Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-535/2024 28.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ BeyləqanRayon Məhkəməsinin Hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı2 və İddiaçı*, Cavabdehl- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı* cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4na qarşı 23 noyabr 20*8-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı* iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 ilə Cavabdeh2 arasında 23 noyabr 20*8-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında däşınmaz əmlakın Dövlət reyestri ilə Cavabdeh2 adına qeydiyyata alınmış *8 yanvar 20*8-ci il tarixli, reyest nömrəsi 6070*30327*3 olan Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı* məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Mürşüd İsmayıl oğlu ilə Cavabdeh2 arasında 23 noyabr 20*8-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestri ilə Cavabdeh2 adına qeydiyyata alınmış *8 yanvar 20*8-ci il tarixli, reyest nömrəsi 6070*30327*3 olan Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel *999-cu il tarixli, 70 nömrəli qərarına əsasən JN 92*, kod 60700068 saylı Dövlət aktı ilə 5.73 ha pay torpaq sahəsi verilmişdir. Dövlət aktının əslini itirmişlər. O, cavabdeh X5 torpaq satmamış, torpaq dövlət tərəfindən pay kimi onlara verilmişdir. Beyləqan rayon məhkəməsinin 07 oktyabr 202* -ci il tarixli, 2(020)-8*2/202* saylı qətnaməsi ilə onların X5 qarşı 02 sentyabr 2000-ci il tarixli torpaq alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Beləliklə əsassız olaraq 8 nəfər şəxsin mülkiyyət hüquqları pozularaq dövlət tərəfindən verilən torpaqlarından məhrum olmuşlar. X7 hazırda ölmüşdür və o, ölməmişdən qabaq bağışlama müqaviləsi ilə həmin torpağı qardaşı Cavabdeh2 adına keçirmişdir. Əslində bu qardaşlar bağışlamanı qəsdən edərək torpağın sahibini yalandan dəyişmişlər. İşi uzatmaq üçün bunu etmişdilər. Beyləqan rayon məhkəməsinin 29 noyabr 202*-ci il tarixli, 2(020)-*264/202* saylı qətnaməsindən apelyasiya şikayəti vermişlər və Beyləqan rayon məhkəməsinin 29 noyabr 202*-ci il tarixli, 2(020)-*264/202* saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və onların xeyrinə yeni qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(*06)- *299/2022 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmiş və Beyləqan rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(*06)-*299/2022 saylı Qətnaməsindən cavabdehlər və vəkili tərəfindən verilən kassasiya şikayəti dolğun və əsaslı olmadığından və qanun onların xeyrinə olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin *6 yanvar 2023-cü il tarixli Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(*06)-*299/2022 saylı Qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilmişdir. X7 öldükdən sonra qardaşı Cavabdeh2 və oğlu Cavabdeh3 torpaq sahəsindən çıxmırlar. Şirvan Apellyasiya Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(*06)-*299/2022 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin *6 yanvar 2023-cü il tarixli Qərarı ilə həmin 5.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olması və onlara verilməsi tam təsdiqini tapmışdır. Dəfələrlə tələb etsələr də cavabdehlər torpağı boşaldıb onlara verməmişlər. Odur ki, X7 ilə Cavabdeh2 arasında 23 noyabr 20*8-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında däşınmaz əmlakın Dövlət reyestri ilə Cavabdeh2 adına qeydiyyata alınmış *8 yanvar 20*8-ci il tarixli, reyest nömrəsi 6070*30327*3 olan Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı* oğlu eyni məzmunlu izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. İddiaçılar İddiaçı* və İddiaçı2 tərəfindən iddia edilən Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 5.74 ha torpaq sahəsi xx.xx.2000-ci il tarixli 3m-26 saylı alqı-satqı müqaviləsi ilə X5 satılmış və X4 adına JN *87 KOD 60700068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Sözügedən Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 5.74 ha torpaq sahəsi 23.**.20*8-ci il tarixli 4Ə- 63* nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X7 tərəfindən Cavabdeh2 bağışlanmış və Cavabdeh2 adına *8.*.20*9-cu il tarixli *7*8008262 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış “Daşınamaz əmlakın dövət reyestri haqqında" Azərbaycan Respublikası Qanuinun 9-*3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında digər şəxslərə satmış və həmin şəxslərə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39-cu və *39-*-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin *40-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.*-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, iddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və Füzuli rayon Dövlət Dövlət Notariat Kontoruna qarşı 23.**.20*8-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Füzuli rayon Dövlət Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Füzuli rayon Dövlət Dövlət Notariat Kontorunun notariusu Fəxrəddin İbadullayev məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərmiş həmin ərizəsində göstərmişdir ki, iddiaçılara və onların ailə üzvülərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel *999-cu il arixli, 70 nömrəli qərarına əsasən JN 92*, kod 60700068 saylı Dövlət aktı ilə 5.73 ta pay torpaq sahəsi verilmişdir. Daha sonra ərizədə ona torpaq satmadıqlarını, torpağın onlara Dövlət tərəfindən pay kimi verildiyini və bu səbəbdən də torpağı özlərinə qaytarılmasını xahiş edirlər, torpağın onlara məxsus olmasını məhkəmə aktları ilə təsdiqini tapdığını və həmin məhkəmə aktları ilə torpağın alqı-satqı müqaviləsi ləğv edilsə də onun, yəni Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsindən çıxmadıqlarını və torpaqdan istifadəyə imkan vermədiklərini qeyd edirlər. Beləliklə əsassız olaraq 8 nəfər şəxsin mülkiyyət hüquqları pozularaq dövlət tərəfindən verilən torpaqlarından məhrum olduqlarını, bununla əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etdiklərini, Beyləqan rayyon məhkəməsinin 07 oktyabr 202*-ci il tarixli, 2(020)-8*2/202* saylı qətnaməsi ilə iddiaçıların cavabdeh X5 qarşı 02 sentyabr 2000-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edildiyini, şikayətləri əsasında Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaları təmin edildiyini göstərmişlər. Mübahisələndirilən torpaq sahəsi iddiaçıların atası X24 02 sentyabr 2000-ci il tarixdə yəni, 24 il əvvəl Beyləqan Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi əsasında qardaşı X*. Həmin alqı-satqı müqaviləsinin əsasında qardaşı X4 adına 5.74 ha torpaq sahəsinə dair 08.**.2000-ci il tarixli Dövlət aktı verilmişdir. Bundan sonra həmin torpaq sahəsini notariat kontorunda Mürşüd Xudaverdiyevlə aralarında olan bağışlama müqaviləsi əsasında adına rəsmiləşdirərək bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq *8.0*.20*9-cu il tarixli Çıxarış verilmişdir. Göründüyü kimi bu müddət ərzində iddiaçılardan heç biri, hazırkı mübahisə ilə bağlı heç bir narazılıq etməmişlər. Baxmayaraq ki, torpağın alqısatqısına dair müqavilədə imza etməsələr belə həqiqətən iddiaçılar pay torpaqlarını qardaşı Mürşüd Xudaverdiyevə satarkən hamısının razılığı olmuşdur. Torpağın alqı-satqısından əldə olunan vəsaitə onlar 60-70 sot ərazisi olan, Kəbirli kəndində yaşayış evi, *24 baş ana qoyun, 4 baş inək almış, bu zaman susmuşlar. 22 il keçən dövr ərzində iddiaçıların 30-35 və bəzilərinin 40 yaşları olmuşdur. Qardaşı Mürşüd torpaq sahəsini xeyir-dua ilə almışdır. İddiaçıların atası əldə olunan vəsaitə toy edib, gəlin göçürmüş, cehiz almışdır. Aldıqları torpaq sahəsi onların pay torpağının yaxınlığında yerləşdiyinə görə o dövrdə faktiki bazar qiymətindən də baha qiymətə almışlar. Faktiki olaraq həmin dövrdə kəndin ayrı-ayrı sahələrindən daha çox torpaq sahəsi ala bilərdilər. Sadəcə olaraq iddiaçıların atası Əli Abbasov torpağın satışından əldə etdikləri pulla problemlərini həll etdikdən sonra yadlarına düşür ki, bəlkə bu yolla torpağı geri qaytarsınlar. Bütün kənd bilir ki, iddiaçılara məxsus pay torpaqlarını iddiaçıların atası X24 qardaşı X*. Həmin vaxtdan yəni, 2000-ci ildən də həmin torpaqlar qardaşı Mürşüdün və onun istifadəsində olmaqla həmin torpaq sahəsində təyinatı üzrə istifadə edərək kənd təssərrüfatı məhsulları əkilmişdir. Beləliklə iddiaçılar əsas arqument kimi 02 sentyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsində imzalarının olmamasını əsas gətirərək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Beyləqan rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Beyləqan rayon məhkəməsinin 07 oktyabr 202*-ci il tarixli, 2(020)-8*2/202* saylı qətnaməsi ilə iddiaçılar X24 və onun ailə üzvüləri olan X8, X27, İddiaçı2, X28, X22, X25, X29 və X*9 JH-92*, kod 60700068 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X24, X8, X27, İddiaçı2, X28, X22, X25, X29 və X** mülkiyyətlərində olan olan 5.735 ha kənd təssərrüfatı mallarını istehsal etmək üçün verilmiş pay torpağının satılmasına dair 02 sentyabr 2000-ci il tarixli müqavilənin və 02 sentyabr 2000-ci il tarixli Torpaq Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.0*.2022-ci il tarixli 2(*06)- *299/2022 saylı qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin qətnaməsi etibarsızlıq faktını tanınması əsası ilə ləğv edilmişdir. Qeyd olunan məhkəmə aktlarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, iddiaçılar etibarsızlıq faktının tanınmasını xahiş etmişlər, bu faktın tanınmasında isə iddia müddəti yoxdur, çünki etibarsız əqd özlüyündə etibarsızdır. Qüvvədə olan qanunveicilikdə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Beyləqan rayon Notariat Kontorunda təsdiq edilmiş 5.735 ha-dan ibarət kənd təsərrüfat təyinatlı pay torpaq sahəsinin satılmasına dair olan 02 sentyabr 2000-ci il tarixli müqavilə və 02 sentyabr 2000-ci il tarixli torpaq alqı-satqı müqaviləsi iddia verilməsindən asılı olmayaraq, özlüyündə etibarsız əqd olduğundan həmin faktın tanınması barədə iddia təmin edilməlidir. Mübahisələndirilən torpaq sahəsi artıq 22 ilə yaxındır ki, iddiaçının mülkiyyətindən çıxmışdır. Hazırda torpaq onun mülkiyyətindədir və uzun müddətdir torpaq sahəsindən öz əmlakı kimi istifadə edir. Onun adına olan reyestr məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Torpaq sahəsinin dəyəri alıcı tərəfindən satıcıya (iddia edənlərdən ataya) tam ödənilmişdir. Bu barədə mübahisə yoxdur. Alqı-satqı zamanı bilavasitə alıcı tərəfindən hər hansı ziyan vurulması müəyyən edilməmişdir. Çünki mülkiyyətçilərə, o, cümlədən yetkinlik yaşına çatmayan şəxslərə çatası vəsait onların valideyninə ödənilmişdir. Qəyyumluq orqanının razılğını almaq da alıcının deyil, satıcının, eləcə də əqdi təsdiq edən notariat ofisinin vəzifəsi olmuşdur. Beləliklə Məhkəmə kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçılar torpaq sahəsinin geri qaytarılmaq üçün müddəti ötürmüş olsa belə, hüquqlarının pozulduğunu, ziyana düşdüklərini iddia etdikləri halda onların həm mülkiyyətçisi olaraq öz atalarına, yaxud müqaviləni təsdiq edən notariat orqanına qarşı ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqları istisna edilmir. Göründüyü kimi hazırkı mübahisə üzrə məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hazırkı tələblə bağlı onlar hətta ziyana düşdükləri ilə bağlı öz atalarına və notariat ofisinə qarşı iddia tələbi irəli sürülə bilər. Əks halda əqdin etibarsızlığı ilə bağlı iddia müddəti ötürülmüşdür. Ona görə də iddiaçılar İddiaçı2 və İddiaçı* cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X6 və Cavabdeh3 və Fizuli Rayon Dövlət Notariat Kontoruna qarşı 23.**.20*8- ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində Cavabdeh2 adına qeydiyyata alınmş 6070*30327*3 sayı çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi əsassız və qanunsuz olması əsası ilə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə hazırkı vəziyyətdə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxs kimi dəvət edilib dindirilən X*2 məhkəmədə verdiyi izahatında göstərdi ki, iddianı qəbul etmir. O, 2022-ci ildə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən 2 hektarını almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 2,0 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaqdan istifadə edir. O, torpağı alarkən torpaq sahəsinin mübahisəli olduğunu bilməmişdir. Torpaq onun xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsini pulla almışdır. İddia ona qarşı əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxs kimi dəvət edilib dindirilən X23 məhkəmədə verdiyi izahatında göstərdi ki, iddianı qəbul etmir. 2022-ci ildə hazırda isifadə etdiyi 3.74 ha torpaq sahəsini Cavabdeh2 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 2,0 ha və *.7349 ha torpaq sahələri onun mülkiyyətinə verilmişdir. Həmin daşınmaz əmlak dövlət reyestrində *34 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində və dövlət reyestrində *56 nömrəli reyestr kitabının *0 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 torpaq sahəsini alarkən torpaq sahəsinin mübahisəli olduğunu bilməmişdir. Əgər torpağın sənədlərində saxtakarlıq olsaydı torpaq sahəsi onun adına sənədləşdirilə bilməzdi. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. İşdə olan JN*787 KOD60700068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X4 mülkiyyətinə Beyləqan rayon 02 saylı Dövlət Notariat Kontorunin xx.xx.2000-ci il tarixli 3m-26 saylı alqı satqı müqaviləsi ilə satılmış 5.74 ha torpaq sahəsi verilmişdir. İşdə olan 23 noyabr 20*8-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan 5.74 ha torpaq sahəsini hədiyyə olaraq Cavabdeh2 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində *8.0*.20*9-cu il tarixli Çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətinə Beyləqan rayonun Dünyamalılar kəndi ərazisindən 5.7349 ha torpaq sahəsi verilmiş, həmin daşınmaz əmlak dövlət reyestrində 80 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Beyləqan rayon məhkəməsinin 07 oktyabr 202*-ci il tarixli, 2(020)-8*2/202* saylı qətnaməsindən görünür ki, X24 və onun ailə üzvüləri olan X8, X27, İddiaçı2, X28, X22, X25, X29 və X*9 JH-92*, kod 60700068 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X24, X9, X27, İddiaçı2, X28, X22, X25, X29 və X** mülkiyyətlərində olan olan 5.735 ha kənd təssərrüfatı mallarını istehsal etmək üçün verilmiş pay torpağının satılmasına dair 02 sentyabr 2000-ci il tarixli müqavilənin və 02 sentyabr 2000-ci il tarixli Torpaq Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.0*.2022-ci il tarixli 2(*06)-*299/2022 saylı qətnaməsi ilə Beyləqan rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X24 *6.*2.2022-ci ildə ölmüşdür. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmiş həqiqi hallarını, habelə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların atası X24 özünə və ailə üzvlərinə məxsus 5.73 ha torpaq sahəsini X*. Alqı-satqı müqaviləsində torpaq sahəsi 5.73 ha göstərilməsinə baxmayaraq sənədə əsasən əslində 5.74 ha olmuşdur. JN*787 KOD60700068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X4 mülkiyyətinə Beyləqan rayon 02 saylı Dövlət Notariat Kontorunun xx.xx.2000-ci il tarixli 3m-26 saylı alqı satqı müqaviləsi ilə satılmış 5.74 ha torpaq sahəsi verilmişdir. 23 noyabr 20*8-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə X7 mülkiyyətində olan 5.74 ha torpaq sahəsini hədiyyə olaraq Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində *8.0*.20*9-cu il tarixli qeydiyyatla Cavabdeh2 mülkiyyətinə Beyləqan rayonun Dünyamalılar kəndi ərazisindən 5.7349 ha torpaq sahəsi verilmiş, həmin daşınmaz əmlak dövlət reyestrində 80 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Cavabdeh2 tərəfindən həmin torpaq sahəsinin 3.74 ha hissəsini X20, 2 ha hissəsini isə X2. Onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Məhkəmədə müəyyən edildi ki, Beyləqan Beyləqan rayon məhkəməsinin 07 oktyabr 202*-ci il tarixli qətnaməsinin Şirvan Apellyasiya Məhkəməsinin 09.0*.2022-ci il tarixli 2(*06)-*299/2022 saylı qətnaməsi ilə ləğv edilməsinə səbəb X24 ilə X7 arasında bağlanmış alq-satqı müqaviləsinin iddiaçıların etibarsızlıq faktının tanınması ilə bağlı olduğuna görə, həmin əqdin özü özlüyündə etibarsız olması və etibarsız əqdlərdə iddia müddətinin olmaması əsas götürülmüşdür. X*7 Məhkəməsinin həmin qətnaməsində göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi həmin iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 22 ilə yaxındır ki, sözügedən torpaq sahəsindən istifadə edir. Onun adına olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Topraq sahəsinin dəyəri alıcı tərəfindən satıcıya (iddia edənlərdən ataya) tam ödənilmişdir. Bu barədə mübahisə yoxdur. Alqı-satqı zamanı bilavasitə alıcı tərəfindən hər- hansı ziyan vurulması müəyyən edilmir. Çünki mülkiyyətçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə çatası vəsait onların valideyninə ödənilmişdir; qəyyumluq orqanının razılığını almaq da alıcının deyil, satıcının, eləcə də əqdi təsdiq edən notariat orqanının vəzifəsi olmuşdur. Həmin iş üzrə iddiaçılar torpaq sahəsini geri qaytarmaq üçün müddəti ötürmüş olsa belə, hüquqlarının pozulduğunu, ziyana düşdüklərini iddia etdikləri halda, onların həm mülkiyyətçi olaraq öz atalarına, yaxud müqaviləni təsdiq edən notariat orqanına qarşı ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüquqları istisna edilmir. X*3 Məhkəməsinin 09.0*.2022-ci il tarixli 2(*06)-*299/2022 saylı qətnaməsi ilə də torpağın geri qaytarılması ilə bağlı müddətin ötürülməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.*-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 202* -ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin həmin Qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.*-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.*-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Məhkəmədə müəyyən edildi ki, X26 və qeyriləri alqı-satqı müqaviləsinin etibarsızlığına dair məhkəmədə iddia qaldırarkən artıq 22 ilə yaxın mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur, həmin vaxt bununla bağlı hər hansı bir mübahisə olmamışdır. Cavabdeh2 hazırda məhkəməyə göndərdiyi ərizəsində iddia müddətini mübahisələndirmiş, həm bu əsasla, həm də ki iddianı əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Digər tərəfdən Cavabdeh2 həmin torpaq sahəsini başqa şəxslərə satması müəyyən edilmiş, həmin şəxslər məhkəmə iclasında dindirilərkən onların vicdanlı alıcı olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39.*-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır Həmin Məcəllənin *78.*-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin *82.*-ci mddsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, iş üzzə Cavabdeh2 mübahisəli torpaq sahəsi bağışlanarkən hər hansı bir qanun pozuntusuna yol verilməmiş, mübahisəli torpaq sahəsi 22 ildən artıq Cavabdeh2 qanuni mülkiyyətində olmuş, həmin torpaq sahəsinin geri qaytarılması ilə bağlı müddət ötürülmüş, iş üzrə 3-cü şəxs qismində dindirilən X20 və X3, Elmin Cəfərovun 3.74 ha torpaq sahəsinə və Əlizamin Nəbiyevin 2 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmış və həmin torpaq sahəsi onların qanuni mülkiyyəti hesab edilir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla,sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.*-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçıların iddia tələbləri əsassızdır, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 2*3-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı2 və İddiaçı* cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4na qarşı 23 noyabr 20*8-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiaları əsassız olduğundan rədd edilsin. İddiaçılar tərəfindən dövlət rüsumu kimi ödənilən *00 (yüz) manat pul özlərinə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsiləŞirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-535/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-535/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver