Məhkəmə qərarları › İş №2(020)-281/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-281/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-281/2025 17.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 19.*2.2*15-ci il tarixdə ölmüş X1na məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Beyləqan rayonu Aşıqalılar kənd sakini X4 dayısı nəvəsidir. X8 rayonu Aqrar İslahat Komissiyasının *1.*5.1998-ci il tarixli, 46 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-381A, KOD 6*7*4*18 seriyalı Şəhadətnaməyə əsasən *.*8 ha həyətyani torpaq sahəsi verilmişdir. X7 19.*2.2*15-ci il tarixdə ürək çatışmamazlığından dünyasını dəyişmişdir. İbrahim Həsənovun ondan başqa kimsəsi olmadığından onu öldüyü günə kimi himayəsində saxlamış və onun bütün qayğıları ilə özü məşğul olmuş, öldükdən sonra onun bütün dəfn mərasim xərclərini şəxsən özü çəkmişdir. Mərhumdan qalan *.*8 ha həyətyani torpaq sahəsi miras əmlak kimi hazırda onun faktiki istifadəsinədir. İbrahim Həsənov sağlığında həmin həyətyani torpaq sahəsində fərdi yaşayış evi tikməsi üçün ona razılıq verdiyindən o, həmin həyətyani torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Lakin hazırda sənədlərində çatışmamazlıq olduğundan qanun üzrə vərəsəlik əldə edə bilmir. O, mərhumdan qalan faktiki miras əmlakı qəbul etməyi barədə hər hansı bir rəsmi sənəd olmadığından bəzi sənədləşmə işlərində çətinliklərlə üzləşir. X2 miras əmlakı qəbul etməsi ilə əlaqədar olaraq Beyləqan rayon 1 saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona həmin hüquqi əhəmiyyətli faktın təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, onun 19.*2.2*15-ci il tarixdə ölmüş X1na məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu 1 saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyinə görə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X1* ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. X1 ölən günə kimi onu oğlu Adəm saxlamış, öləndə dəfn mərasimini oğlu təşkil etmişdir. İbrahim Həsənov 19.*2.2*15-ci il tarixdə ölmüşdür. Hazırda İbrahimdən qalan torpaq sahəsindən oğlu istifadə edir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X3 ifadəsində göstərdi ki, o, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşıqalılar kənd icra nümayəndəsi işləyir. Ərizəçi X1nun dayısı nəvəsidir. İbrahim Həsənov ölənədək onu Adəm saxlamışdır. İbrahim Həsənov 19.*2.2*15-ci il tarixdə ölmüş, onun dəfn mərasimini də Ərizəçi keçirmişdir. Mərhumun Ərizəçi başqa heç bir vərəsəsi yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 19.*2.2*15-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş “Torpağın Mülkiyyətə verilməsinə dair” JN381A, KOD6*7*4*18 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının *1 may 1998-ci il tarixli qərarına əsasən X4 mülkiyyətinə *,*8 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Aşqalılar kənd İƏD üzrə nümayəndəsinin 23.11.2*24-cü il tarixli, 425 saylı arayışından görünür ki, 19 fevral2*15-ci ildə vəfat etmiş X7 öldüyü günədək dayısı nəvəsi Ərizəçi mərhuma məxsus evdə yaşayaraq mirası faktiki olaraq qəbul etmişdir. Mərhumun başqa vərəsəsi yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon 1 saylı Notariat ofisinin natariusunun 23 noyabr 2*24-cü il tarixli 982 nömrəli məktubundan görünür ki, ərizəçi miras əmlakın qəbul edilməsi ilə bağlı həmin notariat ofisinə müraciət etmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Ərizəçi X1na məxsus miras əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçi həmin əmlakı faktiki olaraq qəbul etmiş və idarə etməyə başlamışdır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X1 öldüyü günədək Ərizəçi ilə bir ailədə yaşamış, onun bütün qayğısı ilə şəxsən ərizəçi özü məşğul olmuşdur. Mərhumun 1-ci və 2-ci dərəcəli vərəsələri olmamış, onun yeganə vərəsəsi ərizəçidir. Ona görə də məhkəmə qaydasında mərhumun növbəli vərəsəsi kimi mirası qəbul etməsini istəyir. Ərizəçi mərhum İbrahim Həsənov vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi miras əmlakdan istifadə edir. Bu hal onu göstərir ki, ərizəçi yeganə vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 3*7-3*9, 212-22*, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 19.*2.2*15-ci il tarixdə ölmüş X1na məxsus mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar