Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-352/2023 06.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı kənd təsərrüfatlı torpaq sahəsindən çıxarılma və torpağın ona təhvil verilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh JN:142 saylı, kod 60703028 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 2.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.70 ha hissəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını almaq üçün verdiyi pulun hazırki bazar dəyərinin, yəni 4.800 (dörd min səkkiz yüz) manatın, 1.500 (bir min beş yüz) manat torpağa çəkilən xərcin və 83 manat manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə etdi izahatında göstərdi ki, ona və ailə üzvlərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN: 142 saylı, kod 60703028 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətinə 2.43 ha pay torpaq sahəsi verilmişdir. Hazırda onun mülkiyyətindədir və həmin sənəd heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir.Torpaq onun tam xüsusi mülkiyyətindədir. O, Cavabdeh 2017-ci ildə 900 manat borc pul götürmüş, pulun 400 manatını qaytarmış qalan 500 manatı isə maddi imkanı olmadğından qaytara bilməmişdir. Cavabdehin sələmə pul verməsini bütün rayon adamları bilir. Cavabdehə olan borcunu ödəyə bilmədiyindən cavabdeh ondan torpaq sahəsini 1500 manata ona satmasını təklif etmişdir. Lakin o, razılaşmamışdır. Cavabdehə 500 manat borcunu ödəyə bilmədiyindən torpaq sahəsini müvəqqəti olaraq istifadə etmək üçün ona vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh torpağın 0.70 ha hissəsindən çıxmaq istəmir. Dəfələrlə tələb etsədə cavabdeh torpağını ona təhvil verməyərək oradan gəlir əldə edir. Ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edərək oradan istifadə etməyə imkan verilmir. Buna görə də, o, Cavabdeh JN: 142 saylı, kod 60703028 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 2.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.70 ha hissəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəm iclasına gəlməmişdir. ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Beyləqan rayonun Orta Əlinəzərli kəndində qeydiyyata olmanmqla yaşayır. 15 may 2017-ci il tarixində həmkəndlisi İddiaçı və oğlu X4 yaşadığı evə gələrək, özlərinə məxsus olan Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin ərazisində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə verilmiş 2,43 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını birdəfəlik satmaq istədiklərini bildirmişlər. Həmin torpağı birdəfəlik İddiaçı və oğlu X4 ilə qarşılıqlı razılaşma əsasında 2.500 (iki min beş yüz) manata almışdır. Torpağı alarkən İddiaçı öz xətti ilə qəbz yazaraq ona və oğlu X2 məxsus olan 0,65 ha torpaq sahəsini birdəfəlik ona verdiklərini qeyd etmişdir. İddiaçı Ah qızı və onun oğlu X1 həmin torpağı onun adına rəsmiləşdirilməsini tələb etdikdə onlar vacib pul lazım olduğunu bildirmiş və növbəti günlərdə torpağı rəsmiləşdirəcəklərinə söz vermişlər. X4 2022-ci ilin dekabr ayında ona satdıqları torpaq sahəsini sənədləşdirmək üçün anası İddiaçı etibarnamə vermişdir. Həmin etibarnamə ona verməklə cavabdeh və oğlu onunla birlikdə Daşınmaz Əmlakın 6 saylı Beyləqan Ərazi İdarəsinə gələrək 41 manat dövlət rüsumu onun tərəfindən Ödəmək şərti ilə “Daşınmaz əmlakın təsvirinə, dövlət qeyddiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülyünə)” dair dövlət reyestrindən arayış almışdır. Bundan sonra torpağa alqı satqı etmək üçün notariat kontoruna gedərkən qeyd olunan torpağa dair dövlət aktında adı qeyd olunan X3 öldüyü üçün torpağı sənədləşdirmək üçün vərəsəlik açılması lazım olduğu üçün sənədləşmə işində ləngimə olmuş və həmin vaxt torpağın alqı satqısı üçün sənədləşməsi baş tutmamışdır. Lakin sonradan müəyyən olunmuşdur ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə 2,43 ha. kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin dövlət aktında adları göstərilən şəxslərlə cavabdeh arasında münasibət olmadığından İddiaçı və oğlu X1 0,65 ha, torpağın sənədləşməsində dövlət aktında olan digər şəxslərin iştirakı qeyri mümkündür. O, dəfələrlə İddiaçı və oğlu X1 aldığı 0,65 ha torpağın sənədləşməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. O, həmin torpaq sahəsini alarkən torpaq sahəsinin nahamar olması səbəbindən torpaq sahəsini plantaj və planrovka etdirərək yararlı vəziyyətə gətirmiş və bundan sonra isə torpaq sahəsinə aqrotexniki qaydada qulluq etməklə üzvü və qeyri üzvü gübrələr verməklə torpağı yararlı vəziyyətə gətirmişdir. Həmin torpağı yararlı vəziyyətə gətirmək üçün 1.500 (bir min beş yüz) manat xərc çəkmişdir. İddiaçı 2017-ci ildə torpaq sahəsini alarkən ona 2.500 (iki min beş yüz) manat pul vermişdir. 2017-ci il tarixdən hazırkı 2023-cü il tarixinə kimi bazar iqtisadiyyatının bütün sferalarında satış indeksinin yuxarı həddə çatması, yəni infilyasiya İlə əlaqədar olaraq onun cavabdehə verdiyi 2.500 manat pul xeyli miqdarda dəyərdən düşmüşdür. 2017-ci ildə 1 ha torpaq sahəsinin qiyməti 4.500 (dörd min beş yüz) manat olmaqla o, 0,65 ha torpaq sahəsinə 2.500 (iki min beş yüz) manat pul vermişdir. Hal-hazırda 1 ha torpaq sahəsinin qiyməti 8.000 manatdır. O, cavabdehdən torpağı birdəfəlik razılaşma yolu ilə almışdır. Hazırda torpağı İddiaçı qaytarmağa razıdır o halda ki, həmin torpağı alarkən ona verdiyi 2.500 (iki min beş yüz) manat pulu hazır ki torpağın bazar satış qiyməti ilə 4.800 (dörd min səkkiz yüz) manat, torpağa çəkdiyi xərcə görə 1500 manat pul olmaqla qaytarmalıdır. Ona görə də qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdİr. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməsə də məhkəməyə iddia ərizəsinin məzmunuma uyğun ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasına dair məhkəməyə ərizəgöndərdiyindən mящкямя ъавабдещin иштиракы олмадан ишя бахмаьы мцмкцн щесаб едир. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan JN: 142 saylı, kod 60703028 nömrəli Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,43 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsatəti əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli, 10/6880 saylı rəyindən görünür ki, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Əlinəzərli kəndində yerləşən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-142 saylı, kod 60703028 olan “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə mülkiyyətinə verilmiş 2.43 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün araşdırma aparan zaman müəyyən olundu ki, iddiaçı və cavabdeh arasında olan torpaq mübahisəli iddia olunan 0.70 ha torpaq sahəsinin yerləşdiyi ərazidə mövcuddur. Ona görə də İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 2.43 ha torpaq sahəsinin iddia olunan 0.70 ha hissəsinin yerləşdiyi mübahisəli ərazidə tədqiqat aparılmış və qeyd olunan 0.70 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailə üzvləriin mülkiyyətində olan Beyləqan rayonu Əlinəzərli kəndində yerləşən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-142 saylı, kod 60703028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə mülkiyyətinə verilmiş-2^34Ta torpaq sahəsinin mübahisəli ərazidə yerləşən, iddia olunan 0.70 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, JN: 142 saylı, kod 60703028 nömrəli Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 142 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,43 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailə üzvləriin mülkiyyətində olan Beyləqan rayonu Əlinəzərli kəndində yerləşən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-142 saylı, kod 60703028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə mülkiyyətinə verilmiş-2.43 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən, iddia olunan 0.70 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli İlk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı Beyləqan rayonunun Əlinəzərli kəndində yerləşən JN42 saylı KOD 60703028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi ona təhvil verilməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Аvropa Коnvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Аzərbaycan Respublikası Тоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə тоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Аzərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İlk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia rəizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını almaq üçün 25000 (köhnə redakjsiya ilə) pul verdiyini və torpaq sahəsini yararlı hala salmaq üçün 1.500 manat xərc çəkdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzdə İddiaçı pay torpağını verdiyini göstərsə də, bunun müqabilində İddiaçı nə qədər pul verildiyi qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı ilk iddia üzrə İddiaçı izahatında göstərdiyi arqumentlər daha əsaslıdır və sübut növü kimi qəbul edilməlidir. Belə ki, İddiaçı Cavabdeh borc pul aldığını və həmin pulun 500 manatını qaytarmağa maddi imkanı olmadığına görə torpaq sahəsinin bir hissəsini müvəqqəti istifadə üçün Cavabdeh verdiyini göstərmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzdə də hər hansı pul məbləğindən söhbət getmədiyinə görə məhkəmə ilk iddi üzrə İddiaçınən həmin izahatını əsaslı hesab edir. Tərəflər arasında torpaq alqı-satqısı ilə bağlı pul verilməsi o zaman sübut olunardı ki, təqdim olunmuş həmin qəbzdə bu barədə qeyd olunmuş olardı. Digər tərəfdən Cavabdeh həmin torpaq sahəsinə xərc çəkməsi ilə bağlı işdə heç bir sübut yoxdur. Cavabdeh torpağa xərc çəksə belə öz istifadəsi məqsədi ilə etmiş və İddiaçı bu barədə ona hər hansı bir tapşırıq verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və sübuta yetmədiyindən təmin edilə bilməz. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə əlavə edilmiş şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, X5 şəhid ailəsidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən ilk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdehdan dövlət rüsumuna görə 100 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı Beyləqan rayonunun Əlinəzərli kəndində yerləşən JN42 saylı KOD 60703028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi ona təhvil verilsin. İlk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,65 hektarını almaq üçün verdiyi pulun hazırki bazar dəyərinin, yəni 4.800 (dörd min səkkiz yüz) manatın və 1.500 (bir min beş yüz) manat torpağa çəkilən xərcin alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. İlk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh dövlət rüsumu kimi ödədiyi 83 (səksən üç) manat özünə aid edilsin. İlk iddia üzrə cavabdeh qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh dövlət rüsumuna görə 100 (yüz) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərcinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-352/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-352/2023
06.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver