Məhkəmə qərarları › İş №2(020)-561/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-561/2024

30.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-561/2024 30.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə2, Cavabdeh- Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 vəkalətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 direktoru X1 qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoru Bayram Muradovun xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1553/2023 saylı əmrinin ləğv edilməsi, onun “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 Labaratoriya Şöbəsinin laborantı vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərdi ki, qızı İddiaçı ilk dəfə əmək fəaliyyətinə xx.xx.2021-ci ildən etibarən “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 Labaratoriya şöbəsinin laborantı vəzifəsi vakant olduğundan keçmiş direktor Nurəngiz Bəşirovanın 19.11,2021-ci il tarixli, 261 saylı əmri ilə 3 ay sınaq müddətinə 1.0 oklad laborant vəzifəsinə təyin edilmiş və həmin tarixdən etibarən laborant kimi işləmişdir. Qızının işlədiyi müddət ərzində heç bir xəbərdarlığı, töhməti və digər cəzaları olmamış, işlədiyi müddət ərzində kollektivdə böyük nüfuza malik olmuş və vəzifəsini layiqincə yerinə yetirmişdir. Cari ilin sonuna kimi qızı işlədiyi xəstəxanaya gedib gəlmiş və əmək haqqı almışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində bir qrup işçi yeni direktor Bayram Muradov tərəfindən işdən çıxarılmışdır. Qızı bu barədə yeni təyin olunmuş direktorun qəbulunda olduqda və işdən çıxarılmağının səbəbini soruşduqda direktor ona müvəqqəti olaraq yerdəyişmə olduğunu və 2024-cü ilin yanvar ayının ortalarında yenidən işə qaytaracağına dair söz vermişdir. Lakin 2024-cü ilin yanvar ayının sonunda onlara məlum olmuşdur ki, Bayram Muradov xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1553/2023 saylı əmri ilə qızını işdən rəsmi qaydada azad etmişdir. Qızı əmrin surətini və əmək kitabçasının əslini xəstəxananın X4 tələb etdikdə ona həmin əmrin və əmək kitabçasının əslini verməmişlər. Qızı müvafiq orqanlara şikayət etdikdən sonra əmrinin surətini və əmək kitabçasının əslini xx.xx.2024-cü il tarixdə rəsmi olaraq poçt vasitəsi ilə almışdır. Qızı əmrlə tanış olduqdan sonra onlara məlum olmuşdur ki, guya qızı ilə bağlanılan əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə qurtardığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən qızı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Qızı bundan sonra X3 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, qarşı tərəf Mediasiya Şurasında iştirakdan imtina etmişdir. Bundan əlavə Xəstəxananın yeni rəhbərliyi qızına hər hansı xəbərdarlıq etmədən əsassız əmrlə onu işdən azad etmişdir. Həmçinin onun işdən azad edilməyi həmkarlar təşkilatında müzakirə edilməmiş və həmin təşkilatın razılığı alınmadan işdən çıxarılmışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən ona bildiriş verilməmişdir. Qızı ilə 3 ay müddətinə əmək müqaviləsi bağlanmasına baxmayaraq o, 2 ildən artıq həmin işdə işləmişdir. Ona görə də “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoru Bayram Muradovun xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1553/2023 saylı əmri ləğv edilməli və qızı İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 Labaratoriya şöbəsinin laborantı vəzifəsınə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 vəkalətli nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 keçmiş direktor Ruhəngiz Bəşirovanın 19.11,2021-ci il tarixli, 261 saylı əmri ilə Labaratoriya şöbəsinin laborantı vəzifəsi vakant olduğundan 3 ay sınaq müddəti ilə 1.0 oklad laborant vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək müqaviləsi bitdiyinə görə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının 2021-ci ilin dekabr, 2022-ci ilin, 2023- cü ilin yanvar, fevral, mart, aprel, may və iyun ayının 20 gün istifadə etmədiyi əmək məzuniyyətinin kompensasiyası hesablanıb son haqqhesabı və 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayının əmək haqqıları ödənilmişdir. İddiaçının təhsili orta peşə təhsili olduğuna görə laborant vəzifəsində işləyə bilmədiyindən işdən çıxarılmışdır. İddiaçının işə qayıtmasını istəmirlər. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 keçmiş direktor Ruhəngiz Bəşirovanın 19.11,2021-ci il tarixli, 261 saylı əmri ilə Labaratoriya şöbəsinin laborantı vəzifəsi vakant olduğundan 3 ay müddətinə 1.0 oklad laborant vəzifəsinə təyin edilmişdir. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X8 Laboratoriya şöbəsində laborant İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən Laboratoriya şöbəsində laborant İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktor X2 ilə işçi İddiaçı arasında 19 noyabr 2021-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək 3 ay müddətə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə sınaq müddəti ərzində tərəflərdən biri digərini 10 gün əvvəl xəbərdarlıq etməklə Əmək Müqaviləsini birtərəfli qaydada poza bilər. Həmin müqavilənin 9.2-cü bəndinə əsasən İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarla xəbərdar edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 İddiaçı ünvanladığı 01 fevral 2024-cü il tarixli 18-1-29/2-A-66-1-2/2024 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli teleqramasına cavab olaraq işdən çıxma əmrinin surətivə əmək kitabçası onun özünə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X824 noyabr 2-23-cü il tarixli, 18-1-29/3-1- 1553/2023 saylı əmrindən görünür ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X8 Laboratoriya şöbəsində laborant İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən Laboratoriya şöbəsində laborant İddiaçı əmək müqaviləsinə xitam verilmiş, əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsini rəhbər tutaraq 2021-ci ilin dekabr, 2022-ci ilin, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may və iyun ayının 20 gün istifadə etmədiyi əmək məzuniyyətinin kompensasiyası hesablanıb son haqq-hesabı ödənilməsi, 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayının əmək haqqılarının ödənilməsi qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 keçmiş direktor Ruhəngiz Bəşirovanın 19.11,2021-ci il tarixli, 261 saylı əmri ilə Labaratoriya şöbəsinin laborantı vəzifəsi vakant olduğundan 3 ay sınaq müddətində 1.0 oklad laborant vəzifəsinə təyin edilmişdir. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X8 Laboratoriya şöbəsində laborant İddiaçı xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən Laboratoriya şöbəsində laborant İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Həmin maddənin 2-ci bəndinə görə sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 2-ci bəndinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Həmin maddənin 3-cü bəndinə görə əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Həmin maddənin 4-cü bəndinə görə sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmədə müəyyən edildi ki, iddiaçı 19 noyabr 2021-ci il tarixdə 3 ay sınaq müddəti ilə vakant olan laborant vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmış, müqavilənin şərtlərində həmin müddət ərzində müqavilənin pozulmasını birtərəfli qaydada istəyən tərəf 10 gün əvvəl digər tərəfə məlumat verilməsi göstərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən 3 ay sınaq müddəti qurtardıqdan sonra Əmək Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əməl olunmamış, sınaq müddəti başa çatdıqdan sonra iddiaçı ilə qanunun tələblərinə uyğun olaraq müqavilə bağlamamış və iddiaçı 2 ildən artıq olaraq həmin vəzifədə işləməklə əslində onunla əmək müqaviləsi bağlanmış hesab olunur. Həmçinin cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndi ilə əmək müqaviləsinə xitam verərkən həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmişdir. İddiaçı ilə 19 noyabr 2021-ci il tarixdə müqavilə bağlanması nəzərə alındıqda müddətli əmək müqaviləsinə də müddəti bitdikdən sonra həmin tarixdə xitam verilməli idi. Lakin əmək müqaviləsinə 2 ildən sonra axırıncı dəfə 23 noyabr 2023cü il tarixdə xitam verilməsinə baxmayaraq iddiaçıya bu barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü müəyyən edən 47-ci maddəsinin “f” bəndi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib bilir. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Məhkəmədə müəyyən edildi ki, iddiaçının icra etdiyi laborant vəzifəsinin daimi xarakterə malik olduğu əvvəlcədən Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 direktoruna məlum olmuş, ona görə də iddiaçı həmin vəzifəyə 3 ay müddətinə təyin edilməsinə baxmayaraq 2 ildən artıq müddətə həmin vəzifədə işləmiş, həmin vəzifə vakant kimi hazırda da mövcuddur. Bununla da müəyyən olunmuşdur ki, Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X8 direktoru tərəfindən 3 ay sınaq müddəti müəyyən olunsa da, iddiaçı ilə əmək münasibətləri davam etdirilməklə həmin müddət qurtaqdıqdan sonra onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda buna əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə kifayət qədər sübuta yetirmiş, həmçinin onun iddiasının əsası tərəflərin məhkəmə iclasındakı izahatları və işin faktiki halları ilə də təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoru Bayram Muradovun iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1- 1553/2023 saylı əmri ləğv edilməli, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 Labaratoriya Şöbəsinin laborantı vəzifəsinə bərpa edilməli və məcburi işburaxmaya boşadayanmaya görə əmək haqqı hesablanıb İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan respublikasi MPM-nin 213-220, 227, 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 direktoru Bayram Muradovun İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 18-1-29/3-1-1553/2023 saylı əmri ləğv edilsin. İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X7 Labaratoriya Şöbəsinin laborantı vəzifəsinə bərpa edilsin. 30 aprel 2024-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqı “Beyləqan Rayon Mərkəzi Xəstəxnası” X10 tərəfindən hesablanıb İddiaçı ödənilsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar