Məhkəmə qərarları › İş №2(020)-256/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-256/2024

15.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-256/2024 15.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh- Beyləqan Mənzil Kommunal X2 nümayəndəsi və həmin Birliyin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı *4 avqust 2*23-cü il tarixli 39 nömrəli əmrin, 23 oktyabr 2*23-cü il tarixli 48 nömrəli əmrin, 3* noyabr 2*23-cü il tarixli 51 nömrəli əmrin etibarsız hesab edilməsi və *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmrin ləğv edilərək işə bərpa edilməsi və işsiz qaldığı dövrlərdə əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh *4 avqust 2*23-cü il tarixli 39 nömrəli, 23 oktyabr 2*23-cü il tarixli 48 nömrəli, 3* noyabr 2*23-cü il tarixli 51 nömrəli əmrlərini etibarsız hesab edərək, həmçinin *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli işdən qanunsuz çıxarılmam barədə əmrini ləğv edib onu kadr işləri üzrə müfəttişi vəzifəsinə bərpa etməklə, işsiz qaldığı dövrlərdə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, yaranmış mübahisəyə qədər Cavabdeh kadr işləri üzrə müfəttişi vəzifəsində qüsursuz olaraq işləmişdir. Bu illər ərzində əmək müqaviləsi üzrə yaranmış əmək funksiyalarını, vəzifə öhdəliklərini, Əmək qanunvericiliyinin tələbləri qaydalarına uyğun olaraq yerinə yetirmiş, hər zaman nizam-intizam qaydalarına əməl etmişdir. İşlədiyi dövr ərzində rəhbərlik tərəfindən xəbərdarlıq və ya töhmət almamışdır. Cavabdeh rəisi vəzifəsini müvəqqəti icra edən X17 *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmrə əsasən onu qanunsuz olaraq işdən azad etdərək, əmək müqaviləsinə xitam vermişdir. Belə ki, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin (ç) bəndinə, yəni müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (ə) bəndinə əsasən xitam verilmişdir. X17 *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmrində göstərmişdir ki, Cavabdeh rəis əvəzi tərəfindən İddiaçı *4 avqust 2*23-cü il tarixdə 39 nömrəli xəbərdarlıq əmri, 23 oktyabr 2*23-cü il tarixdə 48 nömrəli töhmət əmri, 3* noyabr 2*23-cü il tarixdə isə 51 nömrəli əmrə əsasən şiddətli töhmət verilməsinə baxmayaraq, o intizam tənbehindən nəticə çıxarmamış əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. O, bununla razılaşmır və barəsində müxtəlif tarixlərdə tərtib edilmiş əmrlərin əsassız və qərəzli, hətta sifarişli olduğuna əmindir. Cavabdeh rəis vəzifəsini müvəqqəti icra edən cavabdeh X18 tərəfindən *3.*8.2*23-cü il tarixində tərtib edilmiş nömrəsiz əmrlə vəzifə səlahiyyətləri işçilərin işə davamiyyətinə, yəni tabelə nəzarət qanunsuz olaraq müəssisənin aparıcı mühəndisi X11 həvalə edilmişdir. O, *3.*8.2*23-cü il tarixli əmrdən narazı olaraq onun ləğv edilməsi, vəzifəsinin icrası ilə bağlı səlahiyyətlərini işçilərin işə davamiyyətinə, yəni tabelə nəzarət və sair vəzifə öhdəliklərinin bərpa edilərək özünə qaytarılmasını, qanunsuz açılmış ikinci əmr kitabının ləğv edilməsi və vəzifə səlahiyyətləri həddini aşdığına görə Cavabdeh müdiri vəzifəsini müvəqqəti əvəz edən X12 barəsində xüsusi qərar çıxarılması barədə qətnamə qəbul edilməsi ilə bağlı Beyləqan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hazırda həmin iş ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Lakin buna baxmayaraq Bulud Aslanov məhkəmə mübahisəsinin nəticəsini gözləmədən qanunsuz hərəkətlərini davam etdirmiş, barəsində *4 avqust 2*23-cü il tarixdə 39 nömrəli xəbərdarlıq əmri, 23 oktyabr 2*23-cü il tarixdə 48 nömrəli töhmət əmri, 3* noyabr 2*23-cü il tarixdə isə 51 nömrəli əmrə əsasən şiddətli töhmət əmri imzalamış, *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmrinə əsasən müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. *4 avqust 2*23cü il tarixdə 39 nömrəli, 23 oktyabr 2*23-cü il tarixdə 48 nömrəli, 3* noyabr 2*23-cü il tarixdə isə 51 nömrəli əmr əsassız və qərəzlidir. O, əmək Məcəlləsinin funksiyalarından yaranan tələbləri pozmamışdır. Bulud Aslanovun barəsində müxtəlif tarixlərdə tərtib etdiyi əmrlər onun Bulud Aslanovun qanunsuz tələblərini yerinə yetirməməyi ilə bağlıdır. Bulud Aslanov vəzifə səlahiyyətləri həddini aşmaqla, ondan sui-istifadə edərək belə bir qanunsuz hərəkətlər etmişdir. X17 *3 avqust 2*23-cü il tarixində bəzi işçilərin iştirakı ilə belə bir akt tərtib etdirmişdir ki, güya ki o, idarənin rəisi əvəzi X12 idarədaxili verilən əmrini icra etmir. Bu əsasla da X17 həmin aktı əsas götürərək *3 avqust 2*23-cü il tarixli əmrinə əsasən onun vəzifə səlahiyyətlərini məhdudlaşdıraraq, əlavə tabel və ikinci əmr kitabı tərtib etməklə işçilərin işə davamiyyətinə nəzarəti idarənin aparıcı mühəndisi X11 həvalə etmişdir. Həmçinin qanunsuz açılmış ikinci əmr kitabını qəbul edərək həmin əmr kitabı üzrə əmrlərin qeydiyyatını aparmağa məcbur etmişdir. Lakin o, razılaşmayaraq yeni əmr kitabını qəbul etməmişdir. Buna görə də, Bulud Aslanov barəsində qərəzli əmrlər tərtib edərək onu əmək funksiyalarından yaranan vəzifə öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək qanunsuz hərəkətlər aparmışdır. Barəsində aktın tərtib edilməsinin əsl səbəbi idarənin dalandar vəzifəsində işləyən X9 ard-arda heç bir səbəb göstərmədən işə gəlməməsi ilə bağlı tərəfindən Bulud Aslanovu rəsmi qaydada məlumatlandırmağı olmuşdur. X1 ard-arda işə çıxmamasına dair müxtəlif tarixlərdə işçilər tərəfindən aktda tərtib edilmişdir. Bulud Aslanov 14.*7.2*23-cü il tarixində X1* barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsini "a" bəndinə əsasən töhmət verilsə də, o bundan nəticə çıxarmamış, yəni ona töhmət verildiyi tarixdən sonra da ard-arda olaraq iş günləri işə çıxmamışdır. O, da işçilərin işə davamiyyətinə, yəni tabelə nəzarət edən məsul şəxs olduğu üçün tabeldə onun işə gəlmədiyi günləri qeyd edərək, bu dəfə şifahi formada Bulub Aslanova məlumat vermişdir. X9 gəlmədiyi iş günlərinin əmək haqqı kəsilmişdir. Bundan sonra isə X17 ona irad tutaraq bildirmişdir ki, “sən niyə X8 gəlmədiyi iş günlərini kəsmisən”. Ona öz üzərinə düşən vəzifə səlahiyyətlərini yerinə yetirdiyini, nəinki X8, hətta digər işçilərin belə işə gəlmədiyi halda onları işə gəlmiş kimi tabeldə qeyd edə bilməyəcəyini, belə bir məsuliyyətin altına girə bilməyəcəyini bildirmişdir. Bulud Aslanov ona bildirmişdir ki, “bundan sonra sən işçilərin işə davamiyyətinə, yəni tabelə nəzarət etməyəcəksən. Mən bunu sənə qadağan edirəm!”. Onun bu sözündən sonra aralarında sözlü mübahisə yaranmışdır. O, da öz növbəsində rəsmi poçt vasitəsi ilə B. Aslanovun üzərinə onun vəzifə səlahiyyətlərini (işçilərin işə davamiyyətinə, yəni tabelə nəzarəti) idarənin aparıcı mühəndisi vəzifəsində çalışan X11 həvalə edilməsinin izah edilməsi barədə ərizə ilə müraciət etmişdir. X29 indiyə kimi onun yazılı ərizəsinə heç bir cavab verməmişdir. Əksinə barəsində qanunsuz əmrlər tərtib etmişdir. Beyləqan rayon İcra hakimiyyəti başçısının *7 yanvar 2*24-cü il tarixli sərəncamı ilə Beyləqan Mənzil İstismar sahəsi, Beyləqan Yaşıllaşdırma sahəsi, Beyləqan Kommunal Müəssisələri Kombinatının bazasında Beyləqan Mənzil Kommunal X5 yaradılmışdır. Ona görə də onun barəsində *4 avqust 2*23-cü il tarixli 39 nömrəli əmrin, 23 oktyabr 2*23-cü il tarixli 48 nömrəli əmrin, 3* noyabr 2*23-cü il tarixli 51 nömrəli əmrin etibarsız hesab edilməsi və *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmrin ləğv edilərək işə bərpa edilməsi və işsiz qaldığı, yəni məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Beyləqan Mənzil Kommunal X2 nümayəndəsi, həmin birliyin direktoru Nümayəndə iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, Cavabdeh kadrlar üzrə müfəttiş işləmiş İddiaçı iddiası əsassızdır. Belə ki, İddiaçı işdən azad olunmasının səbəbi vəzifəsindən sui istifadə edərək işçilərə hədə-qorxu gəlmək, işçiləri şəxsi işində işlətmək, nalayiq sözlərlə təhqir etmək və müdiriyyətin verdiyi əmrlərini yerinə yetirməkdən imtina etdiyi üçün İddiaçı müdiriyyət tərəfindən şifahi xəbərdarlıq verilmiş və *4 avqust 2*23-cü il tarixdə 39 nömrəli əmrə əsasən yazılı xəbərdarlıq edilib, xəbərdarlığa əhəmiyyət vermədiyi üçün 23 oktyabr 2*23-cü il tarixdə 48 nömrəli əmrə əsasən töhmət verilmişdir. İddiaçı intizam təmbehindən nəticə çıxarmadığı üçün 3* noyabr 2*23-cü il tarixdə 51 nömrəli əmrə əsasən şiddətli töhmət verilərək, *4 dekabr 2*23-cü il tarixdə 52 nömrəli əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin (ç) bəndinə, yəni müqavilə üzrə öhtəlikləri yerinə yetirmədiyinə görə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (ə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının *7 yanvar 2*24-cü il tarixli *1 nömrəli sərəncamına əsasən Beyləqan Mənzil İstismar sahəsi, Beyləqan Yaşıllaşdırma sahəsi, Beyləqan Kommunal Müəssisələri Kombinatının bazasında Beyləqan Mənzil Kommunal X5 yaradılmışdır. Hazırda kadr üzrə müfəttiş vəzifəsi vakant deyildir. Gələcəkdə başqa iş olarsa iddiaçı hər hansı bir işlə təmin etmək üçün köməklik göstərəcəkdir. Ona görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, Cavabdehndə əvvəllər qeydiyyatçı karguzar işləmişdir. Həmçinin həmkarların katibidir. İddiaçı ilə iş yoldaşı olmuşlar. Sevincin onun münasibəti normal olsa da, müdriyyət və işçilərlə yola getməmişdir. İşə gec gələnləri hələmişdir. İddiaçı işdən çıxarılması ilə bağlı işçilərlə birlikdə həmkarlar iclası keçirilmişdir. Sevinc həmin iclasda iştirak etməmişdir. İdarənin rəisi Bulud Aslanov da həmkarlara müraciət etmişdir. İşçilər qərara gəlmişlər ki, İddiaçı ilə işləmək istəmirlər. İclasda 2* nəfər iştirak etmiş, bir nəfər bitərəf olumuşdur. İclasın hansı tarixdə keçirilməsi onun yadənda qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2* ifadəsində göstərdi ki, Cavabdehndə ambardarxəzinədar işləmişdir. İddiaçı onunla birlikdə işlədiyi müddətdə aralarında heç bir problem olmamışdır. Sevincin digər işçilərlə aralarında narazılaqlar olmuşdur. İddiaçı işdən çıxarılmasından və ona töhmət verilməsindən xəbəri olmuşdur. Həmçinin iddiaçı ilə müdriyyət arasında da həmişə problemlər olmuşdur. Sevincin işdən çıxarılmıası ilə bağlı keçirilən həmkarlar iclasında iştirka etmişdir. Sevinc özü həmin iclasda iştirak etməmişdir. Niyə iştirak etmədiyindən isə onun məlumatı yoxdur. Həmkarlar islasında qərara alınmışdır ki, İddiaçı işdən çıxarılmasına razılıq verilsin. İclasın vaxtı və tarixi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, Cavabdehndə iş icraçısı işləmişdir. İddiaçı onunla birlikdə işlədiyi müddətdə aralarında problemləri olmuşdur. Sevinc hərdən işçilərə təhqiredici ifədələr işlətmişdir. Müdirin adından istifadə edərək onu Bakı şəhərindən qaytartmışdır. Halbu ki, o, müdirdən rəsmi olaraq icazə alıb Bakı şəhərinə getmişdir. İddiaçı işdən çıxarılması ilə əlaqədar keçirilən həmkarlar iclasında iştirak etmişdir. Sevinc özü həmin iclasda iştirak etməmişdir. Sevincə Şakir adlı işçi vasitəsi ilə həmkarlar islasının keçiriklməsi barədə məlumat verilmişdir. İclasın hansı tarixdə keçirilməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Cavabdehndə dalandar vəzifəsində işləmişdir. İddiaçı onunla birlikdə işlədiyi müddətdə işçilər üzərində hökmranlıq etmiş və işçilərə hədə-qorxu gəlmişdir. Əvvəllər işçi gec gəlib, tez getsə də heç bir narahatçılıq olmamışdır. Sonradan Sevinc həmin işçilər barəsində akt tərtib etməyə başlamışdır. Sevinc kollektivlə aqresiv davrandığına görə həmkarlar iclasının qərarına əsasən işdən çıxarılmışdır. İclasda iştirak etsə də iclasın keçirildiyi tarixi xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Cavabdehndə evlər müvəkkili vəzifəsində işləmişdir. İddiaçı onunla birlikdə işlədiyi müddətdə onunla bir otaqda oturmaqdan imtina etmiş, onu heç bir səbəb olmadan otaqdan çıxarmışdır. Sevinc müdirin əmrlərinə tabe olmamışdır. Həmkarlar iclasında iştirak etmişdir. Sevincin iştirakı yadında deyildir. Bütün işçələr Sevincin onlarla işləməsinə razı deyillər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Cavabdehndə xadimə işləmişdir. İddiaçı onun şəxsi işlərinə getmədiyi halda ona açıqlanaraq hədə qorxu gəlmişdir. Lakin o, heç vaxt Sevincin şəxsi işlərini yerinə yetirməmişdir. Onunla birlikdə həmkarların iclasında bütün işçilər iştirak etmişlər. Sevinc özü iclasda iştirak etməmişdir. Sevincin işdən çıxarılmasına razılıq verilmişdir. Lakin, iclasın hansı tarixdə keçirilməsi yadında qalmamışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Cavabdeh *4 dekabr 2*23-cü il tarixli 52 saylı əmrdən görünür ki, İddiaçı - Cavabdeh rəis əvəzi tərəfindən *4 avqust 2*23-cuü il tarixdə 3* nömrəli xəbərdarlıq əmri, 23 oktyabr 2*2 cü il tarixdə 48 nömrəli töhmət əmri, 3* noyabr 2*23-cü il tarixdə 51 nömrəli əmrə əsasən şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin (ç) bəndi, müqavilə üzrə öhtəliklərini yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin (ə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 21 sentyabr 2*23-cü ildən *1 dekabr 2*23-cü il tarixədək təqvim günü son hesab hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin7*-ci maddəsinin ç bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin (ə) bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 8*-ci maddəsinə görə bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən ləğv edilərkən İddiaçı Cavabdeh rəis əvəzi tərəfindən *4 avqust 2*23-cü il tarixdə 3* nömrəli xəbərdarlıq əmri, 23 oktyabr 2*2 cü il tarixdə 48 nömrəli töhmət əmri, 3* noyabr 2*23-cü il tarixdə 51 nömrəli əmrə əsasən şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin (ç) bəndi, müqavilə üzrə öhtəliklərini yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin (ə) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir . Həmin əmrdə İddiaçı hansı müqavilə öhdəliklərini yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır. Digər tərəfdən İddiaçı öz əmək funksiyalarını yerinə yetirməməklə bağlı idarədə icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin maddənin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinə görə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Məhkəmədə müəyyən edildi ki, İddiaçı intizam tənbehi verilərkən əvvəlcədən onun yazılı izahatı alınmamış, izahat verməkdən imtina etməsi ilə bağlı iş matüriallarında hər hansı bir sübutul olması müəyyən edilməmişdir. Digər tərəfdən ona *8 avqust 2*23-cü il tarixdə 39 nömrəli əmrlə şifahi xəbərdarlıq verilmişdir ki, həmin şifahi xəbərdarlıq intizam tənbehi sayılmır. 23 oktyabr 2*23-cü il tarixdə 48 nömrəli əmrlə davamiyyət kitabına imza çəkməkdən imtina etdiyinə, əmrləri əmr kitabına işləməkdən imtina etdiyindən, odur ki, müdriyyətin tapşırığı yerinə yetirilmədiyi üçün ona töhmət, 3* noyabr 2*23-cü il tarixli 51 nömrəli əmrlə davamiyyət kitabına imza çəkməkdən imtina etdiyindən müdriyyətin tapşırığını yerinə yetirmədiyinə görə şiddətli töhmət verilmişdir. Cavabdeh müdriyyəti 3* noyabr 2*23-cü il tarixli əmrlə töhmət verdikdən sonra həmin gün onun işdən çıxarılması ilə bağlı razılıq verilməsindən ötürü Beyləqan rayon Mənzilİstiasmar Sahəsinin ilk həmkarlaq ittifaqı təşkilatına təqdimat göndərmiş, İddiaçı işdən çıxarılmasına razılıq verilməsi məsələsinə əvvəlcədən ona məlumat verilmədən, onun iştirakı təmin edilmədən *1 dekabr 2*23-cü il tarixdə baxılmış və onun işdən çıxarılmasına razılıq verilmişdir. Beləliklə İddiaçı barəsində əsassız olaraq eyni intizam xətasına görə iki inzibati tənbeh verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı verilmiş xəbərdarlıq intizam tənbehi sayılmadığından, töhmət və şiddətli töhmət eyni xətaya görə verilməsi müəyyən edildiyindən həmin əmrlərin etibarsız hesab edilməsinə zərurət yoxdur. Çünki Cavabdeh müdriyyəti eyni xətaya görə təkrarən İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmri qanunsuz və əsassızdır. Ona görə də həmin əmr ləğv edilməklə iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3**-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər İş materiallarından görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının *7 yanvar 2*24-cü il tarixli Sərəncamdan görünür ki, Beyləqan rayonunda mənzil fondunun qorunub saxlanılmasına, təmizlik, abadlıq işlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və həmçinin genişləndirilməsinə nail olmaq üçün bu sahədə idarəetməni yenidən təşkil etmək, idarəetmədə səmərəliliyi artırmaq məqsədilə Beyləqan Mənzil İstismar sahəsi, Beyləqan Yaşıllaşdırma sahəsi, Beyləqan Kommunal Müəssisələri Kombinatının bazasında Beyləqan Mənzil Kommunal X5 yaradılması, Beyləqan Mənzil İstismar Sahəsinə, X4, Beyləqan Kommunal Müəssisələri Kombinatına məxsus əmlakın, mal-material qalığının və maliyyə vəsaitinin Beyləqan Mənzil Kommunal X2 balansına verilməsini təşkil etmək üçün komissiya yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə görə hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı barəsində *4 dekabr 2*23-cü il tarixli 52 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, İddiaçı yeni yaradılmış Beyləqan Mənzil Kommunal X3 əvvəlki vəzifəsinə bərpa edilməli və işsiz qaldığı dövrlərdə əmək haqqı hesablanıb verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər hansı bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, Qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan respublikasi MPM-nin 213-22*-ci, 222-233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində *4 dekabr 2*23-cü il tarixli, 52 nömrəli əmri ləğv edilsin. İddiaçı yeni yaradılmış Beyləqan Mənzil Kommunal X3 əvvəlki kadr işləri üzrə müfəttiş vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmağa görə əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar