Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-48/2025 30.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nın sədri X13, Cavabdehlər- X31, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10,Cavabdeh6, X59, Cavabdeh1 və Cavabdeh11 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs- Beyləqan rayon Türklər Bələdiyyəsinin sədri X14 iştirakları ilə, İddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nin cavabdehlər X31, Cavabdeh7, Cavabdeh8,Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, X74, X8, Cavabdeh10, Cavabdeh6, X1, X59, X4, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2, X60, X61 və X62 qarşı 30 ha torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC mülkiyyətinə, sahibliyinə və daimi istifadəsinə verilmiş 30 ha torpaq sahəsindən cavabdehlər X31, Cavabdeh7, Cavabdeh8,Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, X74, X8, Cavabdeh10, Cavabdeh6, X1, X59, X4, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2, X60, X22 çıxarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır Məhkəmə iclasında iddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nin sədri X47 iddia tələbini əsaslandıraraq göstərdi ki, 05 sentyabr 1995-ci il tarixdə Beyləqan rayon "xxxx" kəndli (fermer) təsərrüfatının 15 nəfər üzvdən ibarət təsis yığıncağı keçirilmiş, həmin yığıncaqda "xxxx" kəndli fermer təsərrüfatı yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Həmin yığıncağın qərarına əsasən - o, "xxxx" kəndli fermer təsərrüfatının sədri seçilmişdir. Beyləqan rayon X45 27 sentyabr 1995-ci il tarixli 36 saylı qərarına əsasən Beyləqan rayonu 4 nömrəli Pambıqçılıq Sovxozun ərazisindən 30 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün "xxxx" kəndli( fetmer) təsərrüfatına verilmişdir.Bu barədə Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair V N-004524 saylı Dövlət Aktı tərtib olunmuşdur. Bu dövlət Aktı əsasında "xxxx" kəndli( fermer) təsərrüfatına verilmiş toıpaq sahəsinin çizgisi çəkilərək, naturada sərhədləri müəyyən olunmuşdur. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B N-004524 saylı Dövlət Aktının birinci nüsxəsi təsərrüfatın sədri kimi ona verilmiş, ikinci nüsxəsi isə Beyləqan rayon Torpaq şöbəsində saxlanılır. Bu torpaq sahəsi Dövlət aktları kitabında 77 sayda qeydiyyatdan keçirilmişdir. Həmçinin 2001-ci ildən başlayaraq aralarında məhkəmə mübahisələri də olmuşdur. Belə ki, Beyləqan rayon məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi ilə onun Beyləqan rayon Şərq Bələdiyyəsinə qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında 04 yanvar 2001-ci il tarixli 2 saylı müqaviləsinin ləğv edilməsi və X32 Şərq Bələdiyyəsinə məxsus 30 ha torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin bu iş üzrə olan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 27 mart 2002-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin bu iş üzrə olan 16 oktyabr 2001-ci il tarixli qətnaməsi iddianın mübahisəli torpaq sahəsinin "xxxx" kəndli(fermer) təsərrüfatının pay torpağı kimi ayrılmasına dair hissədə ləğv edilərək, yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 03 iyun 2002-ci il tarixli qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin bu iş üzrə olan 22 may 2001-ci il tarixli qətnaməsi dəyişdirilmiş, onun "xxxx" fermer təsərrüfatının üzvlərinə pay torpağı ayrılmasına dair hissədə baxılmamış, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 02 oktyabr 2002-ci il tarixli qərarı ilə Apellyasiya məhkəməsinin bu iş üzrə olan 03 iyun 2002-ci il tarixli qətnaməsinin onun iddiasının "xxxx" KFT-nın təsərrüfatının üzvlərinə pay torpağının ayrılmasına dair hissəsinin baxılmamış saxlanılması barədə göstərişi ləğv edilmiş, iş üzrə həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 yanvar 2003-cü il tarixli qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, onun "xxxx" KFT-nın üzvlərinə pay torpağı verilməsinə dair hissədə iddia tələbi təmin edilmişdir. Həmin qətnaməyə əsasən Beyləqan rayon “Şərq” kənd bələdiyyəsinin ehtiyat fondundakı 1995-1997-cı illərdə "xxxx" fermer təsərrüfatının istifadəsində oaln 30 ha torpaq sahəsindən həmin ərazidə hər bir şəxsə düşən torpaq payına uyğun olaraq ailə üzvləri daxil olmaqla X3, X33, X34,X63, X15, X48, X23, X24, X5, X25, X35, X9, X26 və ona torpaq payı vermək vəzifəsi B.Hüseynov adına X107 Komissiyasına, Beyləqan rayon Aqrar İslahat komissiyasına həvalə edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh F.S.Quliyev Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 yanvar 2003-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayəti Apellyasiya Məhkəməsinin işin halların tam və hərtərəfli araşdınlmaması və iddianın həllinə düzgün qiymət verməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 29 may 2003-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın bu iş üzrə olan 09 yanvar 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qətnaməsi Beyləqan İcra və Probasiya şöbəsi tərəfindən icra edilmiş, torpaq sahəsi aktla onlara təhvil verilmişdir. "xxxx" kəndli (fermer) təsərrüfatı 21 iyul 2006-cı il tarixində "xxxx" kəndli (fermer) təsərrüfatı məhdud məsuliyyətli cəmiyyət kimi N-0606-B4- 404 nömrə ilə qeydiyyata alınmış və X103 Qeydiyyatı Haqqında şəhadətnamə verilmişdir. "xxxx" kəndli (fermer) təsərrüfatı qeydiyyata alındığı 21 iyul 2006-cı il tarixindən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində Dövlət Reyestrindən Çıxarış alınmışdır. Həmin tarixdən də Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamə əldə olunmuşdur. Hüquqi ünvanı Beyləqan rayonu Əlinəzərli kəndidir."xxxx" kəndli (fermer) təsərrüfatı məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsi qeydiyyata alındığı 21 iyul 2006-cı il tarixindən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı 06**-BN-*** nömrə ilə İmişli bölgə şöbəsi tərəfindən təsdiq edilmişdir. Onlar ailə üzvləri və yaxın qohumlar olduqlarına görə həmin torpaq sahəsindən birgə istifadə etmək qərarına gəlmiş və 2020-ci ilə qədər həmin torpaq sahəsində birgə əkin işləri ilə məşğul olmuşlar. Buna baxmayaraq cavabdehlər xeyli vaxtdır ki, "xxxx" kəndli( fermer) təsərrüfatına verilmiş 30 ha torpaq sahəsindən istifadə edilməsinə imkan vermirlər, qanunsuz və əsassız olaraq 30 ha torpaq sahəsindən istədikləri kimi istifadə edirlər. Cavabdehlər həmin torpaq sahəsinin örüş sahəsi olduğunu göstərmələrinə baxmayaraq faktiki olaraq həmin sahədən əkin kimi istifadə edirlər. Həmçinin həmin məsələyə məhkəmələr tərəfindən qiymət verilmiş və əkin sahəsi kimi "xxxx" kəndli( fermer) təsərrüfatı üzvlərinə pay torpağı sahəsi kimi verilməsi müvafiq orqanlara həvalə edilmişdir. 30 ha torpaq sahəsinin boşaldılması üçün edilən təkliflərin heç bir nəticəsi olmamışdır. Bütün bunlara baxmayaraq cavabdehlər "xxxx" kəndli (fermer) təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 30 ha torpaq sahəsindən çıxmaq istəmirlər. Ona görə də, "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nın mülkiyyətinə, sahibliyinə və daimi istifadəsinə verilmiş 30 ha torpaq sahəsindən cavabdehlər X31, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, X74, X8, Cavabdeh10, Cavabdeh6, X1, X59, X4, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2, X60, X22 çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh X31 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi kənd bələbiyyəsinə məxsus olmaqla örüş otlaq sahəsidir. Sozügedən ərazidə onun torpaq sahəsi yoxdur. Malik Quliyevin göstərdiklər səhvdir. Kəndli fermer təsərrüfatları ləğv edilmiş və oradan adambaşına pay torpaq kimi 1,01 ha torpaq verilmişdir. Lakin sənədin kötüyü yoxdur. İddiaçının göstərdiyi adamlar kənddə yaşamamışlar. İddiaçının həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən heç bir sənədi yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh7 iddianı qəbul etmədi və göstərdi ki, sözügedən torpaq sahəsi Şərq qəsəbəsinin örüş otlaq sahəsi olmaqla kənd bələbiyyəsinə məxsusdur. Həmin torpaq əkin sahəsi deyildir. Hazırda sözügedən torpaq sahəsi örüş sahəsi kimi istifadə olunmuş, onlara məcburi qydada həmin yerdə pambıq bitkisi əkdirmişlər. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh8 iddianı qəbul etmədi və göstərdi iddia əsassızdır və iddia ilə razı deyildir. Belə ki, sözügedən torpaq sahəsi örüş otlaq sahəsi olmaqla kənd bələbiyyəsinə məxsusdur. İddiaçının adlarını qeyd etdiyi şəxslər Şərq kəndində yaşamamışlar. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və göstərdi ki, mübahisəli torpaq sahəsi Şərq bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi örüş otlaq sahəsidir. İddiaçının həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən heç bir sənədi yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh9 iddianı qəbul etmədi və göstərdi ki, sözügedən ərazidə 43 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi örüş otlaq sahəsi olmaqla kənd bələbiyyəsinə məxsusdur. İddiaçının iddiası əsassız olduğundan, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh10 iddianı qəbul etmədi və göstərdi ki, iddia ilə razı deyildir. Həmin torpaq sahəsi örüş otlaq sahəsidir. O, həmin yerdən istifadə edir. Yeri götürərkən orada yonca bitkisi əkilmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh6 iddianı qəbul etmədi və göstərdi ki, iddia əsassızdır. Həmin ərazidən ona 0,60 torpaq sahəsi sahəsi verilmişdir. Hazırda da, həmin torpaqdan istifadə edir. Həmin ərazi örüş otlaq sahəsidir və orada heç nə bitmir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh X59 iddianı qəbul etmədi və göstərdi ki, o, sözügedən torpaq sahəsini zəbt etməmişdir. Torpaq örüş otlaq sahəsidir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh11 iddianı qəbul etmədi və göstərdi ki, iddiaçının ona qarşı qaldırdığı iddia əsassızdır ona görə də rədd edilməlidir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilən Beyləqan rayon Türklər bələdiyyəsinin sədri X49 göstərdi ki, Türklər bələdiyyəsi hazırda 3 kəndi, yəni Şərq, SarıSu və Türklər kəndini əhatə edir. Hazırda sözügedən mübahisəli torpaq sahəsi örüş otlaq sahəsidir. Əvvəllər həmin ərazidə əkin əkilmiş, bu ildən isə həmin yerdə heç nə əkilməyəcəkdir. İddia ilə razı deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh5, X74, X8, X4, Cavabdeh4, Cavabdeh2, X60, X61 və cavabdeh qismində cəlb olunmuş X62 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərəvvəlki məhkəmə iclasında iştirak etmiş, iddianı qəbul etmədiklərini bildrmiş və iddianın rədd eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh5, Cavabdeh1, X74, X8, X4, Cavabdeh4, Cavabdeh2, X60, X61 və X75 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 sentyabr 1995-ci il tarixli 01 saylı protokoldan görünür ki, Beyləqan rayon "xxxx" kəndli (fermer) təsərrüfatının 15 nəfər üzvdən ibarət təsis yığıncağı keçirilmiş, həmin yığıncaqda "xxxx" kəndli fermer təsərrüfatı yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Həmin yığıncağın qərarına əsasən X47 "xxxx" kəndli fermer təsərrüfatının sədri seçilmişdir. İş materiallarına əlavə edilmiş nizamnamədən görünür ki, "xxxx" kəndli (fermer) təsərrüfatı 21 iyul 2006-cı il tarixində "xxxx" kəndli (fermer) təsərrüfatı məhdud məsuliyyətli cəmiyyət kimi N-0606-B4-404 nömrə ilə qeydiyyata alınmış və X103 Qeydiyyatı Haqqına şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş X103 qeydiyyatına alınması barədə 0606-B4-404 nömrəli Şəhadətnamədən görünür ki, "xxxx" kəndli (fermer) təsərrüfatı MMC 21 iyul 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin HŞDQ üzrə İmişli bölgə şöbəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Vergi ödəycisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, "xxxx" kəndli (fermer) təsərrüfatı MMC Vergö ödəyicisi kimi uşota alınmışdır. (VÖEN**********) İş materiallarına əlavə edilmiş 009906 saylı şəhadətnamədən görünür ki, "xxxx" kəndli (fermer) təsərrüfatı xx.xx.1995-ci ildə 36 saylı qeydiyyat nömrəsi ilə Statistika Komitəsi tərəfindən Dövlət Reyestrinə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” V N- 004524 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayon X45 27 sentyabr 1995-ci il tarixli 36 saylı qərarına əsasən Beyləqan rayonu 4 nömrəli Pambıqçılıq Sovxozun ərazisindən 30 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün "xxxx" kəndli( fetmer) təsərrüfatına verilmişdir. Dövlət Aktı əsasında "xxxx" kəndli( fermer) təsərrüfatına verilmiş torpaq sahəsinin çizgisi çəkilərək, naturada sərhədləri müəyyən olunmuş və torpaq sahəsi Dövlət aktları kitabında 77 sayda qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliası Ali Məhkəməsinin 6K-774 saylı 29 may 2003-cü il tarixli qərarından görünür ki, Beyləqan rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi ilə iddiaçı X13 eavabdehlər Beyləqan rayön Şərqi bəlediyyəsmə qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında 04 yanvar 2001-ci il tarixli 2 saylı müqaviləsinin ləğv edilməsi və X32 Şərq bələdiyyəsinə məxsus 30 hektar torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Apellyaşiya Məhkəməsinin 16 oktyabr 2001-ci il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin bu iş üzrə olan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİUMK-ma 27 mart 2002-ci il tarixli qərarı ilə Apelİyasiya Məhkəməsinin bu iş üzrə olan 16 oktyabr 2001-ci il tarixli qətnaməsi iddianın mübahisəli torpaq sahəsinin "xxxx" kəndli fermer təsərrüfatının pay torpağı kimi ayrılmasına dair hissədə ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyaşiya Məhkəməsinin 03 iyun 2002-ci il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi dəyişdirilmiş, M.İ.Quliyevin "xxxx" kəndli fermer təsərrüfatının üzvlərinə pay torpağı ayrılmasına dair hissəsində baxılmamış, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nm 02 oktyabr 2002ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 03 iyun 2002-ci il tarixli qətnaməsinin M.İ.Quliyevin iddiasının "xxxx" KFT-nın təsərrüüfatının üzvlərinə pay torpağı ayrılmasına dair hissəsinin baxılmamış saxlanılması barədə göstərişi ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytanlmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 09 yanvar 2003-cü il tarixli qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin 22 may 2001-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, M.İ.Quliyevin "xxxx" KFTnın üzvlərinə pay torpağı verilməsinə dair hissədə iddiai tələbi təmin edilmişdir. Qətnaməyə əsasən Beyləqan rayon «Şərq» kənd bələdiyyəsinin ehtiyat fondundakı 1995-1997-ci illərdə "xxxx" fermer təsərrüfatının istifadəsində olan 30 hektar torpaq sahəsindən həmin ərazidə hər bir şəxsə düşən torpaq payına yğun olaraq ailə üzvləri daxil olmaqla X3, X33, X34, X63, X15, X48, X23, X24, X5, X25, X35, X9, X27 və X28 torpaq payı vermək vəzifəsi B.Hüseynov adına X107 Komissiyasına, Beyləqan rayon Aqrar İslahat Komissiyasına həvalə edilmiş, qətnamənin qalan hissələri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh F.S.Quliyev Apelyasiya Məhkəməsinin 09 yanvar 2003-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsinin MİÜKM-nın bu iş üzrə olan 09 yanvar 2003-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nın sədri X13 vəsatətinə əsasən Beyləqan rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1081, 03 aprel 2025-ci il tarixli ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nin mülkiyyətində olan Beyləqan rayonu Şərq qəsəbəsində yerləşən B №004524 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı ilə verilmiş 30.0 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı B №004524 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktı ilə "xxxx" kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 30.0 ha torpaq sahəsinin yerquruluşu planının ölçü göstəricilərində istinad nöqtələri mövcud olmadığı üçün "Dalğa” kəndli (fermer) təsərrüfatının sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də ekspertiza aparılan zamanı "xxxx" kəndli (fermer) təsərrüfatının MMC- nin rəhbəri X47 tərəfindən iddia olunan torpaq sahəsinin ərazisi müəyyən edilməklə sərhədləri daxilində ölçmə işləri aparılmışdır. "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B №004524 saylı Dövlət aktı ilə "Dalğa” kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 30.0 ha torpaq sahəsinin yerquruluşu planının ölçü göstəricilərində istinad nöqtələri mövcud olmadığı üçün sərhədləri müəyyən edilmədiyinə görə cavabdehlər X31, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, X74, X8, Cavabdeh10, Cavabdeh6, X1, X59, X10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2, X60, X61 tərəfindən istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Ancaq, ekspertiza aparılan zamanı "xxxx" kəndli (fermer) təsərrüfatının MMC-nin rəhbəri X47 tərəfindən iddia olunan torpaq sahəsinin ərazisində ölçmə işləri aparılarkən qərardadda adları qeyd olunan cavabdehlər Cavabdeh8-1.70 ha, Cavabdeh9- 4.68 ha, X76- 4.13 ha, X64-1.00 ha, X8- 2.15 ha tərəfindən əkin sahəsi kimi istifadə olunması müəyyən olunmuşdur. X30 tərəfindən də 2.03 ha torpaq sahəsi əkin sahəsi kimi istifadə olunur. İddia olunan 30.0 ha torpaq sahəsinin 0.16 ha hissəsi örüş, 13.08 ha hissəsi isə əkin sahəsidir. Ancaq, ölçü işləri aparılan zamanı həmin torpaq sahələri üzərindən kənd təsərrüfatı bitkiləri olmadığına görə digər cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır."Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" B №.004524 saylı Dövlət aktı ilə "Dalğa "kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 30.0 ha torpaq sahəsinin yerquruluşu planının ölçü göstəricilərində istinad nöqtələri mövcud olmadığı üçün sərhədləri müəyyən edilmədiyinə görə və cavabdehlər X31, Cavabdeh7 Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, X74, X8, Cavabdeh10, Cavabdeh6, X1, X59, X10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2, X60, X61 torpağa mülkiyyət, istifadə və icarə hüququna dair sənəd təqdim etmədikləri üçün onların istifadələrində torpaq sahəsi ilə üst-üstə düşüb- düşməsini müəyyən etmək mümkün olmamışdır. Ancaq, ekspertiza aparılan zamanı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nin rəhbəri X47 tərəfindən iddia olunan torpaq sahəsinin ərazisində ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh8- 1.70 ha, Cavabdeh9- 4.68 ha, X74- 4.13 ha, X64-1.00 ha, X11- 2.15 ha tərəfindən əkin sahəsi kimi istifadə olunan ərazilər üst-üstə düşür. Eyni zamanda X75 tərəfindən istifadə olunan 2.03 ha torpaq sahəsi də iddia olunan torpaq sahəsi ilə üst-üstə düşür. Beyləqan rayon Şərq bələdiyyəsi tərəfindən təqdim olunmuş 2018-ci ildə təsdiq edilmiş xəritəyə əsasən, "xxxx" kəndli (fermer) təsərrüfatı MMC tərəfindən iddia olunan 30.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Eyni zamanda keçmiş B.Hüseynov adına təsərrüfatın ərazisində "Torpaq İslahatı" işləri aparılan zamanı Yerli-Aqrar İslahatı və Beyləqan rayon Aqrar-İslahat Komissiyaları tərəfindən təsdiq edilmiş kompleks yerquruluşu planında və X21 Uçotu və İnformasiya Sistemində də mübahisəli ərazi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi kimi qeyd olunuşdur. “Torpaq islahatı haqqında” Qanunun 12-ci maddəsinin 5-ci bəndinin və 14-cü maddəsinin tələblərinə görə həmin Qanunun qüvvəyə mindiyi vaxtadək yaradılmış kəndli fermer təsərrüfatının təsisçiləri əsas iş yeri həmin müəssisə olan şəxslər özəlləşirilənntorpaqdan pay almaq hüququna malik subyektlər hesab edilir və torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin ) xüsusi mülkiyyətinə verilir. Həmin Qanunun 13-cü maddəsində müəyyən edilən pay torpaqlarından artıq hissə bu Qanunun 11ci maddəsinin 3-cü bəndinin tələbinə görə təsərrüfatlararası müəssisəsində payçı təsərrüfatların torpaq paylarına daxil edilir. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 202 saylı arayışından görünür ki, ünvan 2 ünvanda yaşayan X65 və ailə üzvləri X36, X37, X16 Beyləqan rayonu ərazisində mülkiyyətdə torpaq payları yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 203 saylı arayışından görünür ki, ünvan 3 ünvanda yaşayan X47 və ailə üzvləri X69, X38, X2 Beyləqan rayonu ərazisində mülkiyyətdə torpaq payları yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 204 saylı arayışından görünür ki, ünvan 4 ünvanda yaşayan X39 və ailə üzvələri - X50, X29, X40 və X17 Beyləqan rayonu ərazisində mülkiyyətdə torpaq payları yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 205 saylı arayışından görünür ki, ünvan 5 ünvanda yaşayan X51 və ailə üzvələri X18, X66, X67 və X6 Beyləqan rayonu ərazisində mülkiyyətdə torpaq payları yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 206 saylı arayışından görünür ki, ünvan 6 ünvanda yaşayan X41 və ailə üzvü X7 Beyləqan rayonu ərazisində mülkiyyətdə torpaq payları yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 207 saylı arayışından görünür ki, ünvan 6 ünvanda yaşayan X52 və ailə üzvləri X77, X53, X54, X19 Beyləqan rayonu ərazisində mülkiyyətdə torpaq payları yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin 16 may 2001-ci il tarixli 202 saylı arayışından görünür ki, Beyləqan rayonun Şərq qəsəbəsində torpaq islahatı aparılarkən adambaşına düşən orta torpaq norması 1.60 ha olmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" kəndli (fermer) təsərrüfatının istifadəsinə Beyləqan rayonunun Şərq kəndində 30 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, sonradan həmin torpaq sahəsinin “Dalğa" kəndli (fermer) təsərrüfatının üzvlərinə paya torpaq sahəsi kimi verilməsi qərara alınmışdır. Bu barədə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜKM-nın 09 yanvar 2003-cü il tarixli qanuni qüvvəyə minmin qətnaməsi mövcuddur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Torpaq sahəsi iddiaçıya təhvil verildikdən sonra yenidən "xxxx" kəndli (fermer) təsərrüfatı MMC kimi təsis edilmiş və onun üzvləri tərəfinən birgə istifadə edilmişdir. Bundan sonra cavabdehlər həmin torpaq sahəsini zəbt etmiş, ona görə də "xxxx" kəndli (fermer) təsərrüfatı MMC hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin"xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nin istifadəsində 30 ha torpaq sahəsinin olması və həmin torpaq sahəsinin "xxxx" kəndli (fermer) təsərrüfatı üzvlərinə pay torpaq sahəsi kimi verilməsini müvafiq orqanlara həvalə edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu halın mübahisələndirilməsi və yenidən sübut edilməsi qanunun tələbləri baxımından yol verilməzdir. Ona görə də cavabdehlərin həmin torpaq sahəsinə "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-nin heç bir hüququ olmaması və qeyd olunan torpaq sahəsinin örüş sahəsi olmasına dair izahatları əsassızdır. "xxxx" kəndli (fermer) təsərrüfatının üzvləri həmin təsərrüfatın rəhbəri X47 da daxil olmaqla ailə üzvləri və yaxın qohumlar olmuş və onlar həmin torpaq sahəsindən birgə istifadə etmişlər. Ona görə də məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi ilə bağlı subyektiv hüququnun olması qənaətinə gəlir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatı MMC-yə məxsus 30 ha torpaq sahəsinin 1.70 ha hissəsi cavabdehlər Cavabdeh8, 4.68 ha hissəsi Cavabdeh9, 4.13 ha hissəsi X74, 1.00 ha hissəsi X64, 2.15 ha hissəsi X11, 2.03 ha hissəsi X75 tərəfindən istifadə olunması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “ Torpağa mülkiyyət, sahib və istifadə hüququna dair” B4524 saylı Dövlət aktı ilə Beyləqan rayon XDS-nin 27 sentyabr 1995-ci il tarixli 36 saylı qərarına əsasən "xxxx" kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 30 hatorpaq sahəsinin 1.70 ha hissəsindən Cavabdeh8, 4.68 ha hissəsindən Cavabdeh9, 4.13 ha hissəsindən cavabdeh X74, 1,00 ha hissəsindən cavabdeh X61, 2.15 ha hissəsindən cavabdeh X8 və 2.03 ha hissəsindən cavabdeh X75 çıxarılmalıdırlar. iddia qalan hissədə və cavabdehlər X31, Cavabdeh7, Cavabdeh5, Cavabdeh1, Cavabdeh10, Cavabdeh6, X1, X59, X4, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2 və X42 qarşı rədd edilməlidir. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh8, Cavabdeh9, X74, X61, X8 və X43 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. “ Torpağa mülkiyyət, sahib və istifadə hüququna dair” B4524 saylı Dövlət aktı ilə Beyləqan rayon XDS-nin 27 sentyabr 1995-ci il tarixli, 36 saylı qərarına əsasən "xxxx" kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmiş 30 ha torpaq sahəsinin 1.70 ha hissəsindən Cavabdeh8, 4.68 ha hissəsindən Cavabdeh9, 4.13 ha hissəsindən cavabdeh X74, 1.0 ha hissəsindən cavabdeh X61, 2.15 ha hissəsindən cavabdeh X8 və 2.03 ha hissəsindən cavabdeh X75 çıxarılsınlar. İddia qalan hissədə və cavabdehlər X31, Cavabdeh7, Cavabdeh5, Cavabdeh1, Cavabdeh10, Cavabdeh6, X1, X59, X4, Cavabdeh4, Cavabdeh11, Cavabdeh2 və X42 qarşı rədd edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh8, Cavabdeh9, X74, X61, 2 X8 və X43 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-48/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-48/2025
30.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver