Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-248/2024 01.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi- Nümayəndə iştirakı ilə, İddiaçı- İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan 0.0288 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105.5 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1-də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.m fərdi yaşayış evindən qiymətləndirmə rəyində göstərilən ümumi dəyəri 3.600,40 manat olan əşyalarının məcburi qaydada çıxarılması və cavabdeh tərəlindən gələcəkdə törədiləcək maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı onun oğludur. X2 yaşadığı ünvan 1-də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində yerləşən 165.5 kv.m fərdi yaşayış evi Daşınmaz Əmlakın Reyestr xidmətində iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Miiquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********18-10301 saylı çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətinə alınmışdır. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşaxış evinə köçmək istəsə də həmin evin ikinci mərtəbəsində yerləşən otağın birində Cavabdeh məxsus əşyalar mövcud olduğundan evin bütün otaqlarından istifadə edə bilmir. Belə ki, iddiaçıdan əvvəl evdə yaşamış Cavabdeh həmin əşyalarını xeyli müddətdir ki, evdə tərk edərək valideynlərinin yanında yaşayır. İddiaçı dəfələrlə cavabdehdən evində olan əşyalarını çıxarmasını xahiş etsə də, cavabdeh evdə olan əşyalarını çıxarmamışdır. Qeyri qanuni olaraq cavabdeh iddiaçının mülkiyyətində olan tərdi yaşayış evinin bir otağına sahiblənmişdir. Odur ki, Cavabdeh xüsusi mülkiyyətində olan Beyləqan şəhəri S.İmroliyev küçəsi, ev 128-də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.m fərdi yaşayış evindən qiymətləndirmə rəyində göstərilən ümumi dəyəri 3.600,40 manat olan əşyalarının məcburi qaydada çıxarılması və cavabdeh tərəlindən gələcəkdə törədiləcək maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş eşdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, cehiz əşyalarını həmin evdən çıxaracağını, yerində olmayan cehiz əşyalarının olarsa bu barədə gələcəkdə iddia qaldıracağını bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, lakin əvvəlki məhkmə iclaslarında iştirak etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Miiquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********18-10301 olan çıxarışdan görünür ki, ünvan 1də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində yerləşən 165.5 kv.m fərdi yaşayış evi X1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş “Paritet-M MMC-nin 21 dekabr 2023-cü il tarixli 108 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı oğunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ona və ailəsinə aidiyyatı olmayan digər şəxsə məxsus işlənmiş ev əşyalarının bazar dəyəri 3.600,40 manat təşkil edir. Beləliklə məhkəmə araşdırmaları zamanı müıyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Miiquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********18- 10301 olan çıxarışa əsasən ünvan 1-də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində yerləşən 165.5 kv.m fərdi yaşayış evi X1 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı oğunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ona və ailəsinə aidiyyatı olmayan cavabdehə məxsus ev əşyaları vardır. İddiaçı dəfələrlə tələb etsə də, cavabdeh həmin əmlaklarını evdən könüllü olaraq çıxarmamışdır. Məhkəməyə ərizə göndərən cavabdeh iddianı qəbul etdi və əmlaklarını evdən çıxaracağına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsində göstərilir: “Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin həmin Plenum qərarında deyilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından, Plenum ailə üzvi olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus ümumi dəyəri 3.600,40 manat olan əşyaları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.m fərdi yaşayış evindən çıxarılmalı və cavabdeh tərəlindən gələcəkdə törədiləcək maneə aradan qaldırılmalıdır. Cavabdehə məxsus əmlaklar “Paritet-M MMC” tərəfindən qiymətləndirilmiş və rəy verilmişdir. Mütəxəsis rəyi alınmasından ötrü həmin müəssisəyə iddiaçı tərəfindən 85 manat pul köçürülmüşdür. İddia təmin edildiyinə görə iddiaçının köçürdüyü həmin məbləğ cavabdehdən alınıb ona verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: İddia təmin edilsin. Cavabdeh məxsus ümumi dəyəri 3.600,40 manat olan əşyaları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-də yerləşən 0.0288 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və cavabdeh tərəfindən iddiaçıya törədiləcək maneə aradan qaldırılsın. İddiaçı tərəfindən qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 85 (səksən beş) manat pul Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-248/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-248/2024
01.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver