Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-229/2025 17.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi qohumluq münasibətinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Мüəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla 24.12.2*1*-cu il tarixdə ölmüş mərhum Həsənova (Şumalova) Gülafər Abbasəli qızının ana-qız dərəcəsində qohum olması faktının və mərhum anası Həsənova (Şumalova) Gülafər Abbasəli qızına məxsus miras əmlakı (Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən *.2* ha həyətyani torpaq sahəsini) qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək yataq xəstəsi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və mülki işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsindən görünür ki, o, X2 ilə anası Həsənova (Şumalova) Gülafər Abbasəli qızının faktiki nikahlarından XX.XX.1942-ci il tarixdə Ermənistanının Vedi rayonunun, Vedi kəndində anadan olmuşdur. 1948-ci ildə Ermənistanının Vedi rayonunun, Vedi kəndindən qaçqın kimi Beyləqan rayonu, İ Şahsevən kəndində məskunlaşmışlar. Qaçqın gələn zaman onun doğum haqqında şəhadətnaməsi və ailə üzvlərinin bütün lazimi sənədləri Ermənistanının Vedi rayonunun, Vedi kəndində qalmışdır. X2 *9.1*.1979-cü il tarixdə Beyləqan rayonu, İ Şahsevən kəndində xəstəlikdən ölmüşdür. X9 Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə yaşadıqları Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən *.2* ha həyətyani torpaq sahəsi həyətyani torpaq sahələrindən fərdi yaşayış evi tikdirmək üçün anası Həsənova (Şumalova) Gülafər qızının mülkiyyətinə verilmişdir. Həmin həyətyani torpaq sahəsində o, və anası ümumi sahəsi 1*2.9 kv.m olan fərdi yaşayış evi tikdirmişlər. Anası Gülafər 24.12.2*1*-cu ildə ölmüşdür. Mərhum anasının ondan başqa vərəsəsi olmamışdır. Anası öldüyü günə kimi onun himayəsində olmaqla onunla birgə yaşamışdır. Mərhum anasından qalan həmin həyətyani torpaq sahəsini miras əmlak kimi qəbul etmiş və faktiki də istifadə edir. Anasından qalan mirası adına sənədləşdirmək üçün Beyləqan rayon İ saylı Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona Beyləqan rayonu 1 sayl notariat kontoru qohumluq təsdiq edilməsi və növbəli vərəsə kimi tanınması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Torpağı miras kimi adına sənədləşdirə bilmir. Yuxarıda qeyd etdiyi problemin məhkəmədən kənar həlli mümkün deyildir. Ona görə də onunla 24.12.2*1*-cu il tarixdə ölmüş mərhum Həsənova (Şumalova) Gülafər Abbasəli qızının ana-qız dərəcəsində qohum olması faktının və mərhum anası Həsənova (Şumalova) Gülafər Abbasəli qızına məxsus miras əmlakı (Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən *.2* ha həyətynai torpaq sahəsini) qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Beyləqan rayon İ saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Мəhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən Beyləqan rayon İHB-nin İ Şahsevən kənd ərazi nümayəndəliyinin müavini X4 göstərdi ki, Ərizəçi anası X3 24 dekabr 2*1*-cu ildə ölmüşdür. Mərhum Gülafərin ərizəçidən başqa heç bir vərəsəsi olmamışdır. Ərazi nümayəndəliyində onun ailə tərkibi barədə sənədlərdə bu barədə qeydiyyat vardır. Мəhkəmə şahid ifadəsini dinləyib, iş materiallarını аraşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1942-ci il tarixdə Ermənistanının Vedi rayonunun, Vedi kəndində anadan olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X3 24.12.2*1*-cu ildə ölmüşdür. İşdə olan Beyləqan rayon 1 saylı notariat ofisinin 1* dekabr 2*24-cü il tarixli məktubundan görünür ki, Ərizəçi notariat ofisinə X1 qalmış miras əmlakın qəbul edilməsi barədə müraciət etmiş, ona Notariat haqqında Azərbaycan Respublikasının qanununun 59-cu maddəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilmədiyi izah edilmiş və miras qoyanla qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb olunmuşdur. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in İ Şahsevən kənd İƏD üzrə nümayəndəsinin 13.*8.2*24cü il tarixli, 44* saylı arayışından görünür ki, Ərizəçi 24 dekabr 2*1*-cu ildə vəfat etmiş anası Həsənova Gülafər qızı öldüyü günədək Beyləqan rayonunun İ Şahsevən kəndində qeydiyyatda olmuş və ərizəçi ilə bir təsərrüfatda yaşamışdır. G.Həsənovanı ölümündən sonra ərizəçi hal-hazıradək mərhuma məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişdir. İşə əlavə edilmiş JN 888F KOD6*713*18 saylı Şəhadətnamədən görünür ki, X9 Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən *.2* ha həyətyani torpaq sahəsi həyətyani torpaq sahəsi Həsənova (Şumalova) Gülafər qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları о zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, о, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi ərizəçilər tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişlər. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*8-311-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, 24 dekabr 2*1*-cu ildə ölmüş X3 ilə Ərizəçi doğma ana-qız dərəcəsində qohumluq münasibətində olması və Ərizəçi 24 dekabr 2*1*-cu ildə ölmüş Həsənova (Şumalova) Gülafər Abbasəli qızının növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 3*7-311-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 24 dekabr 2*1*-cu ildə ölmüş Həsənova (Şumalova) Gülafər Abbasəli qızı ilə Ərizəçi doğma ana-qız dərəcəsində qohumluq münasibətində olması və Ərizəçi 24 dekabr 2*1*-cu ildə ölmüş anası Həsənova (Şumalova) Gülafər Abbasəli qızının növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-229/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-229/2025
17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver