Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-286/2025 23.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qənbər qızına qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş və Reyestr nömrəsi **********54- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-xx.xx.2018 olan Çıxarışla mülkiyyətimizə verilmiş, ünvan 1 ünvanında yerləşən 0.0599 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 236.2 kv.m olan yaşayış evindən hər birinin İddiaçı1 payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən və Dadaşova (Cavadzadə) Nərmin Anar qızının payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən ibarət olan əmlakların naturada ayrılması tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə Cavabdeh Qənbər qızına qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş və Reyestr nömrəsi **********54- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-xx.xx.2018 olan Çıxarışla mülkiyyətimizə verilmiş, ünvan 1 ünvanında yerləşən 0.0599 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 236.2 kv.m olan yaşayış evindən hər birininİddiaçı1 payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən və Dadaşova (Cavadzadə) Nərmin Anar qızının payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən ibarət olan əmlakların naturada ayrılması tələbinə dair iddia qaldırmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və Beyləqan rayon vəkil bürosunun vəkili Nümayəndə1 iddia tələbini onula əsaslandırmışdır ki, Beyləqan rayon məhkəməsinin 15 aprel 2019-cu il tarixli iş N- 2(020)-61/2019-saylı qətnaməsinə əsasən iddiaçılara- İddiaçı1 qızna və Dadaşova (Cavadzadə) Nərmin Anar qızına mərhum ata babası X1 ölümündən sonra onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 236.2 kv.m olan yaşayış evindən hər birinin payına daşınmaz əmlakın 1/12 hissəsi və 0.001664 ha torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçı Dadaşova (Cavadzadə) Nərmin Anar qızının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən və Reyestr nömrəsi **********54-10301 olan Fərdi yaşayış evinin Texniki pasportu tərtib olunmuş və Reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi-xx.xx.2018 olan Reyestrdən Çıxarış yazılmışdır. Hazırda iddiaçılar- İddiaçı1 və Dadaşova (Cavadzadə) X3 rayon məhkəməsinin 15 aprel 2019-cu il tarixli iş N2(020)- 61/2019saylı qətnaməsinə əsasən onlara verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 236. kv.metr olan yaşayış evindən hər birinin, o cümlədən də İddiaçı1 payın düşən 0.001664 ha torpaq sahəsi və yaşayış evinin 1/12 hissəsindən və Dadaşova (Cavadzadə) Nərmi Anar qızının payına düşən 0.001664 ha torpaq sahəsi və yaşayış evinin 1/12 hissəsindən istifadə edə bilmirlər. Belə ki, əmlakları naturada bölünməmişdir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş və Reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixixx.xx.2018 olan Çıxarışla mülkiyyətlərinə verilmiş ünvan 1 ünvanında yerləşən 0.0599 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 236.2 kv.metr olan yaşayış evindən hər birinin-İddiaçı1 payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən və Dadaşova (Cavadzadə) Nərmin Anar qızının payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən ibarət olan əmlakların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə1məhkəməyə ərizə göndərərk işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Qənbər qızı və onun vəkalətli nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə Cavabdeh Qənbər qızının nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsinə əsasən iddiaçıların paylar müəyyən olunmuşdur. O, iddiaçılara paylarınından istifadə etmək üçün hər hansı bir maneə yaratmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin və onun vakalətli nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli iş N-2(020)-61/2019-saylı qətnaməsinə əsasən İddiaçı1 qızna və Dadaşova (Cavadzadə) Nərmin Anar qızına mərhum ata babası X1 ölümündən sonra onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 236.2 kv.m olan yaşayış evindən hər birinin payına daşınmaz əmlakın 1/12 hissəsi və 0.001664 ha torpaq sahəsi verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən və Reyestr nömrəsi **********54- 10301 olan Fərdi yaşayış evinin Texniki pasportu və Reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi-xx.xx.2018 olan Reyestrdən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 236.2 kv.m olan yaşayış evindən X2 0.001664 ha torpaq sahəsi, yaşayış evi 1/12 hissə, İddiaçı1 0.001664 ha torpaq sahəsi, yaşayış evi 1/12 hissə pay arılmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti əsasında məhkəmənin 17.03. 2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti -texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və Dadaşova (Cavadzadə) Nərmin Anar qızının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən və Reyestr nömrəsi **********54- 10301 olan Fərdi yaşayış evinin Texniki pasportu tərtib olunmuş və Reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2018 olan Reyestrdən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 236.2 kv.metr olan yaşayış evindən iddiaçıların hər birinə düşən 1/12 hissə payın (236.20:2=19.68x2=39.36 kv.m) və 0.0599 ha həyətyanı torpaq sahəsinin iddiaçıların hər birinə düşən 0.001664 ha payın naturada ayrılması mümkündür. Ümumi sahəsi 236.2 kv.m olan yaşayış evinin 1/12 hissəsi İddiaçı1 və Dadaşzadə (Cavadzadə) Nərmin Anar qızının hər birinə ayrı-ayrılıqda 19.68 kv.m olmaqla cəmi: 39.36 kv.m olmaqla tərəflərin ümumi razılığı əsasında texniki pasportda qeyd olunan 3-24.0 kv.m olan hissə və 1-48.8 kv.m-dən isə 15.36 kv.m hissə naturada müəyyən edilə bilər. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7122 saylı xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi-xx.xx.2018 olan reyestrdən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 236.2 kv metr olan yaşayış evinin ayrı-ayrı tikililərinin plan üzrə yerləşməsini, yaşayış evi üzrə İddiaçı1 və Dadaşova(Cavadzadə) Nərmin Anar qızının payına uyğun yaşayış və yardımçı otaqların olmadığını, 0.0599 ha torpaq sahəsinin 1/12 hissə payına uyğun vəziyyətdə sərhəd hasarları ilə təcrid olunmuş ayrı torpaq sahələri olmaqla və həmin torpaq sahələrinin küçəyə ayrı-ayrılıqda giriş-çıxış yollarının verilməsinin texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq, ümumi sahəsi 236.2 kv.metr olan yaşayış evindən iddiaçıların hər birinə düşən 1/12 hissə payın və 0.0599 ha torpaq sahəsinin iddiaçıların hər birinə düşən 0.001664 ha payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülkiyyətçi qanunvericilikdə və ya başqa şəkildə, o cümədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istiadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçıların tələb etdikləri evdən və torpaq sahəsindən paylarının naturada ayrılması mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qənbər qızına qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş və Reyestr nömrəsi **********54- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-xx.xx.2018 olan Çıxarışla mülkiyyətimizə verilmiş, ünvan 1 ünvanında yerləşən 0.0599 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 236.2 kv.m olan yaşayış evindən hər birinin İddiaçı1 payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən və Dadaşova (Cavadzadə) Nərmin Anar qızının payına düşən 0.001664 ha torpaq sahəsinin və yaşayış evinin 1/12 hissəsindən ibarət olan əmlakların naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ekspertiza xərci- İddiaçı1 və İddiaçı2 müştərək qaydada 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İddiaçılar tərəfindən mütəxəssis rəyi alınması üçün ödənilən 170 (yüz yetmiş) manat özlərinə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-286/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-286/2025
23.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver