Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-46/2023 31.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və X4 vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdehlər X16 və Cavabdeh2 qarşı 0,50 ha torpaq sahəsindən çıxarma, qanunsuz salınmış körpünün sökülməsi və ziyan tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X16 və Cavabdeh2 mülkiyyətlərində olan 0,50 ha pay torpaq sahəsindən çıxarılmaları, qanunsuz salınmış körpünün sökülməsi, torpağın onun istifadəsinə verilməklə onun mülkiyyətində olan torpaq sahəsində olan toxumluq yonca sahəsini biçdirməklə vurulmuş 1800 manat ziyanın, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilən 185 manatın və rüsum kimi ödənilmiş 40 manatın müştərək qaydada cavabdehlər X16 və Cavabdeh2 alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2 və X4 etibarnamə ilə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarla iddiaçılar olan övladlarının hər birinə 1 ha, cəmi 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Orada əkinçiliklə məşğul olmaqla ailəsini dolandırırlar. Torpaq sahəsində yonca əkib biçib satırlar. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsi cavabdehlər tərəfindən zəbt edilərək mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdehlərdən dəfələrlə torpaqdan çıxmalarını tələb etsələr də, onlar çıxmaq istəmirlər və torpaq sahəsini zəbt etməkdə davam edirlər. Bundan əlavə cavabdehlərin iddiaçıların 3 ha yonca sahəsini mal-qaraya otazdırıb və biçdirməklə məhv edib ziyan vurması ilə əlaqədar 1800 manat ziyan tələb etmişlər. Sonradan müəyyən etmişlər ki, həmin ziyanı onlara cavabdehlərdən X17 vurmuşdur. Belə ki, Elton Bəşirzadə öz mal qarasını onların yonca sahəsinə salıb otarmaqla yoncanı məhv etmiş və müəyyən hissəsini biçdirmişdir. Mütəxəssis tərəfindən dəymiş ziyanla bağlı rəy verilmişdir. Ona görə də, cavabdehlər X16 və Cavabdeh2 iddiaçıların mülkiyyətlərində olan 0,50 ha pay torpaq sahəsindən çıxarılmaları, torpağın onun istifadəsinə verilməklə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində olan toxumluq yonca sahəsini biçdirməklə vurulmuş 1800 manat ziyanın, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilən 185 manatın və rüsum kimi ödənilmiş 40 manatın Cavabdeh2 alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X16 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsi **********81 olan çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsi **********80 olan çıxarışa əsasən İddiaçı2 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsi **********82 olan çıxarışa əsasən ƏliX4 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Beyləqan rayonun Kəbirli kəndində yerləşən 1,83 ha kənd təsərrüfatlı torpaq sahəsi **********62 olan çıxarışa əsasən Cavabdeh2un mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X15 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Beyləqan rayonun Kəbirli kəndində yerləşən 4,99 ha kənd təsərrüfatlı torpaq sahəsi **********6 olan çıxarışa əsasən X7 mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 24 avqust 2018-ci il tarixli şəxsi mülkiyyətində olan torpaq sahəsinin müddəti icarəyə verilməsinə dair müqavilədən görünür ki, X1 rayonun Kəbirli kəndində yerləşən 1,85 ha torpaq sahəsini yeddi il müddətinə X12 icarəyə verilmişdir. İş üzrə iddiaçıların etibarnamə ilə nümayəndəsi Nümayəndə vəsatəti əsasında məhkəmənin 16 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/3878 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********81 olan çıxarışa əsasən, İddiaçı1 xüsusi mülkiyyətində olan 1.0 ha, reyestr nömrəsi **********80 olan çıxarışa əsasən, İddiaçı2 xüsusi mülkiyyətində olan 1.0 ha və reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahələrinin sərhədləri (cəmi:3.0 ha) müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən ancaq Beyləqan rayon Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, ƏliX4 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsi istifadə olunur. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi X13 xüsusi mülkiyyətində olan 1.85 ha (JN 323) torpaq sahəsi cavabdeh X18 tərəfindən icarə qaydası ilə istifadə olunur. İddiaçı1 reyestr nömrəsi **********81 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 1.0 ha və İddiaçı2 reyestr nömrəsi **********80 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh2 və Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə qonşuluqları olmadığına görə onlar tərəfindən istifadə olunması müəyyən olunmadı. Cavabdehlər X16 və Cavabdeh2 tərəfindən biçilmiş yonca sahəsinə dəymiş ziyanın məbləği müəyyən edilməsi səlahiyyətimizə aid olmadığı üçün rəy vermək mümkün olmamışdır. Beyləqan rayonu Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri, Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan çıxarışa əsasən, X7 xüsusi mülkiyyətində olan 4.99 ha və reyestr nömrəsi **********62 olan çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan 1.83 ha torpaq sahələri İddiaçı1, İddiaçı2 və ƏliX4 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 tərəfindən Beyləqan rayon Kəbirli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, ƏliX4 xüsusi mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsi istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri , Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan çıxarışa əsasən, X7 xüsusi mülkiyyətində olan 4.99 ha və reyestr nömrəsi **********62 olan çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan 1.83 ha torpaq sahələri İddiaçı1, İddiaçı2 və ƏliX4 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, ƏliX4 xüsusi mülkiyyətində olan Beyləqan rayon Kəbirli kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsindən çıxarılmalıdır. Məhkəmədə cavabdeh X7 iddiaçılara məxsus torpaq sahələrini zəbt etməsi öz təsdiqini tapmamışdır. Ona görə də iddia həmin hissədə ona qarşı əsassız olduğundan rədd edilməlidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bir şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş üzrə alınmış "xxxx"MMC-nin rəyindən görünür ki, Beyləqan rayonunun Kəbirli kəndi ərazisində yerləşən cəmi 3 ha cavan, orta sıxlıqda üç illik yonca sahəsinin 2022-ci ilin mart-aprel aylarında digər şəxs tərəfindən mal-qara ilə otarılması səbəbindən istifadə edə bilmədiyinə görə əldən çıxması ehtimal olunan orta xalis mənfəətin bazar qiyməti ilə dəyəri 1800,00 (bir min səkkiz yüz) manat təşkil edir. İddiaçılar iddia ərizəsində cavabdehlərdən 1800 manat ziyan tələb etsə də və mütəxəssis rəyi ilə ziyanın məbləği 1800 manat müəyyən edilsə də, həmin məbləğdə ziyanın dəyməsini əsaslı hesab etmir. Çünki mütəxəssis rəyi ilə həmin ziyan əldə olunmuş mənfəətlə hesablanmaqla müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği 1000 manat müəyyən edilməlidir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçılara həmin ziyan cavabdehlərdən Cavabdeh2 tərəfindən vurulmuşdur. Cavabdeh X16 tərəfindən ziyanın vurulması sübuta yetməmişdir. Həmin halı iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında etiraf etmişdir. Ona görə də vurulmuş ziyanla bağlı Cavabdeh2 1000 manat pul alınıb iddiaçılara verilməli, iddia həmin hissədə də cavabdeh X10 qarşı rədd edilməlidir. Bundan əlavə iddiaçıların iddia ərizəsində qanunsuz tikilmiş körpünün sökülməsi göstərilsə də, iş materiallarında bununla bağlı kifayət qədər subutlar müəyyən edilməmişdir. Həmçinin ekspertizanın rəyində də həmin sahədə körpü olması öz təsdiqini tapmamışdır. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan Beyləqan rayon Kəbirli kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsindən çıxarılmalı, Cavabdeh2 toxumluq yonca sahəsinə vurduğu ziyana görə 1000 manat, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMCyə ödənilən 100 manat və rüsum kimi ödənilmiş 25 manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 verilməlidir. İddia cavabdeh X10 qarşı hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 manatı Cavabdeh2, 25 manat isə iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Həmçinin mütəxəssis rəyinin dəyirini təşkil edən və iddiaçılar tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilən 95 (doxsan beş) manat məbləğində pulun 50 manatı Cavabdeh2 alınıb iddiaçılara verilməli, qalan 45 manat isə iddiaçıların özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan çıxarışa əsasən, X4 xüsusi mülkiyyətində olan Beyləqan rayon Kəbirli kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.17 ha hissəsindən çıxarılsın. Cavabdeh2 toxumluq yonca sahəsinə vurduğu ziyana görə 1000 (min) manat, ziyanın müəyyən edilməsi üçün Paritet-M MMC-yə ödənilən 100 (yüz) manat və rüsumu kimi ödənilmiş 25 (iyirmi beş) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı Cavabdeh2, 25 (iyirmi beş) manat isə iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutusun. Mütəxəssis rəyinin dəyirini təşkil edən və iddiaçılar tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilən 95 (doxsan beş) manat məbləğində pulun 50 (əlli) manatı Cavabdeh2 alınıb iddiaçılara verilsin, qalan 45 (qırx beş) manat isə iddiaçıların özlərinə aid edilsin. Dövlər rüsumu kimi ödənilmiş on beş (on beş) manat məbləğində pul iddiaçıların özlərinə aid edilsin. İddia cavabdeh X10 qarşı və digər hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. kim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-46/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-46/2023
31.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver