Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-44/2025 08.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayonun Tatalılar Bələdiyyəsi və Beyləqan rayonun Eyvazalılar Bələdiyyəsi cəlb edilməklə) qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus və mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Tatalılar kəndində doğulmuşdur və orada pay torpaq sahəsi almışdır. Torpağının qonşuluğunda olan boş yararsız sahəni də Beyləqan rayon Tatalılar Bələdiyyəsinə 2004-cü ildə müraciət edərək və pulunu ödəyərək almışdır. Bundan sonra həmin yerə sənəd almaq üçün müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində 16 dekabr 2004-cü il tarixdə , JN: 0616 saylı, kod 60700088 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətinə 0.65 ha pay torpaq sahəsini mülkiyyətinə keçirmişdir. Bu günə kimi də həmin dövlət aktı ləğv edilməmişdir. Həmin 0.65 ha torpaq sahəsini əkinə yararlı hala salmaq üçün planirovka edərək,arxlar çəkərək gübrələr verərək və digər işlər aparmışdır. Xeyli pul xərcləyərək torpağı tam yaralı vəziyyətə gətirmişdir. Oktyabr 2023-cü ilə kimi həmin torpaqdan istifadə etmişdir. Lakin sonradan kimlərinsə təhriki ilə Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsinə yerləşdirilmişdir. Əvvələrdə onun yerini digər şəxslər zəbt etmiş və o, onları məhkəməyə verərək yerindən çıxarmışdır və həmin yeri əkib becərmişdir. (Məhkəmə qətnaməsini əlavə edir). Məhkəmə qətnaməsi üzrə alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2008-ci il tarixli rəyindən görünür ki, həmin ərazi Tatalılar kəndinə aiddir və torpaq ona məxsusdur. Hazırda onun mülkiyyətindədir və həmin sənəd heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Torpaq onun tam xüsusi mülkiyyətindədir. Lakin həmin torpağı cavabdeh tutmuşdur. Dəfələrlə tələb etsə də boşaldıb ona vermir. Hər dəfə bir bəhanə gətirir. Ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək oradan istifadə etməyə imkan verilmir. Cavabdeh qeyri-qanuni olaraq mülkiyyətində olan torpağa sahiblənmişdir və istifadə etməyə imkan vermir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayonun Tatalılar Bələdiyyəsi və Beyləqan rayonun Eyvazalılar Bələdiyyəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-0616 KOD ********* №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 28 iyul 2004-cü il tarixli 06 saylı qərarı əsasında 0.65 ha torpaq sahəsi Beyləqan rayonu, Tatalılar kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-95/2008 saylı 08 sentyabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3 və X1 “Torpağa mülkiyyət hüququna dair” JN 616 KOD 60700088 saylı, 16 dekabr 2004-cü il tarixli Dövlət aktı əsasında onun mülkiyyətinə verilmiş 0.65 ha torpaq çıxarılması tələbinə dair mülki iş üzrə cavabdehlər X3 və X4 İddiaçı adına 16 dekabr 2004-cü il tarixli, JN 616 KOD 60700088 saylı Dövlət aktı ilə verilmiş 0.65 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2025-ci il tarixli, 10/5128 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı istifadəsinə ayrılmış Beyləqan rayonu Tatalılar bələdiyyəsinin hüdudları daxilində yerləşən JN:616 №-li (KOD ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri Tatalılar və Eyvazalılar kəndlərində "Torpaq islahatı" işləri aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planları, Tatalılar və Eyvazalılar bələdiyyələrinə aid yerquruluşu planlarından istifadə edilməklə müəyyən edilmişdir. İddiaçı istifadəsinə ayrılmış Beyləqan rayonu Tatalılar bələdiyyəsinin hüdudları daxilində yerləşən JN:616 №-li (KOD ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən bütünlüklə əkin sahəsi kimi istifadə olunur. Mübahisəli torpaq sahəsi X2 Uçotu İnformasiya sistemində Eyvazalılar bələdiyyəsinin ərazisi kimi qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Beyləqan rayonu Tatalılar kənd 0,65 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasını və həmin torpağın ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu Tatalılar kəndində yerləşən 0,65 ha torpaq sahəsi JN:616 №-li (KOD ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, iddiaçının mülkiyyətindədir. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə isə müəyyən edilmişdir ki, 0,65 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı isə Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququnun olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin ekspert rəyinə əsasən, həmin torpaq sahəsinin hal-hazırda Eyvazalılar Bələdiyyəsinin ərazisi kimi qeyd edilmiş olsa da, bu hal iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilməz və Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi sonuncunın mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh JN:616 №-li (KOD ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı təhvil verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlildir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh JN:616 №-li (KOD ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qaytarılsın İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-44/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-44/2025
08.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver