Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-440/2025 06.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı4 və İddiaçı5 nümayəndəsi) və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Beyləqan rayonunun 1 Aşıqlı kəndində yerləşən, kod-u 60700058, JN-291B olan Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, çadırdan tikilmiş qanunsuz tikilinin, daşdan olan hasarın, bünövrənin sökülməsi, müxtəlif növ təsərrüfat tullantılarının tökülməsinin qadağan edilməsi və həyətyanı torpaq sahəsindən istifadəyə olan maneəçiliklərin - müdaxilənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində yerləşən, kod-u 60700058, JN-291B olan Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, çadırdan tikilmiş qanunsuz tikilinin, daşdan olan hasarın, bünövrənin sökülməsi, müxtəlif növ təsərrüfat tullantılarının tökülməsinin qadağan edilməsi və həyətyanı torpaq sahəsindən istifadəyə olan maneəçiliklərin - müdaxilənin aradan qaldırılması tələbinə dair Beyləqan rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 42 saylı qərarına əsasən onlara İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı5 və Əliyeva (Rəhimova) Ramidə Saleh qızına fərdi yaşayış evi və həyətyanı sahə kimi 0.17 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə kod-u 60700058, JN-291 B olan Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə verilmişdir. Kodu 60700058, JN-291 B olan Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş torpaq sahəsinin bir tərəfində cavabdeh - Cavabdeh1 məxsus olan həyətyanı torpaq sahəsi, digər tərəfində isə Cavabdeh2 məxsus olan həyətyanı torpaq sahəsi yerləşir. Buna baxmayaraq, Cavabdeh2 məxsus olan torpaq sahəsində yaşayan Cavabdeh1 onların mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahələri ilə ümumi istifadədə olan yol arasındakı qorunma zolağınında 7 metr uzunluğunda çadırdan tikili tikmiş, 5 metr uzunluğunda olan hissəsində isə betondan bünövrə tökmüş, qalan hissənin isə hamısında öz şəxsi təsərrüfatlarına məxsus olan tullantıları tökməklə həyətyanı torpaq sahələrinə gedən gediş-gəliş yolunu tamamilə bağlamışdır. Belə həyətyanı sahələrinin yola çıxan hissəsində 7 metr uzunluğunda çadırdan tikili tikməklə, həm çadırın tikildiyi ərazidə daxil olmaqla 12 metr uzunluğunda həm daşdan hasar kimi tikinti aparmış, həm də bünövrə tökmüş, yola çıxan digər hissənin isə qarşısına bütün növ tullantıları tökməklə həyətyanı torpaq sahələrindən istifadə etməkdən məhrum olmuşdular. Bu da nəticədə onlar mülkiyyətçilərin qanunla mülkiyyətilərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahələrindən istifadə etməklərinə maneəçilk törətməkdə davam edir. Cavabdehlərin bu cür hərəkətləri həm də ekologiya üçün çox təhlükəlidir. Cavabdehlərin bu hərəkətləri barədə Beyləqan rayonu 1-ci Aşıqlı bələdiyyəsinə də müraciət olunmuş və bələdiyyə tərəfindən cavabdehlərə xəbərdarlıq olunmuşdur ki, öz təsərrüfatlarının tullantılarını götürərək öz torpaq sahələrinin aşağısında zəbt etdikləri kanalın qorunma zolağına tökmələri tələb olunmuşdur. Bu barədə ekologiyaya da müraciətlər olunmuşdur. Cavabdehlər bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmamış və öz qanunsuz hərəktlərini bu gün də davam etdirməkdədirlər. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məhkəməyə ərizələr göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində yerləşən, kod-u 60700058, JN-291B olan Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə əsasında onlar verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, çadırdan tikilmiş qanunsuz tikilinin, daşdan olan hasarın, bünövrənin sökülməsi, müxtəlif növ təsərrüfat tullantılarının tökülməsinin qadağan edilməsi və həyətyanı torpaq sahəsindən istifadəyə olan maneəçiliklərin-müdaxilənin aradan qaldırılması tələbinə dair iddiaya baxılması 06 yanvar 2026-cı il tarixinə saat 10:35-ə təyin olunmuşdur. Onlar iddianı müdafiə edirlər. Buna görə də onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı1 iddiası reallıqdan kənardır. Onun həyətinə giriş həmişə var və hətta o həyətin iki böyük girişi var. Onun heç bir maneçiliyi yoxdur. Səhhətinin zəif olduğundan istifadə edərək yaşayışına mane olur. Nəinki, onunla hətta 6 (altı) qonşu ilə problem yaşayır. Onun iddia etdiyi çadırdan tikdiyi müvəqqəti heyvan yeri su-kanal idarəsinə aid boş ərazidə yerləşir. 3 (üç) metr endən ibarət olan bu heyvan yeri onun həyətindən kənardır və həyətinə girməsi üçün 26 (iyirmi altı) metr ərazi tam boşdur. İddiaçı5 15 ildir ki, bu həyətdə görmür. İllərdir ki, Bakı şəhəri, Binəqədi rayoni, Mir Cəlal küçəsində yaşayır və həyətin ona idiyyatı yoxdur. Yazdıqlarını qonşuların iştirakı ilə yerində yoxlanılmasını xahiş edir və bu yazdıqlarını sübut etməyə hazırdır. Onu bir qazi kimi yaşamağa icazə vermir. Onun rahat yaşayışının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda İddiaçı4 və İddiaçı5 nümayəndəsi) və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-291 KOD 60700058 №-li Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 04 fevral 1997-ci il tarixli 72 saylı qərarı əsasında 0,17 ha torpaq sahəsi Beyləqan rayonu, 1-ci Aşıqlı kənd sakini İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 mülkiyyətinə verilmişdir. Beyləqan rayon 1-ci Aşıqlı Bələdiyyəsinin 46 saylı 19 noyabr 2024-cü il tarixli Arayışından görünür ki, Beyləqan rayon Birinci Aşıqlı kənd sakini İddiaçı1 xüsusi mülkiyyətində JN 291B nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə 0,17 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı sahənin bir tərəfində dren kanal yerləşir. Dren kanala həyətyanı torpaq sahəsi arasında kanalın qorunma sahəsi yerləşir. Onun sağ və sol qonşuluğunda olan həyətyanı torpaq sahələri Cavabdeh2 və Cavabdeh1 məxsusdur. Həmin həyətyanı torpaq sahələri sahibləri kanala öz sahələri arasındakı qorunma sahələrini həyətyani sahələrinə daxil edərək istifadə edirlər. Lakin İddiaçı1 öz həyətyanı sahəsi ilə kanal arasındakı ərazini öz torpaq sahəsinə qataraq hasarlamamışdır. Lakin həmin ərazi onun həyətyanı torpaq sahəsinə bitişik olduğundan onun nəzarətində olmalıdır. Başqa qonşuların həmin ərazini istifadə etməsi qeyri qanunidir. Buna baxmayaraq, qonşular İddiaçı1 həyətyanı torpaq sahəsinə bitişik olan kanalın qorunma sahəsində öz şəxsi təsərrüfatları üçün istifadə edir şəxsi təsərrüfatlarındakı mal-qaranın tullantısını tökürlər ki, bu da ümumi yaşayış qaydalarına ziddir. Birinci Aşıqlı bələdiyyəsi tərəfindən hər iki qonşuya xəbərdarlıq edilmiş, onlara öz təsərrüfatlarının tullantılarını götürərək öz torpaq sahələrinin aşağısında zəbt etdikləri kanalın qorunma sahəsinə tökmələri tələb edilmişdir. Lakin həmin şəxslər tələbi icra etməmişlər. Bu da qonşular arasında narazılığa səbəb olmuşdur. Bildirirlər ki, kanal boyu kanalın qorunma sahəsi hər bir həyətyanı torpaq sahəsi sahiblərinin istifadəsində olması məqsədəuyğundur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiki Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 13 noyabr 2025-ci il tarixli, 3-21-3-45/2-7260/2025 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı3ə Zakir qızının və İddiaçı6 Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən, kodu 607 00058,JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. İddiaçı1 və ailə üzvlərinə məxsus 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun ərazisi X1 X2 həmin ərazidən çəkilmiş kollektorun ərazisi (mühafizə zolağı) kimi qeyd edilmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı3ə Zakir qızının və İddiaçı6 Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən, kodu 607 00058, JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Qeyd edilən ərazidə Cavabdeh1 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6 m) ölçüdə tövlə (talvar) mövcuddur və həmin ərazidən İddiaçı1 məxsus həyətyanı torpaq sahəsinə gediş-gəlişə maneə yaradır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların mülkiyyətində olan Beyləqan rayonu 1-ci Aşıqlı kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması, qanunsuz tikilinin sökülməsi və maneələrin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu 1-ci Aşıqlı kəndində yerləşən 0.17 ha torpaq sahəsi iddiaçılarının xüsusi mülkiyyətindədir. İş üzrə alınmış mütəxəssis rəyi ilə isə müəyyən edilmişdir ki, Beyləqan rayonu İ Aşıqlı kəndində yerləşən, kodu 607 00058, JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Qeyd edilən ərazidə Cavabdeh1 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6 m) ölçüdə tövlə (talvar) mövcuddur və həmin ərazidən İddiaçı1 və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gediş-gəlişə maneə yaradır. Göründüyü kimi, Cavabdeh1 tərəfindən iddiaçılarının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsində taxtadan inşa edilmiş tövlə sonuncuların öz mülkiyyətlərindən istifadə hüquqlarını əsassız şəkildə pozur. Məhkəmə iddiaçının digər Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsi faktı müəyyən edilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə də Cavabdeh2 iddiaçıların mübahisəli torpaq sahəsinə istifadə etməsinə maneəçilik törətməsi öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, İ Aşıqlı kəndində yerləşən 0.17 ha torpaq sahəsinə gediş-gəliş yolu açılaraq, Cavabdeh1 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6m) ölçüdə tövlə (talvar) öz hesabına sökülməli və Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə müxtəlif növ təsərrüfat tullantılarının tökülməsi qadağan edilməklə, həyətyanı torpaq sahəsindən istifadəyə maneəçilik və müdaxilə aradan qaldırılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edildiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınıb İddiaçı1 verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, İ Aşıqlı kəndində yerləşən 0.17 ha torpaq sahəsinə gediş-gəliş yolu açılaraq, Cavabdeh1 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6m) ölçüdə tövlə (talvar) öz hesabına sökülsün və Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə müxtəlif növ təsərrüfat tullantılarının tökülməsi qadağan edilməklə, həyətyanı torpaq sahəsindən istifadəyə maneəçilik və müdaxilə aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(020)-440/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-440/2025
06.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver