Məhkəmə qərarları › İş №2(020)-282/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-282/2025

04.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-282/2025 04.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Raniz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin sənədləşdirilməsinə yarıdılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayonunun İ Şahsevən kəndində yerləşən mərhum anasına məxsus, hazırda vərəsə kimi qəbul etdiyi evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılması, evin sənədləşdirilməsi və ölçü işlərinin aparılması üçün cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsinə əsəsən iddianın hazırda vərəsə kimi qəbul etdiyi evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair hissəsi məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, xx.xx.1969-cu ildə X5 ilə X6 birgə nikahlarından doğulmuş və Beyləqan rayonunun İ Şahsevən kəndində yaşamışdır. 1983cü ildə X2 ilə ailə qurmuş, hazırda Şəmkir rayonunda yaşayır. X1 1972-ci ildə, anası X9 isə xx.xx.2001-ci ildə ölmüşlər. X3 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində ev inşa edilmiş və o, qardaş bacısı ilə birlikdə həmin evdə yaşamışlar. O, anasından qalan əmlakları qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Beyləqan rayon Notariat Ofisində o, anasının vərəsəsi kimi tanınmışdır. Anasına məxsus 1 Şahsevən kəndində yerləşən daşınmaz əmlaka hüquq müəyyən edici sənəd verilməsi üçün Notariat Kontorundan DƏDRX nin 6 saylı Ərazi idarəsinə 12 dekabr 2024-cü il tarixli 1273 nömrəli məktub göndərilmişdir. DƏDRX nin 6 saylı Ərazi idarəsi evə baxış keçirib ölçü işlərinin aparılması üçün evə gedərkən qapı bağlı olmuş və onlar ölçü işləri apara bilməmişlər. Bu səbəbdən də anasından qalan mirası əmlaka öz adına hüquq müəyyənedici sənəd əldə edə bilməmişdir. Buna səbəb isə Cavabdehdır. Belə ki, Cavabdeh onuların ailə üzvü deyildir. Leyla qardaşının gəlini olmuş, qardaşının oğlu ailəsi ilə boşandıqdan sonra Leyla ilə faktiki olaraq evlənmiş və qardaşının evinə gəlin gəlmişdir. Lakin qardaşı ilə yola gedə bilmədiyindən qardaşı oğlu və onun arvadını müvəqqəti olaraq mərhum anasına məxsus evə yaşamaq üçün buraxmışdır. Həmin evdə qardaşı oğlu və onun arvadı Leyla birgə yaşamışlar. Qardaşı oğlu öləndən sonra Leyla qapını bağlayaraq evdən çıxıb getmişdir. Dəfələrlə evin açarlarını Leyladən tələb etsə də, Leyla açarları ona verməmişdir. O, evi Leylayə daimi olaraq deyil, müvəqqəti yaşamaq üçün vermişdir. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının verdiyi izahat yalandır, iddiaçının anasının torpağ olmamışdır. O, iddiaçının qardaşının gəlini olmuşdur. Onun əri öldükdən sonra iddiaçı Çiçəyin qohumları ona elçi gəlmiş, o razılaşdırdan sonra 1992-ci ildə iddiaçının qardaşı oğlu ilə ailə qurmuşdur. Onlar 30 ildən artıqdır ki, sözügedən evdə yaşamışlar. Yaşadığı həmin evə çardaq qurdurmuş və hamam tikdirmişlər. Evdə və həyətdə abadlıq işləri aparmışlar. O, tikdirdiyi hamamın və tarmanın haqqını tələb edir. Evin kommunal xərclərimərhum ərinin adınaolmuş və kommunal xərcləri o, ödəmişdir. Ona görə ölçü işlərinin aparılmasına imkan vermir ki, ölçü işləri aparılıb ev sənədləşdirilərsə iddiaçı onu evdən çıxaracaqdır. Evə çəkdiyi xərclər ödənilərsə evdən çıxacaqdır. Əri Kamil 2024-cü ildə ölmüşdür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-200A, KOD607713018 saylı Şəhadətamədən görünür ki, X7 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonunun İ Şahsevən kəndində yerləşən 0,127 ha torpaq sahəsi X6 mülkiyyətinə daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuş, X1, anası X8r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X5 1972-ci ildə, X9 isə xx.xx.2001-ci ildə ölmüşlər. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 460 saylı arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə ünvan 2ində vəfat etmiş X6 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Qızı İddiaçı-xx.xx.1959. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin İ Şahsevən kənd icra nümayəndəliyinin arayışından görünür ki, İddiaçı 06.11.200-ci ildə vəfat etmiş atası anası X9 öldüyü günədək Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmuş və onunla bir təsərüffatda yaşamışdır. X9 ölümündən sonra İddiaçı həqiqətən hal-hazıradək mərhuma məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişdir İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanladığı 12 dekabr 2024-cü il tarixli, 1273 saylı məktubundan görünür ki, xx.xx.2001 -cı il tarixdə vəfat etmiş X6 adına vərəsəlik işi açılmışdır. İddiaçı vərəsə kimi tanınmışdır. Miras qoyana məxsus ünvan 2i ünvanında yerləşən daşınmaz əmlaka hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum X3 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi ev inşa edilmiş və iddiaçı bacı qardaşları ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı 1983-cü ildə X2 ilə ailə qurmuş, hazırda Şəmkir rayonunda yaşayır. İddiaçının anası X9 xx.xx.2001-ci ildə ölmüşdür. İddiaçı anasından qalan əmlakları qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Beyləqan rayon Notariat Ofisində iddiaçı anasının vərəsəsi kimi tanınmışdır. İddiaçının anasına məxsus 1 Şahsevən kəndində yerləşən daşınmaz əmlaka hüquq müəyyən edici sənəd verilməsi üçün Notariat Kontorundan DƏDRX nin 6 saylı Ərazi idarəsinə 12 dekabr 2024-cü il tarixli 1273 nömrəli məktub göndərilmişdir. DƏDRX nin 6 saylı Ərazi idarəsi evə baxış keçirib ölçü işlərinin aparılması üçün evə gedərkən qapı bağlı olmuş və onlar ölçü işləri apara bilməmişlər. Cavabdeh qapını bağlayaraq ölçü işlərinin aparılmasına imkan verməmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrumetmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmədə müəyyən edildi ki, iddiaçı anasından miras qalmış fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə uyğun sənədləşmə işləri aparmaq üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına manaçilik törətdiyinə görə müvafiq sənədləşmə işləri apara bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum X3 məxsus Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və ölçü işlərinin aparılması üçün yaradılan maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum X3 məxsus Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və ölçü işlərinin aparılması üçün yaradılan maneə aradan qaldırılsın. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar