Məhkəmə qərarları › İş №2(020)-579/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-579/2024

28.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-579/2024 28.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Cavabdeh- Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızı və Cavabdeh3 qarşı torpaq alqı-satqı əqdinin etibarlı əqd sayılmasına və ya pul tələbinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızı, Cavabdeh3 və Cavabdeh2 arasında şifahi 04 yanvar 2010-cu il tarixdə bağlanmış torpaq alqı-satqı əqdinin etibarlı əqd sayılmasına dair və ya mübahisəli 3.27 hektar pay torpaq sahəsinin cavabdehlərə qaytararkən torpaq üçün hər birinə verdiyi 2500 ABŞ dolları, cəmi 7500 ABŞ dollarının alınıb ina verilən vaxta olan azərbaycan manatı ilə olan ekvivalentinin, dövlət rüsumu kimi ödənilmiş 130 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlər Cavabdeh2, Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızı, Cavabdeh3 və onların bacısı mərhum X3 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997- ci il tarixli, 32 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində qeydiyyata alınmış, JN: 0036 saylı, kod 60714018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətlərinə 6.59 ha pay torpaq sahəsi verilmişdir. O, cavabdehlər və onların bacısı mərhum X2 7500 ABŞ dolları verərək həmin torpağı almışdır. Həmin torpağın 1 hektarının pulunu qardaşı X10 almışdır. Qardaşının iştirakı ilə pulun bir hissəsini cavabdehlərə vermişdir. Sonradan Zöhrəyə ehtiyacı olduğu üçün əlavə 200 manat pul vermişdir. Torpaq sahəsini alarkən cavabdehlə aralarında yazılı və şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Torpağı alarkən alqı-satqının notariat kontorunda təsdiq edilməsini cavabdehlərə təklif etmiş, lakin torpağın sənədi girovda olduğu üçün və ailə üzvülərinə inandığını bildirərək və alqı-satqı müqaviləsinə ehtiyac olmadığını və sadəsə olaraq müqavilə ilə razılaşma əsasında torpağı ona ömürlük olaraq satmışlar. Həmin vaxtdan torpaq sahələrindən istifadə edərək torpaqları yararlı vəziyyətə gətirmişdir. Həmin torpaqda arx çəkmiş, planirovka işi aparmışdır. Bir müddət əvvəl cavabdehlər torpaq sahəsini geri qaytarmaq istədiklərini bildirmişlər. O, mübahisəli torpaq sahəsini o zaman qaytarar ki, onun torpaq üçün verdiyi 7500 dolların qaytarılıb ona verilsin. Həmçinin torpaq sahəsini yararsız vəziyyətdən yararlı vəziyyətə gətirərək yonca bitkisi əkməklə və yeri trambovka etmək üçün çəkdiyi xərclər də ona ödənilməlidir. Hal hazırda Beyləqan rayonu Şərq kəndi ərazisində torpağın 1 hektarı təxminən 3000- 8000 arasında alınıb satılır. Torpağı aldığı vaxtdan su pulunu da özü ödəmişdir. Ona görə də, onunla cavabdehlər Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızı Cavabdeh3 və Cavabdeh2 arasında şifahi 04 yanvar 2010-cu il tarixdə bağlanmış torpaq alqı-satqı əqdinin etibarlı əqd sayılmasına dair və ya mübahisəli 3.27 hektar pay torpaq sahəsinin cavabdehlərə qaytararkən torpaq üçün hər birinə verdiyi 2500 ABŞ dolları , cəmi 7500 ABŞ dollarının alınıb ina verilən vaxta olan azərbaycan manatı ilə olan ekvivalentinin, dövlət rüsumu kimi ödənilmiş 130 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997- ci il tarixli, 32 saylı Qərarına əsasən JN: 0036 saylı, kod 60714018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətlərinə 6.59 ha pay torpaq sahəsi verilmişdir. 31 yanvar 2007-ci ildə bacısı Cavabdeh1 payına düşən 1.098 ha torpaq sahəsini ona bağışlamışdır. Həmin müqavilə notariat kontorunda təsdiq edilmişdir. O, həmin torpaq sahəsinə çıxarış da almışdır. Lakin sonradan bacısı Zöhrə həmin torpağı iddiaçıya istifadə etmək üçün vermişdir. Həmin vaxt o, Bakı şəhərində yaşadığından torpaqdan istifadə etməmişdir. O, iddiaçıya torpağı ondan əvvəl aldığını və həmin torpağı almamasını demişdir. Buna baxmayaraq iddiaçı ona əhəmiyyət verməmişdir. İddiaçı ilə alqı satqı etməmiş və ondan pul almamışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızı Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Cavabdeh3 məhəkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, bacıları X7 və X4 məxsus 2 ha torpaq sahəsini X15 3000 ABD dollarına satmışdır. Həmin vaxt dolların kursu 78 manat olmuşdur. Qətnamə çıxarılarkəngöstərdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehlər X1 Qənimət Dostməmməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə onların iştirakı olmadan işə bağmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0036 saylı, KOD 60714018 seriyalı Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli qərarına əsasən X11, X8, X5, X7, X6 və Cavabdeh2 mülkiyyətinə 6.59 hektar pay topraq sahəsi verilmişdir. İşdə olan 04 yanvar 2010-cu il tarixli sənəddən görünür ki, Cavabdeh1 Dostməmməd qızı özünə məxsus 1,10 ha pay torpağını 2500 ABŞ dollarına X15 birdəfəli satmışdır. İşdə olan 31 yanvar 2007-ci il tarixli torpaq bağışlamaq müqaviləsindən görünür ki, Cavabdeh1 Dostməmməd qızı 1.098 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonunu Şərq qəsəbəsidə yerləşən 4,3933 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli qərarına əsasən X11, X8, X5, X7, X6 və Cavabdeh2 mülkiyyətinə 6.59 hektar pay topraq sahəsi verilmişdir. Cavabdeh1 Dostməmməd qızı 31 yanvar 2007-ci il tarixli torpaq bağışlamaq müqaviləsi ilə 1.098 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən 4,3933 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Cavabdeh1 Dostməmməd qızı 04 yanvar 2010-cu il tarixli özünə məxsus 1,10 ha pay torpağını 2500 ABŞ dollarına X15 birdəfəli satmışdır. Digər Cavabdeh3 da bacıları X7 və X4 məxsus 2 ha torpaq sahəsini X15 3000 ABD dollarına satmışdır. Cavabdeh1 və Cavabdeh3 torpaq sahəsinin iddiaçının adına sənələşdirəcəklərinə söz versələr də, torpaq sahəsini iddiaçının adına sənədləşdirməmişlər. Ona görə də məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Hazırda cavabdehlər torpaq sahəsini geri tələb etməklə öz üzərinə düşən vəzifələrinin icrasını yerinə yetirməkdən imtina edirlər. Belə olan hada qanunun tələblərinə görə iddiaçının həmin torpaq sahəsini almaqdan ötürü ödədiyi pul ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə toplanmış sübutlara hüquqi cəhətdən qiymət verən məhkəmə hesab edir ki, iddia 3.27 ha torpaq sahəsinin alınmasından ötrü iddiaçının Cavabdeh1 Dostməmməd qızına verdiyi 2500 ABŞ dolları, Cavabdeh3 verdiyi 3000 ABŞ dolları hissədə təmin edilməlidir. Bundan əlavə iddia tələbində alqı-satqı müqaviləsinin təsdiq edilməsini tələb etmiş, lakin tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün qanunda nəzərdə tutulan müqavilə bağlanmadığına görə iddia həmin hissədə təmin edilə bilməz. Həmçinin məhkəmədə müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh2 Dostmməd oğlu ilə iddiaçı arasında hər hansı bir formada alqı satqı müqaviləsi bağlanmadığından və Cavabdeh2 alqı-satqı zamanı pul almadığından iddia ona qarşı təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 40 (qırx) manat Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızından, 50 (əlli) manat Cavabdeh3 alınıb iddiaçı X15 verilməli, qalan 40 (qırx) manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızından torpaq alqı-satqısına görə 2500 ABŞ dolları (azərbaycan manatı ekvivalentində), Cavabdeh3 3000 ABŞ dolları (azərbaycan manatı ekvivalentində) alınıb iddiaçı X15 verilsin. Ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat cavabdeh Quliyeva (Məmmədova) Zöhrə Dostməmməd qızından, 50 manat Cavabdeh3 alınıb iddiaçı X15 verilsin, qalan 40 (qırx) manat iddiaçıya aid edilsin. İddia Cavabdeh2 qarşı hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar