Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-290/2024 08.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi mərhum X* vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bibisi *9 mart *999-cu il tarixdə ölmüş X* növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, mərhum atasının bacısı *9 mart *999-cu il tarixdə ölmüş X6 ölənə kimi onunla bir yerdə yaşamış və bir ailənin üzvü olmuşlar. X6 *9 mart *999-cu il tarixdə vəfat etmişdir. X6 onun atasının bacısıdır, atası isə ölmüşdür. Bibisi Güllünü ölənə qədər özü saxlamış və yas mərasimini də özü vermişdir. Hazırda mərhumun mülkiyyətində torpağı və digər əmlakları adına keçirəmək istəyir. Onun heç bir kimsəsi olmamış və övladı da olmamışdır. Ancaq mərhum X* verilən torpaq sahəsini adına sənədləşdirə bilmir. Dövlət aktı ilə olan torpaq sahəsi bibisi X* mülkiyyətindədir. Problemin məhkəmədən kənar həlli mümkün deyildir. Vərəsə kimi tanınmasını məhkəmə qaydasından başqa cür əldə edə bilmir. O, uzun illərdir mirası qəbul etmişdir. Bibisinin növbəli vərəsəsidir. Mirasın qəbul edilməsinin tanınması vərəsəlik açılması və digər sənədlərin alınması üçün lazımdır. Mərhumun ondan başqa vərəsəsi yoxdur. Odur ki, mərhum bibisi *9 mart *999-cu il tarixdə ölmüş X* növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərmədiyinə görə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş ərizəçinin qohumları X2 və X*0 Ərizəçila qohum olduqlarını, mərhum X* ərizəçinin bibisi olduğunu, ölən günədək ərizəçinin yannda qalmasını və mərhumun yas mərasimini ərizəçinin verdiyini təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X6 *9.03.*99-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın Kəbirli kənd icra nümayəndəliyinin 27 dekabr 2023-cü il tarixli *084 saylı arayışından görünür ki, Beyləqan rayonu Kəbirli kəndi ərazisində yerləşən ümumi sahəsi *,09 ha olan JN *66, KOD 607070*8 nömrəli torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında adı qeyd olunan *9.03.*999-cu ildə vəfat etmiş X* övladı və varisi yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın Kəbirli kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 638 saylı arayışından görünür ki, *9.03.*999-cu ildə vəfat etmiş X6 Ərizəçi ailə üzvü olmaqla ölən günədək Ərizəçi yanında yaşamışdır. İş materiallarına əlavə edilmiş JN *66, KOD 607070*8 nömrəli torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 08 dekabr *997-ci il tarixli 39 nömrəli qərarına əsasən X7 və ailə üzvü olan X3 mülkiyyətinə *.09 ha pay torpaq sahəsi verilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Ərizəçi mərhum X4 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X8 öldüyü günədək Ərizəçi öz evində himayə edərək saxlamış, onun bütün qayğıları ilə şəxsən məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında mərhum bibisinin növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi bibisi vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi həmin evdən və torpaq sahəsindən istifadə edir. Bu hal onu göstərir ki, Ərizəçi yeganə vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *9.03.*999-cu ildə ölmüş bibisi X5 məxsus miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-290/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-290/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver