Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-224/2025 04.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı evdən çıxarılma tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən evindən çıxarılmalarını, mediasiya xərci olaraq ödədiyi 60 manat, dövlət rüsum kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində yerləşən 61.2 kv.m fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pııblik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********17-10301 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə verilmişdir. Yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydə alınmışdır. Həmçinin evə Daşınmaz əmlakın Texniki pasportu da verilmişdir. Mülkiyyətində olan evdə nə cavabdeh, nə də oğlu mülkiyyətçi deyillər. Evin tək mülkiyyətçisi özüdür. X1 Cavabdeh ilə 2012-ci ildə ailə qurmuş və onların birgə nikahlarından 19 iyul 2013-cü ildə Xanımzər, 18 oktyabr 2014-eü ildə Gülər, 29 aprel 2019-cu ildə isə Nihat adlı uşaqları doğulmuşdur. Oğlu ilə Günelin xasiyyətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar. Oğlu Elnur cavabdehlə ailəli olduğu vaxtlarda hərbiçi olduğundan müxtəlif ünvanlarda, həmçinin onun evində yaşamışlar. Oğlu ilə Günel ayrıldıqdan sonra oğlu evdən getmiş, başqa yerdə yaşayır. Lakin cavabdeh evdən çıxmamışdır. O, nə gəlini ilə, nə də oğlu ilə birlikdə yaşamaq istəmir. Belə ki, Günel evdə özbaşına hərəkətlər edir, istədiyi vaxt evdən gedir, istiyədiyi vaxt evə qayıdır, evdə söz söhbət yaradır. Cavabdeh uşaqları evdə qoyub gedir, o, da məcbur qalıb uşaqlara qulluq edir. Yaşlı oldğunundan bunun öhdəsindən gələ bilmir. Oğlu hərbiçidir və hərdən ona baş çəkmək üçün evinə gəlir. Cavabdeh isə oğlu evə gələn kimi evdə mübahisə yaradır, dava-dalaş salır. Cavabdeh özünü öldürəcəyi deyir. Bu isə onu qorxudur. O, yaşlı qadındır, onun da dincəlməyə haqqı vardır. Cavabdehin atası evi var, gedib orada yaşasın. O, oğlunun da onunla yaşamasını istəmir. Gələcəkdə oğlu evə qayıdarsa ona qarşı da məhkəmədə iddia qaldıracaqdır. Cavabdehin onun evində otaq artırması və çardaq qurdurduması barədə izahatı yalandr. Onun əri ölərkən ondan 200 baş qoyun qalmışdır. O, da şəraitini yaxşılaşdırmaq üçün qoyunları satıb evində təmir işləri aparmışdır. Cavabdehdən dəfələrlə evdən getməsini tələb etmişdir. Lakin cavabdeh öz istəyi ilə evdən getməmişdir. O, da məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən evindən çıxarılmalarını, mediasiya xərci olaraq ödədiyi 60 manat, dövlət rüsum kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh göstərdi ki, iddiaçının oğlu Elnurla 2012-ci ildə ailə qurmuş və birgə nikahlarından üç uşaqları doğulmuşdur. O, gəlin gələrkən hazırda qaldığı ev hökümət evi olmuşdur. Sonradan iki otaq tikdirmiş və həyətdə çardaq qurdurmuşlar. Evə qum, daş daşıyıb evi təmir etdirmişlər. O, da zəhmət çəkmiş, həmin işlər görülərkən pul xərcləmişdir. Hazırda evdə hər bir şəraait vardır. O, gəlin gələrkən evə qeydiyyata düşməmiş və heç bir müqavilə bağalamamışdır. Elnurla 2023-cü ildə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar, nikahları 2024-cü ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hazırda uşaqları ilə birlikdə gəlin gələndən qaynanasının evində yaşayır, uşaqlar həmin kənddə məktəbə gedirlər. Elnurdan ayrılarkən onunla razılaşmışdır ki, qaynanasının evində yaşayacaqdır. Elnur həmin kənddə özü üçün ev almış, evdən ona məxsus əşyaları yığıb həmin evə aparmışdır. Onun başqa gedəcək yeri yoxdur. Həmin evdən uşaqlarına pay istəyir ki, orada uşaqları ilə birlikdə yaşayıb uşaqlarını saxlasın. Həmçinin onların təsərrüfatında inəklər vardır və həmin heyvanlardan da ona pay düşür. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, iddiaçı və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pııblik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********17-10301 saylı çıxarış əsasında Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində yerləşən 61.2 kv.m yaşayış evi İddiaçı mülkiyyətinə verilmiş, ev daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydə alınmışdır. Həmçinin evə Daşınmaz əmlakın Texniki pasportu da verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)86/2024 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 17 sentyabr 2015-ci il tarixdə Beyləqan rayon Qəhramanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından 19 iyul 2013-cü ildə anadan olan Xanımzər, 18 oktyabr 2014-cü ildə anadan olan Gülər və 29 aprel 2019-cu ildə anadan olan Nihatın anaları Cavabdeh qzının yanında qalmaları müəyyən edilmiş və X2 qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutularaq 19 iyul 2013-cü ildə anadan olan Xanımzər, 18 oktyabr 2014-cü ildə anadan olan Gülər və 29 aprel 2019-cu ildə anadan olan Nihatın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmədə müəyyən edildi ki, iddiaçının oğlu ilə cavabdehlə ailə qurmuş və iddiaçının müəliyyətində olan Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən evə gəlin köçmüş və orada yaşamışlar. İddiaçının oğlu ilə cavabdehin xasiyyətləri uygun gəlmədiyindən ayrılmışlar. İddiaçının oğlu evdən çıxsa da, cavabdeh hazırda uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ-ci nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmədə təqdim olunmuş sənədlərlə və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********17-10301 saylı çıxarış əsasında Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi üzərində yerləşən 61.2 kv.m yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh 2012-ci ildə həmin evə gəlin gəlmişdir. Məhkəmə iclasında izahat verən cavabdeh gəlin gələrkən evin köhnə olmasını, sonrada iki otaq artırmasını, evi təmir etdirməsini və çardaq qurdurmasını bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmədə müəyyən edildi ki, cavabdeh həmin evdə qeydiyyatda deyildir. Onun həmin evə mülkiyyət və digər hüquqları yoxdur. Ev iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin həmin Plenum qərarında deyilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü, digər qohum və iddiaçı ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən şəxs deyildir. İddiaçının oğlu ilə cavabdehin 2012-ci ildə ailə qurmasını və cavabdehin həmin evə həmin vaxt köçməsini nəzərə alsaq iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilənin bağlanması müəyyən edilməmişdir. Cavabdehin evin əlavə tikintilərində və təmirində iştirak etməsi onun həmin evdə yaşayış hüququnun yaranmasına əsas vermir. Cavabdeh bununla bağlı çəkilmiş xərclərin tələbi ilə əlaqədar məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin araşdırılmış hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılmadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat, dövlət rüsum kimi ödənilmiş 100 (yüz) manat alınıb İddiaçı verilsin. Qətnamədən onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vastəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-224/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-224/2025
04.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver