Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-28/2023 09.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0.90 hektar hissəsindən çıxarılması, torpağın ona təhvil verilməsi və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını nəhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh və X1 mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0.90 hektar hissəsindən çıxarılması, torpağın ona təhvil verilməsi və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını nəhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla 2.30 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaq onun mülkiyyətində olsa da, Cavabdeh və X4 torpağını zəbt etmiş və istifadə etmişlər. Bir neçə illərdir o, torpaqdan əksik istifadə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları əvvəl torpağını ölçüb versələrdə sonradan cavabdeh yenədə torpağını zəbt etmişdir. Cavabdeh könüllü olaraq mülkiyyətində olan torpaqdan çıxmır və həmin sahədən istifadə etməyə imkan vermir. Odur ki, Cavabdeh və X1 mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0.90 hektar hissəsindən çıxarılması, torpağın ona təhvil verilməsi və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını nəhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə göndərilən məhkəmə bildirişlərini qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə bağmağı mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə 2.30 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 01 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 10/2203 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81 olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsi ərazisində yerləşən 2.3065 ha torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Edyni zamanda Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14 olan çıxarışa əsasən, cavabdeh X1 xüsusi mülkiyyətində olan Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsi ərazisində yerləşən 1.7784 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Cavabdeh “Torpağa mülkiyyət hüququna dair” JN-0307 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 0.54 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat lil nömrəsi **********, reyestr nömrəsi **********81 olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu Qəhrəmanİı qəsəbəsi ərazisində yerləşən 2.3065 ha torpaq sahəsinin 0.45 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh və X2 məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahələri sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X3 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə 2.30 ha torpaq sahəsi verilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Qəhrəmanİı qəsəbəsi ərazisində yerləşən 2.3065 ha torpaq sahəsinin 0.45 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30 olan çıxarışla İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0,45 ha hissəsindən çıxarılmalıdır. Məhkəmədə cavabdeh X1 iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi öz təsdiqini tapmamışdır. Ona görə də iddia ona qarşı əsassız olduğundan rədd edilməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə İddiaçı iddia tələbi qismən, yəni Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 0.45 ha hissəsini zəbt etdiyi sübuta yetdiyindən iddia həmin hissədə təminedilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14 olan çıxarışla İddiaçı mülkiyyətində olan 2.30 ha torpaq sahəsinin 0,45 ha hissəsindən çıxarılsın, torpaq sahəsi İddiaçı təhvil verilməklə Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. İddia cavabdeh X2 qarşı rədd edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25(iyirmi beş) manatı Cavabdeh, 25(iyirmi beş) manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 109 manat məbləğində pulun 55(əlli beş) manatı Cavabdeh alınıb İddiaçı verilsin, pulun qalan hissəsi iddiaçının özünə aid edilsin. Dövlər rüsumu kimi ödənilmiş 100 manat pulun 50 (əlli) manatı Cavabdeh alınıb İddiaçı ödənilsin, qalan 50 (əlli) manat iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-28/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-28/2023
09.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver