Məhkəmə qərarları › İş №2(020)-404/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-404/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-404/2024 13.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ogluna qarşı yaşayış hüququnun verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşaqlarının 2012-ci ildə gəlin köçdüyü Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Cavabdeh1 məxsus 3 otaqlı evə köçürülməyi, yaşayış evində yaşayış hüququnun verilməsi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə iddiaçı iddianın baxılmamış saxlanılması xahiş etmiş, cavabdehlər isə mahiyyəti üzrə işə baxılmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ogluna qarşı yaşayış hüququnun verilməsi tələbinə dair iddia ərizəsi qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar