Məhkəmə qərarları › İş №2(020)-257/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-257/2024

23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-257/2024 23.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Beyləqan şəhəri Şitilçilik qəsəbəsi ünvanında yaşayan Cavabdeh Beyləqan şəhəri Şitilçilik qəsəbəsi ərazisində yerləşən, mülkiyyətidə olan, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 0.1799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.33 ha hissəsindən hissəsindən məcburi qaydada çıxarılması, 0.33 ha torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehdən 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, hal-hazırda Beyləqan rayonu Şitilçilik qəsəbəsində yaşayır, həmin qəsəbə ərazisində Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla 0.1799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsinin 0.33 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymur. Həmin torpağdan cavabdeh qeyri-qanuni istifadə edir. Ona görə də, cavabdeh Beyləqan şəhəri Şitilçilik qəsəbəsi ünvanında yaşayan Cavabdeh Beyləqan şəhəri Şitilçilik qəsəbəsi ərazisində yerləşən, mülkiyyətidə olan, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 0.1799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.33 ha hissəsindən hissəsindən məcburi qaydada çıxarılması, 0.33 ha torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehdən 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil iddianı müdafiə etdiyini göstərdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan çıxarışlardan görünür ki, İddiaçı mülkiyyətinə Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla 0.1799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 11 mart 2024-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7648 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı Beyləqan rayonu Şitilçilik qəsəbəsində yerləşən , torpaq islahatı işləri aparılan zamanı Şitilçilik qəsəbəsinin (keçmiş M.Ə.Sabir adına təsərrüfatın) tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunan bölgü layihəsinə əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən,reyestr nömrəsi **********31 olan, Çıxarışla mülkiyyətinə verilmiş 0.1799 ha və Daşınmaz Əmlakın Dövlət reyestrindən,reyestr nömrəsi **********32 olan Çıxarışla mülkiyyətinə verilmiş 1.04 ha torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 1.04 ha torpaq sahəsinin X1 X2 (TEKUİS- də ) qeyd edilən ərazisi də müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Cavabdeh mülkiyyətində olan Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti.Hüquqların Dövlət Qeydiyyatı Flaqqında daşınmaz əmlakın Dövlət reyestrindən .reyestr nömrəsi **********72 olan, Çıxarışla 0.60 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti.Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən .reyestr nömrəsi **********68 olan, Çıxarışla 2.43 ha torpaq sahəsinin sərhədlərinin koordinatları müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan Beyləqan rayonun Şitilçilik qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan, Çıxarışla mülkiyyətinə verilmiş 0.60 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68 olan, Çıxarışla mülkiyyətinə verilmiş 2.43 ha torpaq sahələri ilə İddiaçı mülkiyyətində olan 0.1799 ha və 1.04 ha torpaq sahələri sənəd üzrə üst-üstə düşmür. Qeyd edilən torpaq sahələrinin və İddiaçı mülkiyyətində olan 0.1799 ha və 1.04 ha torpaq sahələrinin Cavabdeh tərəfindən müvafiq olaraq istifadə edilən 0.0449 ha və 0.2344 ha hissəsinin ərazisi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan 0.1799 ha və 1.04 ha torpaq sahələrinin 0.0449 ha və 0.2344 ha hissələri Cavabdeh tərəfindən istifadə olunur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Beyləqan şəhəri Şitilçilik qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətidə olan, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 0.1799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müvafiq olaraq 0.0449 ha və 0.2344 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə İddiaçı iddia tələbi qismən, yəni Cavabdeh onun mülkiyyətində olan torpaq sahələrinin 0.0449 ha və 0.2344 ha hissəsini zəbt etdiyi sübuta yetdiyindən iddia həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Beyləqan şəhəri, Şitilçilik qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətidə olan, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2344 ha hissəsindən və Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX № ******* olan Çıxarışla rəsmiləşdirilmiş 0.1799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müvafiq olaraq 0.0449 ha hissəsindən çıxarılsın, torpaq sahəsi iddiaçıya təhvil verilsin və iddiaçıya törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 101 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar