Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-6/2025 24.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 0.9117 ha pay torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli Çıxarışla mülkiyyətində olan 0.9117 ha torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşayır. Torpaq islahatı zamanı ona və ailə üzvlərinə Dövlət aktı ilə pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən əkib becərməklə dolanır. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli Çıxarışla 0.9117 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, əvvəl Dövlət aktı əsasında 1996-cı ildən 2020-ci ilə kimi həmin torpaqdan istifadə etmişdir. Sonradan cavabdeh onun torpağını zəbt edərək istifadə etmişdir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağından çıxmasını xahiş etsədə cavabdeh ona əhəmiyyət verməyərək öz qanunsuz əməlinə davam edərək torpağından qeyri qanuni istifadə edir. O, da məcburiyyət qarşısında qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli Çıxarışla mülkiyyətində olan 0.9117 ha torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsini 1996-cı ildən istifadə edir. Həmin torpaq sahəsinə aid Dövlət aktı vardır. Onun torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi arasında xeyli məsafə vardır. Aralarında bir neçə adamın pay torpağı vardır. Onun Dövlət aktı ilə iddiaçının çıxarış sənədlərinin koordinatı səhv vurulmuşdur. 2023-cü ildə o, DƏDRX-in Beyləqan rayon ərazi idarəsinə müraciət etmişdir ki, koordinanlar düzgün vurulmamışdır. Lakin ona əhəmiyyət verilməmişdir. Ekspertiza rəyi ilə razı deyildir. O, öz yerindən istifadə edir və iddiaçının torpağını zəbt etməmişdir. Ona görə də iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Beyləqan rayonunun İ Şahsevən kəndinin ərazisində İddiaçı mülkiyyətinə 0.9117 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. iş üzrə məhkəmə 19 iyul 2023-cü il tarixli tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/5279 nömrəli məlumatdan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə, mütəxəssis rəyinin təqdim olunması barədə vəsatətin göndərilməsindən bir aydan artıq müddət keçməsinə baxmayaraq,mütəxəssis rəyi Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən də, qərardadın sualları üzrə tədqiqat aparılması, rəy verilməsi mümkün olmamış və mülki iş məhkəməyə qaytarılmışdır. Mübahisənin həlli ilə əlqədar olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7340 saylı 23 may 2025-ci il-ci il tarixli ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023- cu il tarixli olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun | Şahsevən kəndinin ərazisində yerləşən 0.9117 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun İ Şahsevən kəndinin ərazisində yerləşən 0.9117 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi bütünlüklə istifadə edilir. Cavabdeh torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etədiyiüçün ona məxsus torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli olan çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun İ Şahsevən kəndinin ərazisində yerləşən 0.9117 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi bütünlüklə istifadə edilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun İ Şahsevən kəndinin ərazisində yerləşən 0.9117 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumuna görə ödənilən 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********44 olan, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı məxsus Beyləqan rayonunun İ Şahsevən kəndinin ərazisində yerləşən 0.9117 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən iddiaçıya törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumuna görə ödənilən 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-6/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-6/2025
24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver