Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-23/2025 22.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçılar- İddiaçı1, İddiaçı2 Manaf qızı, İddiaçı3, İddiaçı4 və onların vəkalətli nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı4 Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.36 ha hissəsindən məcburi qaydada çıxarılması, 2.36 ha torpaq sahəsinin onlara təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehdən 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 18 mart 1999-cu il tarixli 68 saylı qərarı ilə Beyləqan rayonu Mayak qəsəbəsi adlanan ərazidə paylı mülkiyyətlərinə 7.29 ha torpaq sahəsi verilmişdir. Mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-ci il tarixli, Seriya RX № ******* olan Çıxarışla qeydiyyata alınmışdır. Onların mülkiyyətlərində olan torpaq sahəsinin 2.36 ha hissəsi halhazırda başqa şəxs, yəni hal-hazırki mülki iş üzrə cavabdeh X3 tərəfindən zəbt edilərək istifadə edilir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o qanunsuz hərəkətlərinə son qoymur. Belə olan halda onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadədən çıxarmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ona və ailə üzvlərinin mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.36 ha hissəsindən məcburi qaydada çıxarılması, 2.36 ha torpaq sahəsinin bizə təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehdən 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə digər iddiaçılar İddiaçı3, İddiaçı2 Manaf qızı, İddiaçı4 hər biri ayrı-ayrılıqda İddiaçı1 ilə eyni məzmunlu izahat verərərk iddialarının təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. O, torpaq sahəsini alarkən həmin torpaq sahəsi ona təqdim edildiyindən ha-hazıradək həmin torpaqdan istifadə edir. Onun mülkiyyətində 1.0475 ha torpaq sahəsi vardır. Artıq istifadə etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, həmin artıq torpaq sahəsinin isə iddiaçılara aidiyyəti yoxdur. İddiaçıların torpaq sahəsindən istifadə etmək fikri yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi **********68 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 7.2855 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi **********69 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarışla rəsmiləşdirilmiş 1.0475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki iş üzrə iddiaçıların vəsatəti əsasında Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(020)-236/2024 saylı qərardadı ilə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İşdə olan ekspert və mütəxəssis rəylərindən görünür ki, Beyləqan rayonunun Mayak qəsəbəsində yerləşən İddiaçı3 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz emlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli olan çıxarışa əsasən, 7.2855 ha torpaq sahəsinin 0.4464 ha hissəsi və eyni zamanda "Torpaq İslahatı" işləri aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planına əsasən, hazırlanmış 1 2000 miqyasında olan bölgü layihəsi əsasında 22 avqust 1999-cu il tarixli JN 0034 KOD 60708028 saylı Dövlət aktı ilə X1 və ailə üzvlərinə verilmiş 7.2855 ha torpaq sahəsinin 2.3488 ha hissəsinin ərazisi (0.4464 ha) daxil olmaqla, Cavabdeh tərəfindən istifadə olunur. İddiaçılar iddia ərizəsində cavabdehin onların xüsusi mülkiyyətində olan 7.2855 ha torpaq sahəsinin 2.36 ha hissəsindən çıxarılmasını göstərsə də, iddiaçıların xüsusi mülkiyyətlərində olan 7.2855 ha torpaq sahəsinin 2.3488 ha hissəsinin ərazisi (0.4464 ha) daxil olmaqla Cavabdeh tərəfindən istifadə olunması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz emlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli olan çıxarışa əsasən, iddiaçıların xüsusi mülkiyyətində olan 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 2.3488 ha hissəsindən (0.4464 ha) daxil olmaqla Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi iddiaçılara təhvil verilməli və cavabdeh tərəfindən iddiaçılara törədilən maneə aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı1 mütəxəssis rəyinin dəyirini təşkil edən 115 (yüz on beş) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. Ona görə də mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQURLUŞU LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 115 (yüz on beş) manat və və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı1 verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyest nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli, Seriya RX № ******* olan Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Manaf qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən 7.2855 ha torpaq sahəsinin zəbt etdiyi 2.3488 ha hissəsindən (0.4464 ha) daxil olmaqla çıxarılsın, torpaq sahəsi iddiaçılara təhvil verilsin və cavabdeh tərəfindən iddiaçılara törədilən maneə aradan qaldırılsın. İş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyərini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQURLUŞU LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 115 (yüz on beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı1 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-23/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-23/2025
22.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver