Məhkəmə qərarları › İş №2(020)-449/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-449/2025

18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-449/2025 18.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum X4 ilə eyni anadan doğulmaqla ögey bacı-qardaş dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək onun mərhum X4 ilə eyni anadan doğulmaqla bacı-qardaş dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum anadan bir ögey bacısı X4 1936-cı ildə Jdanov rayonunda doğulmuş, 19 noyabr 2**7-ci ildə isə ölmüşdür. Bacısı Növrəstənin adına torpaq sahəsi vardır. X1 heç bir yaxın qohumu olmadığı üçün- torpağı öz adına sənədləşdirmək istəyir. Həmin torpaq sahəsi baxısına verildiyi vaxtdan torpaqdan o, istifadə etmişdir. Lakin həmin torpağı sənədləşdirmək üçün qohumluq münasibətləri müəyyən olunmalıdır. Bacısının ondan yaxın qohumu yoxdur və olanlar rəhmətə getmişdir. Qohumluq münasibətində olmalarının müəyyən edilməsini məhkəmə qaydasından başqa cür əldə edə bilmir. Çünki onun və bacısının doğum haqqında şəhadətnaməsində anasının ata adı səhv göstərilmişdir. O, bacısının ikinci növbə vərəsəsidir, bacısının başqa vərəsəsi yoxdur. Heç bir şəxslə mübahisə və anlaşılmamazlıq yoxdur. Maraqlı şəxs ona qohumluq faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsüyyə olunmuşdur. Odur ki, onun mərhum X4 ilə eyni anadan doğulmaqla bacı-qardaş dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair JN4** KOD6*7***98 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarı ilə X1 mülkiyyətinə *,5* ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 19.11.2**7-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in İİ Şahsevən kənd İƏD üzrə nümayəndəliyinin *3.12.2*24-cü il tarixli 454 saylı arayışından görünür ki, Ərizəçi 19.11.2**7-ci ildə vəfat etmiş bacısı X4 öldüyü günədək Beyləqan rayonu İkinci Şahsevən kəndində qeydiyyatda olmuş və onunla bir təsərrüfatda yaşamışdır. X1 ölümündən sonra qardaşı Ərizəçi həqiqətən hal-hazıradək mərhuma məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişdir. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in İİ Şahsevən kənd İƏD üzrə nümayəndəliyinin 11.12.2*24-cü il tarixli 47* saylı arayışından görünür ki, Ərizəçi həqiqətən də Beyləqan rayonu İkinci Şahsevən kəndində daimi pasport qeydiyyatındadır və yaşayır. Ərizəçi *3.12.2**7-ci ildə rəhmətə getmiş mərhumə X4 adlı bacısı olmuşdur. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in İİ Şahsevən kənd İƏD üzrə nümayəndəliyinin 19.*4.2*25-ci il tarixli 12* saylı arayışından görünür ki, Ərizəçi və mərhum bacısı X1 mərhum analarının adı və ata adı kənd ağsaqqallarının da təsdiqləməyinə görə Sərfi Təftiş qızıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, *1 iyul 1936-cı ildə anadan olan X1 ana qrafasında anası X3 qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1945-ci ildə anadan olan Ərizəçi ana qrafasında anası X2 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edilmişdir ki, X1 və Ərizəçi anaları Sərfi adlı eyni şəxs olmuşdur. Hər iki şəxsin doğum haqqında şəhadətnamədə anaları Sərfi göstərildiyindən ərizəçi mərhum Növrəstə Rüstəmovanın adına olan faktiki miras kimi qəbul etdiyi torpaq sahəsini adına sənədləşdirə bilməmiş, ona görə də məhkəməyə müraciət etmişdir. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*8-311ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi mərhum X4 ilə eyni anadan doğulmaqla bacı-qardaş dərəcəsində qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 3*7-311-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 19.11.2**7-ci ildə ölmüş mərhum X4 ilə eyni anadan doğulmaqla bacı-qardaş dərəcəsində qohum olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən stifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar