşamışlar və bir ailənin üzvü olmuşlar. X6 *1.11.2**9-cu ildə, X5 *2.*9.2**2-ci ildə və X1 26.12.2**1-ci ildə vəfat etmişlər. Atası ögey anasını, atasını və ögey bacısını ölənə qədər özü saxlamış və yas mərasimlərini də özü keçirmişdir. Hazırda atası mərhumların mülkiyyətində torpağı və digər əmlakları adına keçirəmək istəyir. Ancaq onlara verilən pay torpaq sahəsinə dair Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə torpaq sahəsini miras kimi adına sənədləşdirə bilmir. Buna səbəb isə atasının doğum şəhadətnaməsinin olmamasıdır. Atası doğum haqqında şəhadətnamə götürmək üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Beyləqan rayonu Qeydiyyat şöbəsində bundan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizçi həmin sənədi başqa cürə əldə edə bilmir. Çünki məlum hadisələrlə bağlı həmin sənədi əldə etmək mümkün deyildir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Ona görə də, Ərizəçi XX.XX.1947-ci ildə Ermənistan Respublikası Oktemberyan rayonunda anadan olmağı faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X5, ana qrafasında isə X4 yazılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin əsaslı olduğunu göstərərək təmin edilməsinə etiraz etmədi və izahatında göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir, lakin ərizəçi tərəfindən şöbəyə onun doğumunu təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ərizəçinin doğum haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X7 ifadəsində ərizəçi İslam onunun qohumudur. Ərizəçi Ermənistan Respublikasında anadan olmuşdur. Onun öz anası da həmin ərəfələrdə Azərbaycana gəlmişdir. O, İslamdan neçənci ildə doğulmasını soruşduqda, İslam 1947-ci ildə anadan olduğunu demişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin və maraqlı tərəfin izahatlarını, şahid ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1947ci ildə Ermənistan Respublikası Oktemberyan rayonunda anadan olmuş, Beyləqan rayonunun Əhmədli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş evlənmə haqqında şəhadətnamədən görünür ki, ərizəçi X2 ilə X9 22 iyul 1974-cü ildə ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs *6 iyun 2*23-cü il tarixli, *5/69-263 saylı rəyindən görünür ki, 1947-ci ildə Ermənistan, Oktemberyan rayonunda anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *6.*6.2*23-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 3* oktyabr 2*24-cü il tarixli rəyindən görünür ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək xx.xx.1947-ci ildə Ermənistan Respublikası, Oktemberyan rayonunda anadan olduğunu, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, ərizəçi tərəfindən Maraqlı şəxsnə doğumunu təsdiq edən edən heç bir sənəd təqdim edilmədiyindən Ərizəçi doğumu haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi XX.XX.1947-ci ildə Ermənistan Respublikası Oktemberyan rayonunda anadan olmuş, hazırda Beyləqan rayonunun Əhmədli kəndində yaşayır. Əzəçinin doğum haqqında şəhadətnaməsi Ermənistanda alınsa da məlum Qarabağ müharibəsi ilə əlaqədar kötükdən doğum şəhadətnaməsi almağı mümkün olmamışdır. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından o, sənədləşmə işlərinin aparılmasında çətinliklərlə üzləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 saylı Qərarında göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə hesab edir ki, ərizəçinin Ermənistan Respublikası Oktemberyan rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi üçün hazırda həmin sənədlərin Ermənistan Respublikasından məlum hadisələrlə bağlı əldə edilməsi qeyri mümkündür. Həmçinin həmin sənədlərin başqa qaydada da əldə edilməsi mümkün deyildir. Lakin ərizəçinin təqdim etdiyi yuxarıda qeyd olunan sənədlər onun XX.XX.1947-ci il tarixdə Ermənistan Respublikası Oktemberyan rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 3*7-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1947-ci ildə Ermənistan Respublikası Oktemberyan rayonunda doğulması faktı müəyyən edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Tərtib olunmuş doğum haqqında şəhadətnamədə soyadı Alaşrahov, adı İslam, ata adı Abdulla, ata qrafasında X5, ana qrafasında X4, milliyəti isə azərbaycanlı kimi yazılsın. Həmin qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-223/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-223/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver