Məhkəmə qərarları › İş №2(020)-243/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-243/2024

29.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-243/2024 29.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi X3, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məburi qaydada çıxarılma, torpaq sahəsinin cavabdehdən alınıb ona təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan 3.9742 hektar torpaq sahəsinin 1.57 hektarından məcburi qaydada çıxarılması, 1.57 hektar torpaq sahəsinin cavabdehdən alınıb ona təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Lakin Cavabdeh qeyri-qanuni olaraq iddiaçının mülkiyyətində olan 3.9742 hektar torpaq sahəsinin 1.57 hektarını xeyli müddətdir ki, özbaşına zəbt edərək həmin torpaq sahəsindən çıxmır. İddiaçı cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağından çıxmasını xahiş etsədə, cavabdeh əhəmiyyət verməmiş və torpaqdan çıxmamışdır. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara müraciət edilmiş, lakin iddiaçının müraciətləri heç bir nəticə verməmişdir. Ona görə də, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 3.9742 hektar torpaq sahəsinin 1.57 hektarından məcburi qaydada çıxarılması, 1.57 hektar torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının topraq sahəsini zəbt etməmişdir. Torpaq sahəsi ona Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmişdir. Onun mülkiyyətində 2.27 ha torpaq sahəsi vardır. İddiaçı isə həmin torpaq sahəsini başqa şəxslərdən almışdır. İddiaçının torpaq sahəsi onun torpaq sahəsinin qonşuluğunda yerləşir. Torpaqların Elektron X1 torpaq sahəsi sürüşdürülmüşdür. Orada qara cizgi ilə həmin torpaq sahəsi göstərilmişdir. Həmin yerdə artıq torpaq sahəsi mövcuddur. Hesab edir ki, o, öz torpaq sahəsindən istifadə edir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X10 görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 6.24 ha torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.11. 2024-cü il tarixli, 3-16-16/2-10/7033 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti,Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin X4 X5 (TEKUİS-də) qeyd edilən 2.49 ha və 1.4840 ha hissələrinin naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmiş Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 6.24 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən X4 X5 (TEKUİS-də) qeyd edilən 2.27 ha hissəsinin (JN 143 A üzrə) naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh faktiki İstifadəsində olan 2.20 ha torpaq sahəsinin də ərazisi müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Cavabdeh tərəfindən İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin X4 X5 (TEKUİS-də) qeyd edilən 1.4840 ha hissəsi istifadə olunur. X4 X6 (TEKUİS-ə) əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 1.4840 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. X4 X6 (TEKUİS-ə) əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 2.49 ha hissəsinin 0.30 ha hissəsi digər şəxslər tərəfindən istifadə olunur. Eyni zamanda X4 X6 əsasən Cavabdeh və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ciil tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmiş Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 6.24 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.27 ha hissəsi (JN 143 A üzrə) də digər şəxslər tərəfindən istifadə olunur. Cavabdeh və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01.05. 1998-ci il tarixli, 46 saylı qərarı ilə JN 143, KOD 60704018 olan Torpağa Mülkiyyət Hüququna X11 ilə verilmiş Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 6.24 ha torpaq sahəsi ilə İddiaçı məxsus məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə üst-üstə düşmür. İddiaçı iddia ərizəsində cavabdehin ona məxsus 3.9742 hektar torpaq sahəsinin 1.57 hektar hissəsindən çıxarılmasını göstərsə də, Cavabdeh tərəfindən İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin X4 X5 (TEKUİS-də) qeyd edilən 1.4840 ha hissəsindən istifadə etməsi iş materialları ilə və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi kifayət qədər sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 1.4840 ha hissəsindən çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 (yüz) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat və və dövlət rüsumu kimi ödədiyi 100 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********41 olan,qeydiyyat tarixi xx.xx.2019-cü il olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun Əhmədli kəndi ərazisində yerləşən 3.9742 ha torpaq sahəsinin 1.4840 ha hissəsindən məcburi qaydada çıxarılsın, torpaq sahəsi iddiaçıya təhvil verilsin və cavabdeh tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılsın. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar