Məhkəmə qərarları › İş №2(020)-227/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-227/2025

03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-227/2025 03.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılmaları və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.62 ha torpaq sahəsinin 0.58 ha hissəsindən məcburi qaydada çıxarılmaları və gələcəkdə cavabdehlər tərəfindən törədiləcək maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********99 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti Beyləqan Ərazi idarəsinin Daşınmaz Əmlakın Torpaq sahəsinin Planı və ölçüsü almaqla 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xüsusi mülkiyyətinə verilmişdir. Lakin xüsusi mülkiyyətində olan 0.62 hektar torpaq sahəsinin 0.58 hektarını cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 xeyli müddətdir ki, zəbt etmişlər və torpağından qanunsuz istifadə edirlər. Əvvəllər cavabdehlərə qarşı Beyləqan Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş mübahisəli torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənim və cavabdehlərin iştirakı ilə baxış keçirilmiş və həqiqətən də cavabdehlərin 0,62 ha torpaq sahəsinin 0.58 ha hissəsini zəbt etdiklərinə dair mütəxəssis rəyi və ekspert rəyi verilmişdir. Beyləqan rayon məhkəməsinin 07.06. 2024-cü il tarixli qərardadına əsasən həmin iş baxılmamış saxlanılmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər torpaq sahəsini boşaltmamışlar. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.62 ha torpaq sahəsinin 0.58 ha hissəsindən məcburi qaydada çıxarılmaları və gələcəkdə cavabdehlər tərəfindən törədiləcək maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə eyni məzmunda izahat verərək iddianın əsaslı oduğu üçün təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, sözügedən torpaq sahəsini Zamin adlı şəxsdən almışdır. Torpağı aldıqdan sonra orada xeyli abadlaşma işləri görmüşlər. Yer səhv ölçülmüşdür. Torpaq sahəsi 2021-ci ildən onların istifadəsindədir. Onlar yeri zəbt etməmişlər. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, onların həmin ərazidə olan torpaq sahələri ölçülüb onlara təhkim edilmişdir. Hazıra kimi torpaq sahəsini zəbt etmələri onlara bildirilməmişdir. Hazırda torpaq sahələri elektron qaydada işlənərkən sürüşmə halları olmuş, koordinatları düzgün vurulmamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********31 olan, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə 1.0725 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 0.62 ha torpaq sahəsi verilmişdir. İşdə olan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********41 olan, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində 17.3532 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 3.7261 ha torpaq sahəsi verilmişdir. nin sərhədləri naturada müəyyən edilsin İddiaçı 2023-cü ildə məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılmaları və maneənin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Mülki iş tərəflərin ərizəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən baxılmamış saxlanılmışdır. Həmin iş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixli 3-16-16/2-10/140 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********31 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 1.0725 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 0.62 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh1 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********41 olan,xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 17.3532 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh1 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 3.7261 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********31 olan, 17.01,2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 1.0725 ha torpaq sahəsi istifadə edilmir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 0.62 ha torpaq sahəsinin 0.58 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdeh1 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********41 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 17.3532 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 3.7261 ha torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən mülkiyyətə verilmiş 0.62 ha torpaq sahəsinin 0.58 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş Beyləqan rayonu Dünyamallar kəndində yerləşən 0.62 ha torpaq sahəsinin 0.58 ha hissəsindən çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İddiaçının iddiası təmin edildiyindən dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, xx.xx.2022-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş Beyləqan rayonu Dünyamallar kəndində yerləşən 0.62 ha torpaq sahəsinin 0.58 ha hissəsindən çıxarılsınlar, cavabdehlər tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İş üzrə dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar