Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-260/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh qarşı su yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.16 ha həyətyani torpaq sahəsinin kəndarından keçən su yolunun təmizlənərək açılması və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı Qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Sarı Su qəsəbəsi ərazisində yerləşən həyətyani torpaq sahələrindən 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə və sair tətinatlı təyinatlı mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin həyətyani torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməklə həmin evdə ailəsi ilə birlikdə yaşayır. Lakin qonşusu olan Cavabdeh fərdi yaşayış evinin kəndarından keçən Dövlətin balansında olan su arxını qeyri-qanuni zəbt etməklə həmin su yolunu qəsdən zir-zibil və torpaqla dolduraraq tam yararsız vəziyyətə salmışdır. Həmin su yolundan nəyinki onunla yanaşı kənd sakinləri, Beyləqan rayonu Türklər bələdiyyəsinin balansında olan örüş otlaq sahəsi, həmçinin Dövlət mülkiyyətində əkilmiş ağaclar suvarılır. O, və aidiyyəti qurumlar cavabdehdən su yolunun açımasını dəfərlərlə xahiş etslər də cavabdeh öz qanunsuz hərəkətlərinə davam etməkdədir. Hətta onun və Türklər bələdiyyəsinin şikayəti əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X1 rayon PŞ-nin əməkdaşlarının iştirakı ilə birlikdə 01,12.2023-cü il tarixdə sözügedən əraziyə baxış keçirərkən Cavabdeh məxsus mal tövləsinin arxasından keçən su kanalının həqiqətən doldurulduğunu görmüşlər. Bu zaman Cavabdeh tövlənin arxasından çıxaraq həmin əraziyə nə səbəbə baxış keçirdiyimizi və uca səslə müfəttişin və Beyləqan rayon Türklər bələdiyyəsinin sədri Sabir Yunusovun ünvanına nəlayıq ifadələr işlətmişdir. Bundan sonra bələdiyyə sədri Beyləqan rayon PŞ-nə Cavabdeh barəsində tədbir görülməsi üçün şikayət ərizəsi vermişdir. Həmin şikayət ərizəsi əsasında Cavabdeh Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-1041/2023 saylı qərarına əsasən 100 manat məbləğində inzibatı qaydada cərimə edilmişdir. Buna baxmayaraq cavabdeh hazırda da su yolunu təmizləməkdən imtina edir və qanunsuz hərəkətlərinə davam edir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi Dövlətə məxsus su yolunu açmasını xahiş etsə də cavabdeh ona əhəmiyyət vermiyərək öz qanunsuz əməllərinə davam etmişdir. O, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara və aidiyyəti qrumlara müraciət etsə də onun müraciətləri heç bir nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etmədi və məhkəməyə verdiyi izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsinə gedən su yolunu zəbt etməmişdir. Onun istifadəsində olan torpaq sahəsinə su iddiaçının sahəsindən gəlir. Su yolunu kol kos basmışdır. Həmin kolları təmişləmişdir. İstifadə etdiyi torpaq sahəsinin sənədləri yoxdur. iddiaçının ona qarşı iddiası əsassızdır. İddiaçıya torpağını suvarmağa heç bir maneçilik törətməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD 60714028 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı Qərarı iləiddiaçı və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Sarı Su qəsəbəsi ərazisində yerləşən həyətyani torpaq sahələrindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı Qərarı iləiddiaçı və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Sarı Su qəsəbəsi ərazisində yerləşən həyətyani torpaq sahələrindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həmin həyətyani torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməklə həmin evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə fərdi yaşayış evinin kəndarından keçən Dövlətin balansında olan su arxını qeyri-qanuni zəbt etməklə həmin su yolunu zir-zibil və torpaqla dolduraraq tam yararsız vəziyyətə salmışdır. İddiaçı dəfələrlə cavabdehdən su yolunu təmizləməsini xahiş etsə də, cavabdeh hərəkətlərinə davam etmişdir. Bu səbədən tərəflər arasında mübahisələr olmuşdur. İddiaçı dəfələrlə yuxarı orqanlara müraciət etmişdir. Türklər bələdiyyəsinin şikayəti əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X1 rayon PŞ-nin əməkdaşlarının iştirakı ilə birlikdə xx.xx.2023-cü il tarixdə sözügedən əraziyə baxış keçirərkən Cavabdeh məxsus mal tövləsinin arxasından keçən su kanalının həqiqətən doldurulduğu müəyyən edilmişdir. Cavabdeh əraziyə nə səbəbə baxış keçirməsinə müneçilik törətdiyindən və Beyləqan rayon Türklər bələdiyyəsinin sədrinin ünvanına nəlayıq ifadələr işlətdiyindən bələdiyyə sədri Beyləqan rayon PŞ-nə Cavabdeh barəsində tədbir görülməsi üçün şikayət ərizəsi vermişdir. Həmin şikayət ərizəsi əsasında Cavabdeh Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)-1041/2023 saylı qərarına əsasən 100 manat məbləğində inzibatı qaydada cərimə edilmişdir. Cavabdeh məhkəmə iclasında su yolunu kəsmədiyini bildirsə də, iş materialları ilə onun su yolunu kəsməsi və iddiaçıya həyətini suvarmaqda maneçilik törətməsi kifayət qədər sübuta yetmişdir. İşdə olan Beyləqan rayon Sarısu bələdiyyəsinin 01 mart 2024-cü il tarixli arayışından görünür ki, Aqrar islahat zamanı Elçin Aslanov adına kolxozun ümumi sahəsi 800 kv metr olan silos quyusu Aqrar İslahat Komissiyasının 02.07.199-cu il tarixli 51 saylı akt ilə 40513 manata ona əmlak payı kimi satılmışdır. Əmlaka gedən su arxı Cavabdeh tərəfindən dolduğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh həmin ərazidə qanunsuz olaraq torpaq sahəsi zəbt etmiş, onun həmin yerdə torpağın çülkiyyətində olmasına dair hər hansı bir sübut, sənəd mövcud deyildir. O, qanunsuz olaraq zəbt etdiyi ərazidə iddiaçının su yolunu dolduğurub bağlamışdır. Məhkəmə hesab edir ki, iddiaçının həyətinə gedən su yolu cavabdeh tərəfindən bağlandığından həmin su yolu açılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İddia təmin edilin. Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı Qərarı ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD 60714028 saylı Şəhadətnamə əsasında verilmiş 0.16 ha həyətyani torpaq sahəsinin kəndarından keçən su yolu təmizlənərək açılsın və cavabdeh tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılsın. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-260/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-260/2024
04.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver