Məhkəmə qərarları › İş №2(020)-27/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-27/2025

20.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-27/2025 20.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 175 saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli Çıxarışla mülkiyyətində olan 0,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi **********32, olan Torpaq sahəsinin Planı və ölçüsü və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 175 saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli Çıxarış almaqla 0,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mülkiyyətinə keçirmiş və tam xüsusi mülkiyyətindədir. Lakin həmin torpaq sahəsini Cavabdeh istifadə edir və həmin vaxtdan torpağından istifadəyə imkan vermir. Həmin torpağından cavabdeh qeyri-qanuni istifadə edir. Cavabdeh könüllü olaraq mülkiyyətində olan torpaq sahəsindən çıxmır və ona maddi ziyan vurur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh onun torpaq sahəsini boşaltmır. O, DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmiş, ölçmə işləri aparılarkən torpaq sahəsinin ona məxsus olması məlum olmuşdur. Ona görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidmətinin X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 175 saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023 -cü il tarixli Çıxarış ilə mülkiyyətində olan 0,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçının tələb etdiyi torpaq sahəsinin əmisinə məxsus olmasını, torpaq sahəsinin istifadə üçün ona şifahi razılaşma əsasında verilməsini, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini göstərmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi **********32, olan Torpaq sahəsinin Planı və ölçüsü və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 175 saylı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə 0,9938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********133 olan, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2024-cü il tarixli çıxarışdan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Cavabdeh mülkiyyətinə 0.9932 ha torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 18 mart 2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin10/9861 saylı 22 yanvar 2025-ci il-ci il tarixli ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********132 olan, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, 0.9938 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş X2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********133 olan, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2024-cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, 0.9932 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri JşSvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********132 olan, qeydiyyat nömrəsi **********, xx.xx.2023- cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, 0, 9938 ha torpaq sahəsi istifadə olunur. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətii Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********132 olan, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, 0.9938 ha torpaq sahəsi ilə Cavabdeh tərəfindən təqdim edilmiş X2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********133 olan, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2024-cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, 0.9938 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********132 olan, qeydiyyat nömrəsi **********, xx.xx.2023- cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən verilmiş 0, 9938 ha torpaq sahəsi istifadə olunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********132 olan, qeydiyyat nömrəsi **********, xx.xx.2023- cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0, 9938 ha torpaq sahəsndən çıxarılmalıdırlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********132 olan, qeydiyyat nömrəsi **********, xx.xx.2023- cü il tarixli çıxarışa və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 0,9938 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Köllegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar