Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-510/2024 11.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Kooperativ Cəmiyyətinin (Sovxoz-fəhlə kooperativinin) xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə ayrlmış və xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə çıxarışla dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binasına məxsus 600 kv.metr torpaq sahəsində Cavabdeh tikdiyi tikililər onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddia tələbini əsaslandıraraq göstərdi ki, X3 02 iyun 2017-ci il tarixli 31 saylı qərarı ilə Beyləqan rayon X4 Heyətinin 27 mart 2017-ci il tarixli müraciətinə uyğun olaraq və ləğv edilmiş Sovxoz Fəhlə kooperativinin Beyləqan rayonu Əhmədli kəndində yerləşən ümumi sahəsi 600,0 kv.metr o cümlədən tikinti altı sahəsi 118.8 kv.metr olan mağaza binasının payçı İddiaçı satılmasına dair qərar qəbul edilmişdir. Qərara uyğun olaraq mağazanın dəyərinin əvvəlcədən ödənilməsi nəzərə alındığı qeyd edilmişdir. Həmin sənədlərə uyğun olaraq Beyləqan rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatə İdarəsi tərəfindən 05 noyabr 2001-ci il tarixində qeydiyyat vəsiqəsi və texniki pasport çəkilərək verilmişdir. xx.xx.2017-ci il tarixində həmin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Beyləqan rayonu, Əhmədli kəndində 0,0157 kv. metr torpaq sahəsində 93.9 kv. metr qeyri yaşayış binası üçün ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış və teknıki pasport verilmişdir. 2017-ci ildə iş üzrə Cavabdeh -Səfər oğlu iddiaçının istifadəsində olan 0.06 ha torpaq sahəsini özbaşına zəbt etməsi səbəbindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinə müraciət etmişdir. Xidmət özünün 02 iyul 2017-ci il tarixli məktubu ilə bildirmişdir ki, Beyləqan rayon İstehsal- İstehlak Koopertivinin adına tərtib edilmiş 2001-ci il tarixli texniki pasportda istifadədə göstərilən torpaq sahəsi üzərində Beyləqan rayon Əhmədli Bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində dövlət reyestrində qeydiyyata almmışıdr. Sonradan Beyləqan rayonu Əhmədli Bələdiyyəsi həmin toıpaq sahəsini xx.xx.2017-ci il tarixli 4Ə-98 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında digər şəxsə satmışdır. Beyləqan rayon İstehsal-İstehlak Kooperativinin adına tərtib etdiyi 2001-ci il tarixli texniki pasportda istifadədə göstərilən torpaq sahəsinin təqribən 200 kv.metr Beyləqan rayon Əhmədli bələdiyyəsi tərəfindən satılmış 0,06 ha torpaq sahəsi ilə üst- üstə düşür. Bundan sonra iddiaçı DƏDRX-nə və Beyləqan rayon Əhmədli Bələdiyyəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verilərək Bələdiyyənin 02 noyabr 2016-cı il tarixli qərarının etibarsız hesab edilməsi xahiş etmiş, məhkəmənin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmədə zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17638 saylı 04 noyabr 2019-cu il tarixli rəy verilmiş və həmin rəyində göstərmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Seriya RX № ******* nömrəli reystr nömrəsi **********13 olan Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri uyğunsuzluq təşkil edir. Beyləqan rayon Kooperativ Cəmiyyətinin xx-xx-2002-ci il tarixli 2 nömrəli qərarı ilə və xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının və həmin binaya məxsus təqdim olunmaması səbəbindən mümkün olmamışdır”. Cavadeh Cavabdeh iddiaçıya məxsus, qanuni istifadəsinə verilmiş bu torpaq sahəsində zəbt edərək qanunsuz tukililər tikməklə, ona həmin 600 kv.metr torpaq sahəsini icarəyə götürmək və ya özgəninkiləşdirmək yolu il əmlakı mülkiyyətinə keçirmək hüququndan mərhum etmişdir. Həmin torpaq sahəsini iddiaçı cavabdehdən daha əvvəl əldə etmişdir Odur ki, Beyləqan rayon Kooperativ Cəmiyyətinin xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə ayrlmış və xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə çıxarışla dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binasına məxsus 600 kv.metr torpaq sahəsində Cavabdeh tikdiyi tikililər onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının torpaq sahəsinə heç bir maneçilik törətmir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Onun həmin torpaq sahəsinə dair çıxarışı vardır. Torpaq sahəsini bələdiyyədən almışdır və həmin 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi yoxdur. İddiaçı bundan əvvəl də hazırkı tələblə bağlı məhkəmədə iddia qaldırmışvə onun vəsatəti əsasında ekspertiza təyin edilmişdir. Ekspertizanın rəyi ilə onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçının xahişi ilə məhkəmə onun iddiasının baxılmamış saxlamışdır. Lakin iddiaçı yenə də əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi verilmişdir. iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, X5 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı 2023-cü ildə Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və topraq sahəsində aparılmış tikinti işlərinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən Beyləqan rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(020)137 saylı qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7155 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa Əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Azərittifaqın qərarına görə iddiaçıya məxsus 118.8 kv.m qeyri-yaşayış sahəsinin ölçüləri ilə hal-hazırda mövcud olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa ve 15 aprel, 2017-ci il tarixli reyest nömrəsi **********8-06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0.01157 ha qeyri-yaşayış binasının ölçüləri uyğun gəlmədiyi üçun qeyd edilən 118.8 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazini naturada müəyyən etmək mümkün olmadi. Ona görə də Azərittifaqın qərarına görə iddiaçıya məxsus 118.8 kv.metr qeyri-yaşayış sahəsinin və cavabdehə məxsus 0.06 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28-06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0.01157 ha qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa X1 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı X3 verdiyi 23 avqust 2002-ci il tarixli 30x20 xəritə cizgidə qeyd edilən 118.8 kv.m (11x10.8) ölçüdə qeyri-yaşayış sahəsi naturada mövcud olmadığı, eyni zamanda həmin xəritə cizgidə miqyas və digər istinad nöqtələri mövcud olmadığı üçün qeyd edilən 0.06 ha torpaq sahəsinin naturada müəyyən edilərək ölçülməsi mümkün olmadı. Azərittifaqın qərarına əsasən İddiaçı mülkiyyətində olan 118.8 kv.metr (11x10.8) qeyri-yaşayış binasının və həmin binaya məxsus (2001 -ci il tarixli texniki pasporta əsasən) 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28-06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0,01157 ha qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmiş və İddiaçı istifadəsindədir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa əsasən İddiaçı mülkiyyətinə qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa X1 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş ******* seriyalı çıxarışa və 15 aprel 2017-ci il tarixli reyestr nömrəsi **********28- 06301 olan Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan (hal-hazırda mövcud olan) 0,01157 ha qeyri-yaşayış binasının yerləşdiyi 0.01157 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmiş və İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh mülkiyyətinə 0.06 ha torpaq sahəsi bələdiyyənin qərarı əsasında verilmiş və onun həmin torpaq sahəsinə müəkiyyət hüququ qeydə alınmışdır. İddiaçının özünün də göstərdiyinə görə bununla əlaqədar Beyləqan rayon Əhmədli bələdiyyəsinə və DƏDRX-nə qarşı Şirvan İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmış, bələdiyyənin 02 noyabr 2016-cı il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmiş, lakin onun iddiası təmin edilməmişdir. İddiaçının mülkiyyətində 0,06 ha torpaq sahəsi olması öz təsdiqini tapmamışdır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədən sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-510/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-510/2024
11.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver