Məhkəmə qərarları › İş №2(020)-593/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-593/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-593/2025 08.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə Ərizəçi mirası qəbul etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun *9.*2.2*23-cü il tarixdə ölmüş mərhum bacısı X5 məxsus miras əmlakı (Beyləqan rayonu, Kəbirli kəndində yerləşən *.456* ha pay torpaq sahəsini) qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, *9.*2.2*23-cü il tarixdə ölmüş mərhum X3 doğma qardaşıdır. Mərhum bacısı yaşadığı müddət ərzində ailə həyatı qurmamışdır. Bacısı öldüyü günə kimi onun himayəsində olmaqla onunla birgə yaşamışdır. Mərhum bacısının sağlığında onun xüsusi mülkiyyətində yaşadıqları Beyləqan rayonu, Kəbirli kəndində yerləşən *.456* ha pay torpaq sahəsi olmuşdur. Həmin pay torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlet Reyestrindən qeydiyyat tarixi *4.*5.2*22-ci il olan, reyestr nömrəsi 6*7*13*5*867 olan Çıxarışla mərhum bacısı sağlığında adına sənədləşdirilmişdir. Hazırda həmin pay torpaq sahəsini bacısından qalan miras əmlak kimi qəbul etmiş və hazırda da istifadə edir. Bacısından qalan mirası adına sənədləşdirmək üçün Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir . Ona həmin hüquqi əhəmiyyətli faktın təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mərhum bacısının yeganə vərəsəsi olduğundan onun bütün dəfn mərasi xərclərini özü çəkmişdir. Digər bacı qardaşları öz paylarından onun xeyrinə imtina etmişlər Odur ki, *9.*2.2*23-cü il tarixdə ölmüş mərhum bacısı X5 məxsus miras əmlakı (Beyləqan rayonu, Kəbirli kəndində yerləşən *.456* ha pay torpaq sahəsini) qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsini məhkəməyə göndərmədiyinə görə məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 *9.*2.2*23-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlet Reyestrindən qeydiyyat tarixi *4.*5.2*22-ci il olan, reyestr nömrəsi 6*7*13*5*867 olan Çıxarışdan görünür ki, X3 mülkiyyətinə Beyləqan rayonu, Kəbirli kəndində yerləşən *.456* ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Kəbirli kənd İƏD üzrə nümayəndəsinin 11.*9.2*24-cü il tarixli, 6** saylı arayışından görünür ki, *9.*2.2*23-cü ildə vəfat etmiş X7 öldüyü günədək qardaşı Ərizəçi məxsus Kəbirli kəndində yerləşən evdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon 1 saylı Notariat ofisinin natariusunun 23 sentyabr 2*24-cü il tarixli 968 nömrəli məktubundan görünür ki, ərizəçi miras əmlakın qəbul edilməsi ilə bağlı həmin notariat ofisinə müraciət etmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Saatlı rayon notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X1 *9.*2.2*23-cü ildə vəfat etmiş bacısı X2 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən payı qəbul etməmiş və gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X4 *9.*2.2*23-cü ildə vəfat etmiş bacısı X2 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən payı qəbul etməmiş və gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon 1 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X1* *9.*2.2*23-cü ildə vəfat etmiş bacısı X2 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən payı qəbul etməmiş və gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X6 *9.*2.2*23-cü ildə vəfat etmiş bacısı X2 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən payı qəbul etməmiş və gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Ərizəçi mərhum X5 məxsus miras əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçi həmin əmlakı faktiki olaraq qəbul etmiş və idarə etməyə başlamışdır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, mərhum X7 öldüyü günədək Ərizəçi ilə bir ailədə yaşamış, onun bütün qayğısı ilə şəxsən ərizəçi özü məşğul olmuşdur. Ərizəçi mərhumun vərəsəsidir. Digər vərəsələr ərizəçinin xeyrinə mirası qəbul etməkdən imtina etmişlər. Ona görə də məhkəmə qaydasında mərhumun növbəli vərəsəsi kimi mirası qəbul etməsini istəyir. Ərizəçi mərhum X7 vəfat etdikdən sonra hazırki vaxta kimi ailə üzvü və onun vərəsəsi kimi miras əmlakdan istifadə edir. Bu hal onu göstərir ki, ərizəçi vərəsə kimi miras əmlakını faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 3*7-3*9, 212-22*, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi *9.*2.2*23-cü il tarixdə ölmüş mərhum X5 məxsus mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar